Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Onlar məhv olacaq, biz isə cənnətə düşəcəyik - Putin
  • Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • 20 Ock 2017, 11:37   
        322
    Ermənilər 1905-də niyə hücuma keçdi? - Məxfi detal
    Ermənilərin 1905-ci ildə Azərbaycanda törətdikləri qırğınlar Türkiyə tarixşünaslığında

    1905-ci il qanlı hadisələri sovet tarixşünaslığında demək olar ki, öyrənilməmiş mövzulardan hesab olunmaqdadır. Yalnız Azərbaycan müstəqil olduqdan sonra hadisələrin hərtərəfli araşdırılmasına başlanılıb və mövzu ilə bağlı yazılar işıq üzü görüb. Bəhs edəcəyimiz həmin hadisələr Azərbaycan tarixində dərin iz qoymuş, baş vermiş qırğınlar yaddaşlara həkk olunub. Hadisələrin nəticəsi çox ağır olub, yüzlərlə kənd dağıdılıb, minlərlə insan məhv olub və on minlərlə soydaşımız öz yurd-yuvasından didərgin düşmək məcburiyyətində qalıb. Baş vermiş qırğınların əsas səbəbkarı şovinist erməni millətçiləri, onların təmsil olunduqları “Daşnaksütyun” və digər erməni partiya və təşkilatları, habelə, onlara yetərincə maddi-mənəvi dəstək verən Çar Rusiyası olub. Çar hakim dairələri hər iki xalqı yeni başlayan Birinci Rus İnqilabından kənarda saxlamaq üçün onların arasına qanlı nifaq salmaqdan çəkinməyib və demək olar ki, bu qırğınların gedişini çox laqeydcəsinə kənardan müşahidə etməklə kifayətlənib. Bununla da, çarizm Cənubi Qafqazda demək olar ki, özünün əsas istəyinə nail olub və inqilab, necə deyərlər, başlamadan sona çatıb. Tədqiq olunan dövrdə törədilən qanlı qırğınlar Türkiyə tarixşünaslığına da öz dərin təsirini göstərib, hadisələrin tam araşdırılmadığı keçmiş SSRİ zamanında belə məsələlərin obyektiv təhlil olunmasına çalışılıb.

    1904-1905-ci il rus-yapon müharibəsində Rusiyanın məğlubiyyəti çarizmin həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən geriliyini bir daha ortaya qoymuş oldu. Ölkəni bürüyən tətillər dalğası ümumilikdə Birinci Rus İnqilabının başlanmasına gətirib çıxardı. İnqilab Cənubi Qafqazda, o cümlədən, Azərbaycanda da öz təsirini göstərməyə başladı. Artıq 1904-cü ilin sonundan başlayaraq, kifayət qədər fəallaşan erməni millətçiləri yerli azərbaycanlılarla olan münasibətlərini hərbi müstəviyə keçirərək, qanlı qırğınlara səbəb oldular. Tədricən Azərbaycanın əksər bölgələri erməni quldur dəstələrinin müharibə meydanına çevrildi.

    İlk hədəf Rusiya-Osmanlı-İran sərhədlərində yaşayan Azərbaycan kəndləri oldu. Tez-tez sərhədləri adlayaraq yerlərini dəyişən və sərhəddin digər tərəflərindəki silahdaşları ilə birləşən erməni quldur dəstələri burada yaşayan azərbaycanlıları qətl etməyə başladılar. Erməni quldurlarının Rusiyanın sərhədə yaxın kəndlərində müsəlmanları qətl etmələri haqqında məlumatları öyrənən Osmanlı hökuməti, yolunu azan bu erməni quldur dəstələrinə qarşı, eləcədə daşnak rəhbərlərindən rusiyalı Nikolay Perilanet, Trabzonlu Artaşes və bir neçə “fədai”nin Bakıdan Salmasın Kaleşərqəryəsinə gəlmələri üzərinə toplanan erməni fitnəkarlarının təcavüzlərinin dəf edilməsi üçün tədbir görməyi nəzərdə tuturdu.

