Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Erməni əsirliyində olan azərbaycanlı qadınların sayı açıqlandı
  • Gözəl və dolğun dodaqlara sahib olmaq üçün bunları edin
  • Portağallı qış çayı - RESEPT
  • 2018-ci il bu telefonların ili olacaq - FOTO
  • Sarkisyan onunla Azərbaycan dilində danışan erməniyə “Deyəsən, keçmiş üçün darıxmısan… Mən də Azərbaycanca bilirəm” dedi – VİDEO
  • “Heç bir normal insan bunun əleyhinə ola bilməz”
  • Bu nəqliyyat vasitələri gömrük idxal rüsumundan azad edildi
  • Güllələnən 8 azərbaycanlı general .
  • Sarı İt ili ən çox kimləri SEVİNDİRƏCƏK? - İllər üzrə 2018-ci ilin PROQNOZU
  • Dilqəmin xilas etdiyi qadın: “Onu Kəlbəcərə biz göndərdik” – VİDEO
  • "Vətəndaşın imkanı yoxdur, krediti dövlət ödəsin" - Millət vəkili
  • Azərbaycanda yaşayan ermənilərin sayı açıqlandı
  • Şok! Azərbaycanlı əsirlərin saxlanıldığı yer tapıldı
  • " Aİ-92" benzin bahalaşıb 1 manat olacaq - Ekspertlərdən xəbərdarlıq
  • Azərbaycanda sürücülər xəbəri olmadan vəsiqəsiz qala bilər
  • Dünyanın ən kiçik həbsxanası - FOTO
  • Elm adamlarından dəhşətli 2018-ci il XƏBƏRDARLIĞI: QARŞISIALINMAZ FƏLAKƏT GƏLİR
  • Rusiya çökəcək? - Tanınmış astroloq gözlənilən nəticəni yazır
  • Qarakənd faciəsindən 26 il ötür
  • Azərbaycana 1 milyon yardım etmiş pakistanlı qadın - Həyat hekayəsi
  • Son günlərdəki zəlzələ silahlarla törədilib- SENSASİON AÇIQLAMA
  • Evimizdəki kiçik BOMBAların dəhşətli fəsadları - Batareyalardan gələn ölüm
  • Zimbabve prezidenti aclıq aksiyasına başladı
  • Benzinin qiyməti nəyə təsir edəcək? - Açıqlama
  • Bu qidaların girdiyi evə xəstəlik girmir
  • Sərkisyan Qarabağda təxribata hazırlaşır: Yayda...

    22 Nis 2017, 05:31   
        137
    Sərkisyan Qarabağda təxribata hazırlaşır: Yayda...



    Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyət xeyli dəyişib və ona görə də hərtərəfli hazır olmaq lazımdır.

    Bu sözləri Axar.az-a açıqlamasında politoloq Arzu Nağıyev deyib. Ekspertin sözlərinə görə, hərbi təlimlərin keçirilməsi və bu yöndə atılan addımlar mübət hal kimi qiymətləndirilməlidir:

    “Dağlıq Qarabağ münaqişəsinin həllində ən mühüm rolu Rusiya oynamalıdır. Qərbin də açıq tələbi o oldu ki, SSRİ-nin varisi kimi Rusiyanın münaqişənin həllini öz üzərinə götürməməsi çox təhlükəli tendensiyaya çevrilə bilər. Rusiya müharibə ocaqlarının söndürülməsində birbaşa iştirak etməlidir. Ancaq Moskvanın xeyir-duası ilə dolayı yolla Serj Sərkisyanın müharibə partiyası yenidən hakimiyyəti zəbt etdi. Məlum məsələdir ki, status-kvonu uzatmağa çalışacaqlar. Bu isə məsələnin həlli üçün yaranmış əlverişli şəraiti və müsbət addımların atılmasını əngəlləyə bilər”.

    Politoloq bildirib ki, Rusiya münaqişənin müsbət həllində maraqlı olmalıdır, çünki bu gün regionda iqtisadi, siyasi və daşınmalar planında Qərb üçün ən mühüm dövlətlərdən biri Azərbaycandır:

    “Bu mənada hesab edirəm ki, Qərbin tələbləri və Rusiyanın atdığı addımlar məsələnin həlli istiqamətinə yönəlməlidir. Ermənistana gəldikdə, son parlament seçkiləri göstərdi ki, İrəvan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə razılıq verməyəcək. Qarşıdan yay fəslinin gəlməsi Qarabağda müharibə ehtimalını daha da artırır. Azərbaycan Ordusu ermənilər tərəfindən hər cür təxribatlara qarşı tam ayıq-sayıq olmalıdır. Bir sözlə, vəziyyət xeyli dəyişib və ona görə də hərtərəfli hazır olmaq lazımdır”
    loading...