Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SON DƏQİQƏ: Türkiyə prezidentinin halı pisləşdi
  • "Olmazmı çağırışı 18 deyil, 20 yaşından həyata keçirək və özünüz də görəcəksiniz ki..."
  • Türkiyə, Qətər və Pakistan birləşərsə... - Video
  • Nəhəng canlıların inanılmaz görüntüləri - Video
  • 98 illik su anbarı belə partladıldı - Video
  • Azərbaycan Ordusu regionun ən qüdrətli Silahlı Qüvvələri səviyyəsinə yüksəlib
  • Ramazan ayı hansı gün sona çatır?
  • Qəbirdə ilk gecə nələr olur?
  • Xaçmaz Rayon Mərkəzi kitabxanasının qarşısında “26 İyun silahlı qüvvələr günü” ilə əlaqədar “Hünər ölmür, mərdlik ölmür, əsgər ölmür” mövzusunda informasiya günü keçirildi.
  • İnsanların 74 faizi... - Öldürücü istilər GƏLİR
  • Putin leysana baxmayaraq naməlum əsgərin məzarına çiçək qoydu – FOTO
  • Son dəqiqə! Prezident təsdiq etdi: Bundan sonra sim kartlar..
  • Elə şeydən elektrik enerjisi hazırladılar ki...
  • Gürcüstanda benzin və dizel yanacağı daha da ucuzlaşacaq.
  • Azərbaycanda yeni dövlət qurumu yaradıldı – RƏHBƏRİ KİMDİR, HANSI İŞLƏRƏ BAXACAQ?
  • “Türkiyədə evlənmə verilişinə qatılan azərbaycanlılar heç demə….
  • Qarabağa Könüllü yığılır
  • Almaniya qərarını verdi: Ordu Türkiyədən geri çəkilir
  • NASA yaşayış ehtimalı olan 10 planet tapdı
  • "...bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik" - PREZİDENT
  • Müdafiə Nazirliyindən xəbərdarlıq — Telefonla danışarkən... Müdafiə nazirliyi vətəndaşlarla xəbərdarlıq edib.
  • Müsəlman sərxoş olmadıqca içki içə bilər — FƏTVA
  • Alimlərdən xəbərdarlıq: Planeti ölümcül istilər gözləyir
  • Həmsədrlər Qarabağda savaş ehtimalını artırdı
  • Suşi haqda bilmədiyimiz DƏHŞƏTLİ FAKT
  • Tehranın bu həftəki cümə xətibi Ayətullah Müvəhhidi Kermani olub

    24 Şub 2017, 18:11   
        109
    Tehranın bu həftəki cümə xətibi Ayətullah Müvəhhidi Kermani olub

    İslamazeri.az “Farsnews”-a istinadən xəbər verir ki, Tehranda keçirilən Fələstinə dəstək konfransına işarə edən imam cümə Ayətullah Müvəhhidi Kermani deyib: “Fələstin məsələsi islamın məsələsidir. Bəziləri bizə irad tutur ki, sizin Fələstinə aid olan məsələylə nə işiniz var? Bu sözün mənası əslində budur: "Sizin islamla nə işiniz var?" Biz Fələstin məsələsinə etinasızlıq edə bilmərik. Hamı bilsin ki, bu məsələ İslam İnqilabının ən ali məsələlərindən biridir. Bizim milli və siyasi mənafelərimiz də Fələstin məsələsinə bağlıdır. İsrail rejimi elə bir cinayətləri törədib ki, heç vaxt yaddaşlardan silinməyəcək, heç bir ağıllı insan bu cinayətlərə dözə bilməz. Onlar müxtəlif planlar cızaraq, fələstinliləri vətənlərindən çıxardılar. Onları ya yandırdılar, ya da öldürdülər. Şeytana məxsus olan bu layihənin başçısı ingilislər olub. Daha sonra idarəçilik ABŞ-a keçdi. Qeyri qanuni olan bu rejimin əsas hədəflərini tanımaq və bilmək və əlac tapmaq lazımdır. Bu gün bütün zalım rejimlər əl ələ veriblər ki, bu cür faciəni yaratsınlar. Biz də bu gün əl ələ verməliyik. İsrailin hədəfi İslamın, islam ölkələrinin, islam cəmiyyətlərinin zəiflətməkdir. İslam düşmənləri dünya xalqlarının 1/4-nin müsəlman olduğunu gördükdən sonra islamın əzəmətini və dünyanın şərq və qərbinə hakim olduğunu anladılar. Xüsusən Mirza Şirazinin tarixi hökmündən sonra islam və islam alimlərinə hücumlarını daha ciddi olaraq davam etdirdilər."

