Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Erməni əsirliyində olan azərbaycanlı qadınların sayı açıqlandı
  • Gözəl və dolğun dodaqlara sahib olmaq üçün bunları edin
  • Portağallı qış çayı - RESEPT
  • 2018-ci il bu telefonların ili olacaq - FOTO
  • Sarkisyan onunla Azərbaycan dilində danışan erməniyə “Deyəsən, keçmiş üçün darıxmısan… Mən də Azərbaycanca bilirəm” dedi – VİDEO
  • “Heç bir normal insan bunun əleyhinə ola bilməz”
  • Bu nəqliyyat vasitələri gömrük idxal rüsumundan azad edildi
  • Güllələnən 8 azərbaycanlı general .
  • Sarı İt ili ən çox kimləri SEVİNDİRƏCƏK? - İllər üzrə 2018-ci ilin PROQNOZU
  • Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik” – VİDEO
  • "Vətəndaşın imkanı yoxdur, krediti dövlət ödəsin" - Millət vəkili
  • Azərbaycanda yaşayan ermənilərin sayı açıqlandı
  • Şok! Azərbaycanlı əsirlərin saxlanıldığı yer tapıldı
  • " Aİ-92" benzin bahalaşıb 1 manat olacaq - Ekspertlərdən xəbərdarlıq
  • Azərbaycanda sürücülər xəbəri olmadan vəsiqəsiz qala bilər
  • Dünyanın ən kiçik həbsxanası - FOTO
  • Elm adamlarından dəhşətli 2018-ci il XƏBƏRDARLIĞI: QARŞISIALINMAZ FƏLAKƏT GƏLİR
  • Rusiya çökəcək? - Tanınmış astroloq gözlənilən nəticəni yazır
  • Qarakənd faciəsindən 26 il ötür
  • Azərbaycana 1 milyon yardım etmiş pakistanlı qadın - Həyat hekayəsi
  • Son günlərdəki zəlzələ silahlarla törədilib- SENSASİON AÇIQLAMA
  • Evimizdəki kiçik BOMBAların dəhşətli fəsadları - Batareyalardan gələn ölüm
  • Zimbabve prezidenti aclıq aksiyasına başladı
  • Benzinin qiyməti nəyə təsir edəcək? - Açıqlama
  • Bu qidaların girdiyi evə xəstəlik girmir
  • Bizi gözləyən böyük təhlükə

    16 Ağu 2017, 16:57   
        89
    Bizi gözləyən böyük təhlükə


    Rusiyanın Cənubi Qafqazda möhkəmlənməsi və Qərbin Türkiyənin zəiflətmək planları realdırmı?

