Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycan XİN-dən Paşinyanın bəyanatına sərt reaksiya
  • Türkmənistan blokada elan etdi: Tacikistan Azərbaycana üz tutdu
  • Prezident yeni islahat anonsu verdi - Bu sahələrdə...
  • Şimali Koreya haqda “yaxşı” film çəkməyə gedən rus rejissor gördüklərindən dəhşətə gəldi
  • "Cahangir Hacıyev türmədə BİR DƏFƏ ÖLÜRDÜ..."-Təzyiqi aşağı düşmüşdü
  • Səmada yaranan qorxunc “dəlik” insanları həyəcanlandırdı – VİDEO
  • İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
  • Bu gün İlaxır çərşənbədir
  • Əli İnsanov dünən və bu gün: nələr deyir? - Video
  • 27 kilometrlik gizli tunel tapıldı - BÖYÜK TƏHLÜKƏ
  • Türk əsgərlər xüsusi təhlükəli terrorçunu məhv etdilər
  • Maykl Ceksonun qızı özünü öldürmək istəyir
  • Feysbuk və Yutub Yeni Zelandiya terrorunun videolarını silir
  • Azərbaycanda genişmiqyaslı təlim - Video
  • Bəs, Avropa ölkələrində edam qadağan idi? - Ərdoğan
  • NASA iki qalaktikanın toqquşmasını göstərdi - FOTO
  • Yəhudilərin varlanmaqla bağlı MÖHTƏŞƏM ÜSULLARI: əgər kasıbsınızsa...
  • SON DƏQİQƏ: Qaz və elektrik enerjisi ilə bağlı limitin ləğv olunması təklif edildi
  • Türkiyədə yayımlanan "Savaşçı" serialında Xocalı şəhidləri anılıb.
  • Rus alim xəritə yaydı - İrəvan Azərbaycan ərazisidir - VİDEO
  • Fəzail İbrahimli: “Televiziyanı neçə dəfə ərdə olub ana kimi əxlaq dərsi keçənlərdən təmizləmək lazımdır"
  • Ermənilər Kəlbəcərdən Cəbrayıladək avto-yürüş edəcək - “Bir qarış da torpaq verməyəcəyik!..”
  • Soyqırım qurbanları Ankara Qazi Universitetində də yad edildi!
  • “Facebook” onlayn ödənişlər sahəsində inqilaba hazırlaşır
  • Yadplanetlilər Azərbaycanlı tələbəyə izləmə qurğusu yerləşdirdilər -ŞOK FOTOLAR
  • 29 Haz 2017, 17:58   
        223
    NATO-Rusiya toqquşması: Avropa I Dünya Müharibəsi dövrünə qayıdır

    Şimali Atlantika (NATO) bloku ilə Rusiya arasında hərbi dialoqun bərpası real görünmür.

    Bunu Yenicag.Ru-ya NATO-Rusiya münasibətlərinin indiki durumunu şərh edən rusiyalı ekspert Aleksey Fenenko deyib:

    NATO-Rusiya toqquşması: Avropa I Dünya Müharibəsi dövrünə qayıdır


    “Hazırda NATO ilə Rusiya arasında hərbi dialoqun bərpasi zəruri olsa da, real görünmür. Siyasətçilər tez-tez deyirlər ki, Avropa “soyuq müharibə” dövrünə qayıdıb. Ancaq bu proqnozun nikbinlik dərəcəsi çox yüksəkdir. Çünki hətta “soyuq müharibə” dövründə də müharibənin qarşısının alınması üçün effektli mexanizmlər yaradılmışdı.

    O sırada etimad həddi anlayışını ehtiva edən 1975-ci il Helsinki Yekun Aktını, 1986-cı il ATƏT-in Avropada hərbi fəaliyyətə dair Stokholm müqaviləsini, 1990-cı il Avropada adi silahlar haqqında müqaviləni qeyd etmək olar. Rusiya ilə NATO arasında sonuncu əsas sənəd isə tərəflərin imzaladığı təməl aktı idi. Lakin son 20 ildə bu sənədlər öz əhəmiyyətini itirib.

    Bunların arasında ən vacib sənədlər Avropada adi silahlar haqqında müqavilə və Rusiya ilə NATO arasında təməl aktı idi. Onlardan birincisi 2015-ci ilin yazında, digəri isə 2017-ci il mayın 27-də qüvvədən düşüb. Sonuncu sənəd tərəflərin etirazı olmadıqda, hər 10 ildənbir yenilənirdi. Lakin bu il Polşa müqavilənin yenilənməsinə veto qoydu. Eyni zamanda, NATO bəyan etmişdi ki, onun nüvə silahı və geniş hərbi kontingent yerləşdirmək niyyəti yoxdur. Artıq belə bir niyyətin olduğu bildirilmir. Yəni Avropada hərbi fəaliyyət qaydaları artıq yoxdur.

    Bu isə iki dəniz – Baltik və Qara dəniz arasındakı coğrafiyada genişmiqyaslı militarizmə yol açıb. Bu prosesin davam etməsi böyük risklər yaradır və NATO ilə Rusiya arasında hərbi toqquşmaya aparır. Bu, ilkin mərhələdə lokal konflikt kimi – məsələn, ABŞ-ın 2008-ci ildə Rusiyanın Gürcüstanla “beşgünlük müharibəsi”ndəki məhdud iştirakı formasında ola bilər. Ancaq Baltik və Qara dəniz arasındakı coğrafiyada başlaya biləcək konfliktlərin adi bir atəşlə böyük müharibəyə çevrilməyəcəyinə kim təminat verə bilər?

    Biz praktik olaraq, “soyuq müharibə” dövrünə deyil, daha təhlükəli dönəmə – I Dünya Müharibəsi ərəfəsindəki Avropaya qayıdırıq. Xatırladım ki, o müharibənin iştirakçıları yetərincə demokratik ölkələr idilər və onlar böhran dönəmində səfərbərliklə bağlı planlarını digərlərindən daha tez gerçəkləşdirməyə çalışırdılar.
    Hazırda qitədə Bosniya, yaxud da Suriya müharibəsi ssenarisinin təkrarlanması daha təhlükəlidir. Tərəflər artıq bu mərhələyə daxil olublar və qeyd etdiyim coğrafiyada müharibənin alovlanmayacağına təminat yoxdur. Trampın bu istiqamətdə dialoqa başlayacağına yönələn ümidlər də doğrulmadı”.
    loading...