    İmam cümə daha sonra "Düşmənlərin İsraili yaratmaqdan ikinci məqsədləri müsəlmanların təbii sərvətlərinə əl qoymaq idi. Onların qısa müddətli planı Yaxın Şərqi, uzun müddətli planı isə dünyanı ələ keçirməkdir. ABŞ konqresi sionistlərin nəzarəti altındadır, prezident də bu konqresə tabedir. Gördüyünüz kimi, ABŞ prezidenti istər demokratlardan olsun, istər respublikaçılardan İsrailin dəstəkçisidir. Dünyanın əksər media sistemləri onların əlindədir, istədikləri kimi gündəm yaradırlar. İslamofobiya, iranofobiya, həqiqətləri dəyişmək, islam Peyğəmbərini (s) təhqir etmək, siyasi və qeyri əxlaqi filmlər hazırlamaq onların gördüyü işlərdəndir. Onlar yəhdi şəhərcikləri düzəltməklə bir qrup şəxsiyyətsiz insana şəxsiyyət vermək istəyirlər.", - deyə əlavə edib.

    İmam cümə sonra deyib: "Lakin bütün bunların fonunda onların planlarını alt-üst edən bir hadisə baş verdi. Cihad və səbr deviziylə baş verən islam müqaviməti. İki müqavimət öncədən yaranmışdı; biri şücətli ruhani olan şəhid İzzəddin Qəssamın yaratdığı milli müqavimətdir. Bu müqavimət Qərbin təzyiqi və ərəb ölkələrinin xəyanətinə görə məğlub oldu. İkinci müqavimət isə ərəb müqavimətidir. Bu müqavimətin başçısı Əbdun-nasir idi və 6 günlük müharibədə məğlub oldu. Lakin İslam İnqilabından örnək götürən islami müqavimət etiraz və intifadələri səbəb oldu. Bu müqavimət İsrailə ciddi zərbə endirdi. Bu müqavimət qələbələr əldə etdi, Qəzza və Livanın cənubunu azad etdi, 33, 22 və 8 günlük müharibələrdə qalib gəldi. Bu müqavimət aldanmadı və düşmənin hiylələlərinə və müzakirə təkliflərinə uymadı. Möhkəm dayandı və bütün Fələstinin azadlığını tələb etdi. Bu müqavimət İsraili rəsmi olaraq tanımadı."

    Ayətullah xütbəsi zamanı İsrailin cihad və şəhadət mədəniyyətindən qorxduğunu bildirib.

    "Cihad və şəhadət mədəniyyəti İsrailin qorxulu yuxusu olan 2 əsas məsələdir. Düşmən bilsin ki, evi hörümçək toruna bənzəyir. Allahın izni və mömin qüvvələrin həmkarlığı ilə İsraili dünya xəritəsindən siləcəyik. İsrail həmin rejimdir ki, fələstinliləri evlərindən çıxarır, meydanlarda toplayaraq, yandırır, qadınlarını isə çılpaq halda şəhərlərdə gəzdirirdi. Bu rejimin aqibəti zillətdən başqa bir şey olmayacaq. Onlara dəstək olan ABŞ və İngiltərənin aqibəti də bu cür olacaq. Bizim xalqımız “Ölüm olsun ABŞ-a”, “Ölüm olsun İsrailə”, “Ölüm olsun İngiltərəyə” şüarlarını qəlblərinin dərinliklərindən səsləndirirlər.”, - deyə Ayətullah Müvəhhidi Kermani qeyd edib.


    İmam cümə sərt danışdı: İsraili dünya xəritəsindən siləcəyik