    1905-ci ildə baş verən qanlı qırğınlar Azərbaycanın bir çox bölgələrini, o cümlədən, Bakı, İrəvan, Naxçıvan, Gəncə, Qarabağ, Zəngəzur, Göyçə və digərlərini əhatə edib. Əksər türk müəlliflər ermənilərin təşkilatlanma işinə xeyli əvvəldən başladıqlarını və onların hadisələri tam hazırlıqla qarşıladıqlarını qeyd edib. Azərbaycanlı əhali isə heç bir hazırlığı olmadığından yalnız özünü müdafiə etmək məcburiyyətində qalıb. 1905-1907-ci il hadisələrində Azərbaycan türkləri, sadəcə, öz milli varlıqlarını, vətənlərini, ailələrini qorumaq məqsədilə ermənilər ilə savaşıb. Məkrli erməni siyasətindən bəhs edən türk tarixçilər qeyd edirlər ki, 1905-ci ildə Bakıda azərbaycanlılarla baş verən qırğınlara qədər ermənilər gizli qruplar, təşkilatlar, partiyalar baxımından, eləcə də həm ordu, həm siyasi, həm də iqtisadi baxımdan təşkilatlanma fəaliyyətlərini əsasən başa çatdırıb. 1905-ci il hadisələrindən bəhs edən Məmməd Səid Ordubadinin fikrincə, hadisələrin baş verməsinin əsas səbəbi Qafqazda bir sıra qanlı hadisələr törədən erməni “Daşnaksütyun” komitəsi və yerli hökumət məmurlarının müharibə zamanlarında göstərdikləri etinasızlığıdır.

    Daşnakların üstünlüyündən çəkinən çar hökuməti, bağladığı erməni məktəblərini təkrar açmaq və kilsənin mallarını geri qaytarmağa qərar verdi. Bununla onlar daşnakların sakitləşəcəyini zənn edirdilər. Ümumuyyətlə, “Daşnaksütyun” partiyasının meydana çıxmasına qədər azərbaycanlı, erməni və gürcülərin dostluq şəraitində yaşadıqlarını, heç bir düşmənçiliyin olmadığını əksər müəlliflər öz əsərlərində qeyd etməkdədir. Hələ 1921-ci ildə nəşr olunan “Qırmızı kitab”da bütün qanlı hadisələrin törənməsinin səbəbinin daşnakların terrorçu fəliyyətində olduğu qeyd olunur. Həmin kitabda deyilir ki, erməni üsyançılarının, xüsusilə Daşnaksütyun firqəsinin doğuşuna qədər Qafqaz adlı ölkədə sülh və dostluq hökm sürürdü. Bu ölkədə sonradan türklərlə ermənilər arasında olan qanlı qırğınların kölgəsini belə xatırlayan yoxdur. Ermənilər, türklər və gürcülər yüz illərcə bir arada yaşadılar və bu müddət içərisində milli ədavət zəminində hər hansı bir qanlı hadisə baş vermədi. Lakin daşnaklar gələrək müstəqil Ermənistan üçün sırf ermənilərlə məskun bir ərazi qurmaq istədilər. Qafqaz kəndlərini milli ədavət və nifrət hissləri bürüdü. Ermənilərin silah işlətmələrinə türklər də eyni şəkildə qarşılıq verməyə məcbur oldular.

