Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Vanqadan Azərbaycan haqqında ŞOK PROQNOZ - "çoxlu qan, ağlayan uşaqlar görürəm" - VİDEO
  • Dünya mediası bu görüntülərdən danışır - VİDEO
  • Körfəz ərəb dövlətləri ilə qarşılıqlı əməkdaşlıq əlaqələri müzakirə olunub
  • "Samsung"un yeni qurğusu itən əşyaları axtaracaq
  • Türkiyəli deputat Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib
  • Bürclər: 18 Oktyabr
  • Evdə oturub günəş sisteminə baxa biləcəksiniz
  • Dünyada ən son kim öləcək?
  • İş adamının qətlinin görüntüləri yayıldı - VİDEO
  • Ana 14 yaşlı qızının seks videolarını çəkib... -AZƏRBAYCANDA İYRƏNC ƏMƏL
  • Sabah qar yağacaq - Proqnoz
  • Nostradamusun 2018-ci il üçün 10 dəhşətli proqnozu – Terror, fəlakət, zəlzələlər…
  • Daha bir orta məktəb dərsliyində ermənilərlə bağlı yanlış məlumat - Tarixçi alim nazirliyin səhvini üzə çıxardı - FOTOFAKT
  • CİNSEL GÜCÜ ARTIRAN BİTKİLER
  • Diktator Avstraliyanı yer üzündən siləcəyi ilə hədələdi – ƏGƏR...
  • 38 il sonra məzarından çıxdığı iddia edilir… – VİDEO
  • Gürcüstanın sosial və kommersiya bazarının təbii qaza olan tələbatını Azərbaycan ödəyir
  • Xərçənglə bağlı daha bir faktın üstü açıldı
  • Bəylərin cinsi aktını artırmaq,cinsi zəiflik və spermatozoid sayı (%-i) az olanl
  • Amerika səmasında uçan əjdahanın VİDEOSU - SENSASİON İDDİA
  • NATO Avropadakı qoşunları Rusiya sərhədinə yığır: MOSKVADAN BƏYANAT
  • 2017-ci ilin ən yaxşı smartfonları - SİYAHI
  • Bu məhsul kişilərdə sonsuzluğa səbəb olur
  • Sabah saat 9-da Azərbaycanda nə baş verəcək?
  • Yer kürəsinin nəhəng göy cismi ilə toqquşma təhlükəsi var.
  • AŞ PA-da Azərbaycanla bağlı iki Qətnamə qəbul edildi

    11 Ekm 2017, 14:55   
        210
    AŞ PA-da Azərbaycanla bağlı iki Qətnamə qəbul edildi




    Azərbaycan nümayəndə heyətinin təklif etdiyi düzəlişlər qəbul edilmədi

    Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Belçikalı parlamentar Alen Desteksenin hazırladığı “Azərbaycanın Avropa Şurasında sədrliyi: insan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabat üzrə 14397 saylı Qətnamə qəbul olunub.

    APA-nın Avropa müxbiri xəbər verir ki, müzakirələr nətcəsində hesabata əlavə və dəyişikliklər edilib.

    Qətnamənin qəbulunun lehinə 114, əleyhinə 24 nəfər səs verib

    Bu gün həmçinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı hesabat üzrə 14403 saylı Qətnamə qəbul olunub.

    APA-nın Avropa müxbiri xəbər verir ki, Azərbaycanın öhdəliklərinə dair həmməruzəçilər Stefan Şennax və Preda Sezarın hazırladıqları hesabat üzrə Qətnamə 117 lehinə, 18 əleyhinə səslə qəbul edilib.

    ***

    “Azərbaycanda demokratik təsisatların fəaliyyəti» adlı hesabatın müzakirəsi zamanı Azərbaycan nümayəndə heyyəti kütləvi etiraz aksiyaların keçirilməsi, prokurorluq orqanlarının sifarişlə fəaliyyət göstərməsi, hakimiyyətin nəzarətində olması və digər hissələrinin dəyişdirilməsini təklif ediblər, – AzadlıqRadiosu məlumat verir.

    Azərbaycan nümayəndə heyətinin üzvü Sahibə Qafarova prezidentin ölkə prokurorluğuna nəzarət etməsi ilə bağlı 3-cü bənddə etiraz edib: “Burda deyilir ki, ölkə prezidenti prokurorluğa nəzarət edir, bu qəribə bəyanatdır. Konstitusiyaya görə bu müstəqil orqandır və prezident, icra hakimiyyəti prokurorluğun fəlayətinə nəzarət eləmir, göstəriş vermir. Əksinə prokurorluq icra hakimiyyətinə nəzarət edir və prezident prokurorluğa göstəriş vermir”, – Qafarova deyib.

    Amma Azərbaycan tərəfinin təklif etdiyi bu düzəliş qəbul edilməyib və ümumilikdə əsvermədən sonra bu dəyişikliklərin heç biri qəbul edilməyib.

    Hesabatı həmməruzəçilər Stefan Şennax və Sezar Florin Preda hazırlayıblar.

    117 nəfər sənədin lehinə, 18 nəfərsə əleyhinə səs verib və sonda qəbul olunub.

    ***

    Bundan sonra AŞPA «Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar» adlı hesabatın müzakirəsinə başlanıb.

    Hesabata siyasi səbəblərlə həbs sözü əlavə olunub.

    Səməd Seyidov buna kəskin etiraz bildirib. Deyib ki, hesabata istənilən kəlməni əlavə etmək olar:

    “Amma bu həqiqət deyil. Biz dialoq aparmaq üçün əlimizdən gələni edirik. Amma siz durumu daha da şişirdirsiniz”, Seyidov bildirib.

    Səməd Seyidov deyib ki, illərdir Azərbaycanda iislahatlar aparılır. Nəyə görə bu hesabatda heç bir islahat aparılmır yazılır?

    Ilqar Məmmədovun həbsdə saxlanmasına səbəb ona qarşı konkret ittihamalardır. Hesabatdan bu hissənin də çıxarılması təklif olunub. Azərbaycan nümayəndə heyətindən Vüsal Hüseynov bildirib ki, bu cümlənin çıxarılması hesabatın obyektivliyini itirmiş olacaq. Lakin böyük çoxluq dəyişikliyin lehinə səs verib.

    «Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə insan haqlarına hörmət sahəsində atılan addımlar» adlı hesabat sonda 114 səslə qəbul edilib.

    24 nəfər bunun əleyhinə səs verib, 14 nəfərsə bitərəf qalıb.

    Qətnamədə, ölkədə Avropa standartlarına uyğun məhkəmə-hüquq sisteminin olmadığı, siyasi motivli həbslərin davam etdiyi və Avropa İnsan Hüquqları Məhkəməsinin İlqar Məmmədovla bağlı qərarının icra olunmadığı qeyd olunur. Bundan başqa ölkədə jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və siyasi fəalların təqib olunduqları vurğulanır.


    XEBERTV.AZ
    loading...