Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Elm adamlarından dəhşətli 2018-ci il XƏBƏRDARLIĞI: QARŞISIALINMAZ FƏLAKƏT GƏLİR
  • Rusiya çökəcək? - Tanınmış astroloq gözlənilən nəticəni yazır
  • Qarakənd faciəsindən 26 il ötür
  • Azərbaycana 1 milyon yardım etmiş pakistanlı qadın - Həyat hekayəsi
  • Son günlərdəki zəlzələ silahlarla törədilib- SENSASİON AÇIQLAMA
  • Evimizdəki kiçik BOMBAların dəhşətli fəsadları - Batareyalardan gələn ölüm
  • Zimbabve prezidenti aclıq aksiyasına başladı
  • Benzinin qiyməti nəyə təsir edəcək? - Açıqlama
  • Bu qidaların girdiyi evə xəstəlik girmir
  • "WhatsApp”dan növbəti yenilik
  • “Facebook”-da yazdığınıza fikir verin, daha silə bilməyəcəksiz
  • ŞOK İDDİA: Yadplanetlilər dünyaya qayıdacaq – FOTO+VİDEO
  • Yuxudan duran kimi çarpayını yığmaq olmaz: səbəblər sizi şoka salacaq - VİDEO
  • Üzüklər haqda BİLMƏDİYİNİZ FAKTLAR
  • Daxili orqanları görən "rentgen qız": Yüzlərlə insanı ölümdən qurtaran MÜƏMMA
  • 2018-ci il kimlərə xoşbəxtlik gətirəcək? - Şərq təqvimi üzrə PROQNOZ
  • Dirçəliş Günü həm də 200 min Qərbi azərbaycanlının qovulduğu gündür...
  • İnanılmaz parça: qışda isti, yayda sərin
  • Bu azərbaycanlının ifası yadplanetlilərə göndərilib – ARAŞDIRMA
  • Bundan bütün evlərdə var, amma ÖLÜMCÜL fəsadlarından xəbərsizsiniz! – ARAŞDIRMA
  • Azərbaycanda 9 ballıq zəlzələ ola bilər - Ekspertdən xəbərdarlıq: "Evlər, yollar, körpülər, məscidlər..."
  • Azərbaycanın İrəvan şəhəri XVIII əsrdə
  • Şuşa və Xankəndidəki ermənilər gecəni bayırda keçirdi...
  • Azərbaycanda 2739 nəfər "Xalq" və "Əməkdar" fəxri adlarına görə təqaüd alır
  • Amerikada görüşən Ancelina Coli ilə Tuba Büyüküstünü nə birləşdirir? - FOTO
  • “Qarabağ probleminin həll yolu yoxdur” - Jirinovski

    20 Ekm 2017, 03:30   
        288
    “Qarabağ probleminin həll yolu yoxdur” - Jirinovski

    “Azərbaycanın uzun müddət Qarabağ problemi olacaq”.
    XEBERTV.AZ Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovski deyib.
    “Dəyişən dünyada inteqrasiya prosesləri” mövzusunda aparılan panel diskussiyada çıxış edən Jirinovski Azərbaycan və prezident İlham Əliyevlə bağlı maraqlı açıqlamalar verib.
    Qeyd edək ki, sözügedən müzakirələr Soçidə keçirilən XIX Ümumdünya gənclər və tələbələr festivalı çərçivəsində aparılıb.
    RLDP lideri qeyd edib ki, Qarabağ kifayət qədər aktual problemdir və həll olunmayandır: “Biz Azərbaycan və Ermənistan barədə danışanda başa düşməliyik ki, onların həlli mümkün olmayan ərazi problemləri var. Bu problemin həll yolu yoxdur”.
    Onun sözlərinə görə, tərəflərin hər ikisi Qarabağı özününkü hesab edir.
    “Bizim Azərbaycana münasibətimiz yaxşıdır, amma görürsüz ki, burada əsas məsələ SSRİ-nin qeyri-qanuni parçalanmasıdır. Bu vahid ölkə idi. Rusiya imperiyası. Onu qanunsuz olaraq bağlayıb SSRİ-ni yaratdılar. Sonra da qanunsuz olaraq SSRİ-ni dağıtdılar. Dövləti dağıtmaq olmaz, bu, mümkün deyil. Amma bunu etdilər. Ona görə də hər yerdə hüquq mühiti olmalıdır”, - deyə deputat bildirib.
    Jirinovski qeyd edib ki, kataloniyalılara simpatiya bəsləyir, amma hesab edir ki, İspaniya kralı haqlıdır, bura krallıqdır, vahid ölkədir. “Azadlıq arzusunu qəbul etməyimizə baxmayaraq, onu da qəbul edirik ki, ölkələrin “şəhər respublikaları" və “kənd dövlətləri" kimi bölüşdürməsi nəticədə sonsuz müharibələrə gətirib çıxaracaqdır”, - deyə Dumanın deputatı bildirib.
    “Mən Azərbaycanı salamlayıram. Oranın rəhbəri İlham Əliyevi, Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetinin (MDBMU) məzununu, onun atasını yaxşı tanıyıram. Amma onların problemləri uzun müddət qalacaq. Qüds problemini həll etmək mümkündür? Yox. Yəhudilər hesab edirlər ki, bu, onların şəhəridir, paytaxtıdır, ərəblər isə hesab edirlər ki, onlarındır”,- deyə Rusiya liberallarının lideri əlavə edib.
    loading...