    Nəzakət Məmmədova -politoloq
    Rusiya və Ermənistanın öz ordularını birləşdirməsi regional olay olmaqdan çıxıb qlobal güc mərkəzlərinə təhdid edən hadisədir. Bu üzdən artıq qlobal siyasi, geosiyasi, hərbi proseslərə birbaşa təsir edəcək. İki ölkənin atdığı bu addım kimlərə qarşı yönəlib? Hansı məqsədlər güdür və hansı nəticələrə səbəb ola bilər?
    Ordu birləşməsinin yaradılması, sözsüz ki, həm Türkiyə, Gürcüstan və Azərbaycana, həm də Cənubi Qafqaz bölgəsində möhkəmlənməyə çalışan ABS-a və NATO-ya qarşı yönəlib. Türkiyəyə qarşı yönəlməsi səbəbləri aydındır. Gürcüstana gəlincə, ABŞ-ın təşəbbüsü ilə NATO-nun Gürcüstanda fəallaşması, ölkənin vitse-prezidentinin Tbilisi səfəri zamanı Gürcüstanı gələcək NATO üzvü kimi gördüklərini bəyan etməsi Rusiyanın bu ölkəni öz maraqlarına birbaşa təhdid mənbəyi kimi görməyə vadar edir. Təbii ki, problem kiçik Gürcüstan deyil, bu ölkənin ərazisində amerikalıların məskən tutmasıdır. Heç kiçik Ermənistan da ABŞ üçün təhdid ola bilməz, problem bu balaca xristian ölkəsinin Rusiyaya öz ərazisində ABŞ-ın maraqlarına zidd fəaliyyətə imkan verməsidir. Azərbaycana gəlincə, Ermənistan Qarabağ adlı başından böyük bir tikəni udmaq istəyib, lakin bu tikə onun boğazında tıxanıb qalıb. Vəziyyəti daha da mürəkkəbləşdirən hal həm də budur ki, Gürcüstan NATO-ya qəbul edilərsə, Ermənistan faktiki iki Alyans ölkəsi ilə həmsərhəd olacaqdır. ABŞ Rusiyanı hərtərəfli mühasirəyə almaq planlarını davam etdirməkdə israrlıdır. Bu il həm də altı NATO ölkəsinin – ABŞ, Türkiyə, Almaniya, Kanada, Niderland və Polşanın Qara dənizdə möhkəmlənməsi barədə qərar qəbul edilib. Üstəlik, ABS-ın Ukraynaya hərbi dəstək qərarını nəzərə alsaq, Rusiya baxımından vəziyyət ciddiləşir. Cənubi Qafqazda birləşmiş qoşunlar qruplaşması yaratmaqla Rusiya həm də bölgəni tam nəzarətə almağa, onu Yaxın Şərqdən təcrid etməyə, eyni zamanda İran vasitəsilə İsti dənizlərə çıxmağa ümid edir. Həm də Müstəqil Dövlətlər Birliyinin cənub sərhədlərini nəzarətə götürməklə Qarabağ münaqişəsinin də MDB-nin daxili məsələsi və burada əsas söz sahibinin özü olması mesajını vermiş olur. Sözsüz ki, iki ölkə arasında bu miqyasda siyasi-hərbi anlaşma Azərbaycan və Türkiyə üçün əlverişsiz durum yaradır. Qarabağ münaqişəsi bölgəsini Ermənistanın paytaxtından 200-300 km. məsafə ayırır və münaqişə hərbi yolla həll olunarsa, Ermənistanın təhlükəsizliyi də böyük təhdid altında düşər. Lakin Qarabağda hərbi əməliyyatlar başlayarsa, Rusiyanın birbaşa Ermənistana açıq hərbi dəstək verməsi müşküldür. Çünki Rusiya-Ermənistan hərbi razılaşmaları Rusiyanın bu ölkəyə yardımını o vaxt nəzərdə tutur ki, birbaşa Ermənistana qarşı hərbi təcavüz olsun. Bizim vəziyyətimizdə isə Azərbaycan özünün beynəlxalq səviyyədə tanınmış ərazisində əməliyyatlar apararır, Ermənistana hücum etmir. Türkiyəyə təhdid məsələsinə gəlincə, bu da xeyli düşündürücüdür. Hazırda Türkiyə Yaxın Şərqdə olduqca mürəkkəb bir vəziyyətlə üz-üzədir. Hətta bu ölkənin parçalanması planları da müzakirə olunmaqdadır. Belə bir şəraitdə, Rusiya-Turkiyə münasibətləri yaxşılaşmış kimi görünsə də, bu iki ölkə heç zaman tam dost ola bilməyəcəklər, çünki onları əbədi geosiyasi ziddiyyətlər ayırır. Rusiyanın özünü Bizansın varisi görməsi və Qara dəniz boğazlarına iddiası, ayrı-ayrı bölgələrdə maraqların toqquşması, PKK-nın və PYD/YPG-nin Rusiya tərəfindən dəstəklənməsi və s. Əgər Türkiyənin parçalanması planı müzakirə olunarsa, Rusiya nəinki buna qarşı çıxar, hətta göz qırpmadan Qərbdən müəyyən güzəştlər qarşılığında bu planın fəal iştirakçısı olar. Ermənistan isə Türkiyəyə hucum etmək üçün ilk fürsəti gözləyir. Bunun qarşılığında o, iddia etdiyi Türkiyənin altı bölgəsini öz ərazisinə qatmaq arzusundadır. Lakin həmin bölgələrə kürdlər də iddia edir. Beləcə, ABŞ və Rusiya öldürülməmiş ayının dərisini bölməyə hazırlaşarkən, çox şey AKP hökumətinin siyasətindən asılı olacaqr. Görünən odur ki, Türkiyənin və Gürcüstanın güclü olması bizim təhlükəsizliyimiz üçün çox vacibdir. ABŞ isə seçim etməli olacaqdır: Yaxın Şərqdə yeni kürd dövləti və böyük İsrail, yoxsa Rusiyanın cənubdan NATO vasitəsilə blokadası?! Çünki parçalanmaq təhlükəsində olan Türkiyə və mühasirəyə alınan Rusiya birləşərsə, ABŞ nə Cənubi Qafqazda, nə Orta Şərqdə tam möhkəmlənə bilməyəcək.bizimyol.info
    loading...