    Tarixçi Aygün Attara görə, bu münaqişələr əsasən ermənilərin əli ilə azərbaycanlıların öldürülməsindən qaynaqlanırdı. Nəsrin Sarıəhmədoğlu da bu fikirləri təsdiq edərək qeyd edir ki, öz torpaqlarında yaşayan Azərbaycan türklərini planlı bir şəkildə yurdlarından çıxarmağa və öldürməyə yönəlik bu fəaliyyətlər ilk əvvəl Bakıda başlayaraq, sonra Azərbaycanın digər bölgələrinə yayıldı. Əslində, hadisələrin bütün günahkarları “Daşnaksütyun” partiyasına aiddir. Müəllifin fikrincə, daşnaklar quldur dəstələrinə bənzər birliklər təşkil edərək, əsasən Osmanlı dövlətindən köç edən erməniləri bu birliklərə alaraq, türk kəndlərinə hücum edir və bütün kənd əhalisini öldürürdülər. Azərbaycan türklərinin isə daşnaklarla müqayisə ediləcək bir təşkilatları yox idi.

    XX yüzilliyin əvvəlində “Daşnaksütyun” partiyasının sıralarında cəmi 150-200 min üzv var idi ki, onlardan da ümumilikdə 1-1,5 milyon rubl üzvlük haqqı toplanırdı. Bakıdakı bir sıra erməni kapitalisti onlara dəstək verirdi. Bakıda isə bu dövrdə Rus-İran və Rus-Osmanlı müharibələri nəticəsində bölgəyə yerləşmiş və çarlıq idarəsi ilə yaxşı münasibətdə olan 50 mindən çox erməni yaşamaqda idi. 1905-ci ildə Rusiyadakı iqtisadi və etnik vəziyyət səbəbindən inqilab baş verdi.

    Daşnak cəmiyyəti “Truşak” (bayraq) adlı qəzet buraxmağa başladı. Artıq ermənilər rusları unudaraq türklərə qarşı çevrildilər. Həm Osmanlı türkləri həm də Qafqaz türkləri əleyhinə olduqlarını açıq büruzə verirdilər. Tarixçi Cəmaləddin Daşqıran qeyd edir ki, ermənilər artıq rusları özlərini müsəlman türklərin hakimiyyətindən qurtaracaq güc olaraq görürdülər. Qafqazın 54 vilayətindən ancaq beşində ermənilər çoxluq təşkil edirdilər. İrəvanda belə çoxluq azərbaycanlıların tərəfində idi. Tarixçi Hüseyn Baykara “Azərbaycan İstiqlal mücadiləsi tarixi” kitabında yazır ki, faktları nəzərə almayan, eyni zamanda Türkiyədə aldığı sillədədən dərs çıxarmayan və ruslar tərəfindən silahlandırılan ermənilər Qafqazdakı rus hakim dairələrinin təşviqilə İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Şuşa, Gəncə, Bakı və Şirvanda silahsız və sakit bir həyat yaşayan azərbaycanlılara hücum edərək onları qırmağa başladılar. Beləcə Azərbaycan xalqını məhv edib vilayət və qəsəbələrdə üstünlüyü ələ keçirəcəklərini düşünürdülər. Tarixçi Tadeuş Svitoxovskinin fikrincə, daşnak döyüşçü dəstələrinin hücumu Azərbaycan müsəlmanlarının birliyi üçün katalizator rolunu oynayıb.

    Yuxarıda qeyd etdiyimiz kimi, Birinci Rus inqilabı dövründə çar Rusiyasının Cənubi Qafqazda yürütdüyü siyasətin əsasını burada yaşayan əhalini, xüsusilə azərbaycanlıları inqilabdan kənar saxlamaq, onları siyasi mübarizədən yayındırmaq idi. Çar Rusiyasının bu siyasətindən bəhs edən H.Baykara yazır ki, dünənə qədər uşaqlarına ana dilində məktəb aça bilməyən, qəzet çıxarmayan, seçki hüquqları ən bəsit bələdiyyə seçkilərində belə məhdudlaşdırılan və daha əsas hüquqları əlindən alınan bir xalqın bu şəkildə tarix səhnəsinə böyük sıçrayış və istəklərlə çıxması, zalım, müstəmləkəçi rus çarlıq rejimi üçün bir sürpiriz idi. Bu hadisələr Qafqaz müsəlmanlarının etdikləri açıq bir istiqlal mübarizəsi idi. Buna, II Nikolay və onun saray adamlarının , şovinist nazir və generallarının necə dözüb həzm etmələri çox maraqlı idi. Bunun üçün onların xalqın diqqətini başqa səmtə yönəldəcək bir planın hazırlayacaqları sözsüz idi.

