Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Gözəl və dolğun dodaqlara sahib olmaq üçün bunları edin
  • Portağallı qış çayı - RESEPT
  • 2018-ci il bu telefonların ili olacaq - FOTO
  • Sarkisyan onunla Azərbaycan dilində danışan erməniyə “Deyəsən, keçmiş üçün darıxmısan… Mən də Azərbaycanca bilirəm” dedi – VİDEO
  • “Heç bir normal insan bunun əleyhinə ola bilməz”
  • Bu nəqliyyat vasitələri gömrük idxal rüsumundan azad edildi
  • Güllələnən 8 azərbaycanlı general .
  • Sarı İt ili ən çox kimləri SEVİNDİRƏCƏK? - İllər üzrə 2018-ci ilin PROQNOZU
  • Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik” – VİDEO
  • "Vətəndaşın imkanı yoxdur, krediti dövlət ödəsin" - Millət vəkili
  • Azərbaycanda yaşayan ermənilərin sayı açıqlandı
  • Şok! Azərbaycanlı əsirlərin saxlanıldığı yer tapıldı
  • " Aİ-92" benzin bahalaşıb 1 manat olacaq - Ekspertlərdən xəbərdarlıq
  • Azərbaycanda sürücülər xəbəri olmadan vəsiqəsiz qala bilər
  • Dünyanın ən kiçik həbsxanası - FOTO
  • Elm adamlarından dəhşətli 2018-ci il XƏBƏRDARLIĞI: QARŞISIALINMAZ FƏLAKƏT GƏLİR
  • Rusiya çökəcək? - Tanınmış astroloq gözlənilən nəticəni yazır
  • Qarakənd faciəsindən 26 il ötür
  • Azərbaycana 1 milyon yardım etmiş pakistanlı qadın - Həyat hekayəsi
  • Son günlərdəki zəlzələ silahlarla törədilib- SENSASİON AÇIQLAMA
  • Evimizdəki kiçik BOMBAların dəhşətli fəsadları - Batareyalardan gələn ölüm
  • Zimbabve prezidenti aclıq aksiyasına başladı
  • Benzinin qiyməti nəyə təsir edəcək? - Açıqlama
  • Bu qidaların girdiyi evə xəstəlik girmir
  • "WhatsApp”dan növbəti yenilik
  • İran Qarabağı Ermənistanla bölür

    13 Kas 2017, 15:45   
        45
    İran Qarabağı Ermənistanla bölür

    Tehranın İrəvanla gizli həyata keçirdiyi layihə

    Sosial şəbəkədə Araz üstündə İranla Azərbaycan arasında yerləşən Xudafərin körpüsünün yeni olduğu iddia edilən şəkillər yayılıb.

    İstiPress-in məlumatına görə, şəkildə Xudafərin ətrafında hansısa tikinti işlərinin getdiyi, əraziyə tikinti materiallarının töküldüyü və işçilərin müvəqqəti qalması üçün dəmir konteyner yerləşdirildiyi aydın görünür.

    Fotonu gördükdən sonra ağla ilk gələn İranın Ermənistan işğalçıları ilə birlikdə Xudafərin körpüsünü su altında qoyan su anbarı layihəsini həyata keçirməyə başlaması olur. Bu məsələ 1990-cı illərdən gündəmdədir və 1988-ci ildən SSRİ ilə İran arasında imzalanmış müqaviləyə əsasən körpü su altında qalmalı idi.

    Yəni ağla ilk gələn olur ki, İran Azərbaycanın icazəsi olmadan onun işğal edilmiş ərazisində işğalçılarla birlikdə su anbarı tikməyə qərar verib. Əgər belədirsə, bu, həm də İranın Qarabağı işğal etmiş Ermənistan ordusuna açıq dəstəyi deməkdir. Bu, Azərbaycan ərazilərinin işğalında İranla Ermənistanın ortaq olması deməkdir.

    İran Qarabağı Ermənistanla bölür
    Xudafərinin yeni yayılmış, əslində 2000-ci illərdə çəkilmiş şəkli
    Hər halda, işğal edilmiş ərazidə tikilmiş anbarın suyunun, həm də onun üzərində qurulan sus elektrik stansiyasının enerjiinin yarısı şimal tərəfə, yəni işğal rejiminə verilməlidir. Məsələnin Azərbaycanın icazəsi olmadan həyata keçirilməsi İranın həm də Azərbaycanın ərazi bütiövlüyünü de-fakto tanımaması deməkdir.

    Amma məsələni bir qədər araşdırdıqda fotonun köhnə oldğu ortaya çıxır. Yəni İran erməni işğalçıları ilə birlikdə artıq o su anbarını tikib və üzərində də su elektrik stansiyası (SES) quraşdırıb. Yəni İran de-fakto Azərbaycanın ərazisinə müdaxilə edib və işğal faktorunda ermənilərlə şərik olub. Azərbaycan ictimaiyyətini duyuq salmamaq üçünsə layihə dəyişdirilib və bənd Xudafərin körpüsüdən yuxarı keçirilib. Azərbaycanda bu barədə söhbət düşən kimi dərhal körpünün ən son fotoları dərc olunur ki, bəs hər şey yerindədir, heç bir tikinti yoxdur.

    İran Qarabağı Ermənistanla bölür
    Xudafərin su anbarı - 2010-cu il
    İran Qarabağı Ermənistanla bölür

    Xudafərin su anbarı - 2010-cu il
    Erməni KİV-ləri Xudafərin su anbarının tikintisinin 2010-cu ildə başa çatdırıldığını və həmin ildən hər iki tərəfə - İrana və Qarabağdakı işğal rejiminə enerji verildiyini bildirir. SES üçün avadanlıq quraşdırılmasına isə İran tərəfin 2009-cu ildə vəsait ayırıb, bu barədə İran mətbuatı məlumat yayıb. Erməni mətbuatı hətta su anbarının tikintisinin başa çatdığını göstərən şəkillər də yayıblar.

    İran Qarabağı Ermənistanla bölür

    Xudafərin su anbarının peyk görüntüsü
    Diqqətlə araşdırdıqda həmin şəkillərin saxta olmadığı ortaya çıxır. Çünki peyk görüntüləri də artıq Xudafərin su anbarının su ilə dolduğunu göstərir. Peyk görüntüləri su anbarının və SES-in həm də işğal rejimi tərəfindən istismar edildiyini ortaya çıxarır. Hər halda, müasir dünyada, heç nəyi gizlətmək mümkün deyil.

    loading...