    1905-ci il inqilabı Qafqaza da önəmli təsir etmiş, çar hökumətinin təşviqi ilə azərbaycanlı və ermənilər arasında bir çox qanlı döyüşlər törədilmişdi. Azərbaycan mətbuatında xalqı oyanışa və birləşməyə çağıran yazılar və ələ düşən üsyan fürsətindən haqq və hüquq davasında mümkün olduqca çox şeylər əldə etməyin lazım olduğu fikri yayılmaqda idi. Nağı Şeyxzamanlının fikrincə, çarizm 1905-ci il üsyanının qarşısını almaq üçün azərbaycanlıları ölüm-dirim məsələsi ilə qarşı-qarşıya qoyaraq onları bu işdən kənarlaşdırmağa nail ola bilmişdi.

    Məhəmməd Əmin Rəsulzadə də özünün “Qafqaz türkləri” əsərində, 1905-ci ildə baş vermiş erməni-müsəlman savaşının məhz şübhəsiz üsyanın Qafqazdakı təsirini zəiflətmək üçün çar hökuməti tərəfindən düşünülmüş və təhrik edilmiş çox sinsi bir tədbir olduğunu göstərir. Çarizmin “parçala və hökm sür” siyasəti sözün əsl mənasında həyata keçməkdə idi. Əksər türk tarixçiləri bu hadisələrin mərkəzində çarizmin dayandığını qeyd edir və bu işin bilavasitə rus hakim dairələri tərəfindən törədildiyini təkzib edilməz faktlarla sübut etməyə çalışırlar. Yenə tarixçi H.Baykara yazır ki, Qafqazda Azərbaycan türklərinin üzərinə ermənilərin 1905-ci il hücumu, müsəlman qırğını, şovinist rus Peterburqundan Qafqazdakı yüksək rus məmurlarına verilən gizli bir direktivin nəticəsi idi. Ruslar erməniləri Azərbaycan türklərinə qarşı qaldırmaq metodunu işə salmaqla, baş verən millətlərarası ixtilafları məmnuniyyətlə qarşılayırdılar.

    Tarixçi Ömər Göksəl İşyar bu dövrdə baş verən siyasi hadisələrin də ermənilərin xeyrinə, bölgədə yaşayan müsəlmanların isə əleyhinə olduğunu qeyd edir. Müəllifin fikrincə, Rusiya bu hadisələr zamanı çarlıq rejiminin aradan qalxması ehtimalını minimuma endirməyə çalışıb və daha çox ermənipərəst siyasət yürütməyi uyğun görüb. Rus çarı II Nikolayın erməniləri təhrik etməsi, onlara silah-sursat yardımları ilə yanaşı maddi dəstək verməsi nəticəsində Qafqazdakı türklər ermənilərin əli ilə zülüm görməyə başlamışdılar. Rusiyanın xarici siyasəti və Qarabağ məsələsindən bəhs edən bu türk tarixçisi ermənilərin azərbaycanlılara qarşı düşmənçilik bəsləmələrinin və bundan qaynaqlanan 1905-1906-cı il hadisələrinin əsas səbəblərini araşdırarkən gəldiyi nəticələr özünəməxsusluğu ilə diqqəti cəlb edir. Tarixçinin fikrincə, hadisələrin əsas səbəbi, Qarabağ bölgəsindəki ermənilərin azərbaycanlı məmurları nüfuzdan salmaq istəmələri, ermənilərin şəhərlərdəki hakim, prokuror və ya polislərin əsasən azərbaycanlılardan ibarət olmasına qarşı bəslədikləri dözümsüzlük, azərbaycanlıların mədəni, demoqrafik və iqtisadi cəhətdən daha üstün olmaları və s. idi.

    Digər bir türk tarixçisi Okan Yeşilot qeyd edir ki, İrəvan, Naxçıvan, Ordubad, Qarabağ, Gəncə, Bakı və Şirvanda silahsız, müdafiəsiz türklərə hücum edən ermənilər onları öldürməyə başladılar. Azərbaycanlılar nə edəcəklərini bilmədən çaşqın bir halda özlərini müdafiə etməyə başladılar. Rus hakim dairələri bu qırğınları dayandırmaq əvəzinə, öz hərəkətləri ilə erməniləri daha da cəsarətləndirirdilər.

    T.Svitoxovski yazır ki, 1905-ci ilin fevralında erməni-azərbaycanlı gərginliyi şiddətə çevrildi və Bakı iki millətin açıq döyüş meydanına səhnə oldu. Erməni millətçiləri “Daşnaksütyun” un rəhbərliyi ilə döyüşlərə başlarkən, azərbaycanlılar iqtisadi rəqabətlə yanaşı, erməni qiyamçıları ilə aparılan döyüşdə özlərini müdafiə etmək üçün təşkilatlanma işinə də başladılar. Daha əvvəl dağınıq halda döyüşən azərbaycanlı birlikləri, özlərindən güclü daşnak təşkilalanmasına qarşı güclərini bir araya gətirərək, ziyalıları da bu mübarizəyə daxil etdilər. Bakının Quba meydanında atılan bir güllə Qafqazın XX əsr tarixində yeni bir səhifənin başlanğıc nöqtəsi oldu. Erməni komitəçiləri tərəfindən planlanaraq həyata keçirilən və şəhərdəki bir müsəlman iş adamını hədəf alan bu hadisə, təhlükəsizlik təşkilatının səhlənkarlığı və laqeyd davranışı nəticəsində Bakıda qanlı döyüşlər baş verdi. Rus ordusunda xidmət edən əsgərlər də, silah anbarlarından aldıqları və ya oğurladıqları silah-sursatı daşnak quldur dəstələrinə verirdilər.

    Bakıda qırğınlar 4 gün davam etdi. Bakı valisi Nakaşidze, bəzi dövlət məmurları və çox sayda azərbaycanlı öldürüldü. Osmanlı arxiv sənədləri, İsveçrədəki erməni mərkəzi komitəsinin əmri ilə Tiflis və Bakıda yaşayan erməni millətçilərinin, Osmanlıdakı erməni komitələri və Qafqazdakı erməni fədailərinə silah almaq üçün yardım topladığını təsdiq edir. Bakıda davam edən döyüşlərdə ermənilərlə bərabər döyüşən rus əsgərlərinin silahsız xalqa qarşı topdan istifadə etdiyi qeyd olunur. Çarpışmalarda çox böyük dağıntının olduğu və hətta neft quyularının tamamən yararsız vəziyyətə düşdüyü Osmanlı padışahına təqdim olunan hesabatdan aydın görülməkdədir. Bu dövrdə nəşr olunan “Tayms” qəzetinin Bakıda baş verən hadisələrə öz səhifəsində yer ayırması hadisələrin geniş miqyas almasından xəbər verir.

    Bakı hadisələrindən bəhs edən M.S.Ordubadi yazır ki, ermənilər büsbütün məğlub olub fəlakətə uğrayıblar. Digər tərəfdən ermənilərin əvvəlki təşəbbüs və tədarüklərinə baxdıqda belə məğlubiyyətə insan son dərəcə təəccüb qalır. Zənnimcə həmin bu məğlubiyyətə ermənilərin özləri səbəb olublar. Onu da qeyd edək ki, 1905-ci il fevralın 15-də Bakıda general-qubernator vəzifəsi təsis edildi və fevralın 18-də isə Bakı şəhəri və quberniyasında hərbi vəziyyət rejiminin tətbiqinə başlanıldı./axar.az/

    Ardı var
    loading...