Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SON DƏQİQƏ: Türkiyə prezidentinin halı pisləşdi
  • "Olmazmı çağırışı 18 deyil, 20 yaşından həyata keçirək və özünüz də görəcəksiniz ki..."
  • Türkiyə, Qətər və Pakistan birləşərsə... - Video
  • Nəhəng canlıların inanılmaz görüntüləri - Video
  • 98 illik su anbarı belə partladıldı - Video
  • Azərbaycan Ordusu regionun ən qüdrətli Silahlı Qüvvələri səviyyəsinə yüksəlib
  • Ramazan ayı hansı gün sona çatır?
  • Qəbirdə ilk gecə nələr olur?
  • Xaçmaz Rayon Mərkəzi kitabxanasının qarşısında “26 İyun silahlı qüvvələr günü” ilə əlaqədar “Hünər ölmür, mərdlik ölmür, əsgər ölmür” mövzusunda informasiya günü keçirildi.
  • İnsanların 74 faizi... - Öldürücü istilər GƏLİR
  • Putin leysana baxmayaraq naməlum əsgərin məzarına çiçək qoydu – FOTO
  • Son dəqiqə! Prezident təsdiq etdi: Bundan sonra sim kartlar..
  • Elə şeydən elektrik enerjisi hazırladılar ki...
  • Gürcüstanda benzin və dizel yanacağı daha da ucuzlaşacaq.
  • Azərbaycanda yeni dövlət qurumu yaradıldı – RƏHBƏRİ KİMDİR, HANSI İŞLƏRƏ BAXACAQ?
  • “Türkiyədə evlənmə verilişinə qatılan azərbaycanlılar heç demə….
  • Qarabağa Könüllü yığılır
  • Almaniya qərarını verdi: Ordu Türkiyədən geri çəkilir
  • NASA yaşayış ehtimalı olan 10 planet tapdı
  • "...bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik" - PREZİDENT
  • Müdafiə Nazirliyindən xəbərdarlıq — Telefonla danışarkən... Müdafiə nazirliyi vətəndaşlarla xəbərdarlıq edib.
  • Müsəlman sərxoş olmadıqca içki içə bilər — FƏTVA
  • Alimlərdən xəbərdarlıq: Planeti ölümcül istilər gözləyir
  • Həmsədrlər Qarabağda savaş ehtimalını artırdı
  • Suşi haqda bilmədiyimiz DƏHŞƏTLİ FAKT
  • Prezident İlham Əliyev yeni dövlət qurumu yaratdı

    30 Eyl 2016, 14:54   
        139
    Prezident İlham Əliyev yeni dövlət qurumu yaratdı

    Prezident İlham Əliyev "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında dəyişikliklər edilməsi barədə sənəd imzalayıb.

    XEBERTV.AZ xəbər verir ki, sərəncamda deyilir:

    "Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraqqərara alıram:
    1. "Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 1944 nömrəli Sərəncamında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 4, maddə 702; Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 sentyabr tarixli 2298 nömrəli Sərəncamı) aşağıdakı dəyişikliklər edilsin:

    1.1. 1-ci hissədən "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində” sözləri çıxarılsın;

    1.2. 3.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

    "3.1. Azərbaycan Respublikasının Prezidentinə:

    3.1.0. Cəmiyyətin Nizamnaməsinin və nizamnamə kapitalının miqdarının müəyyən edilməsi.”;

    1.3. 3.2.2-ci və 3.2.3-cü yarımbəndlər aşağıdakı redaksiyada verilsin:

    "3.2.2. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;

    3.2.3. Cəmiyyətin xalis aktivlərinin dəyərinin iyirmi beş faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri Cəmiyyətin aktivlərinin beş faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanması haqqında qərar qəbul edilməsi;”;

    1.4. 3.2.4-cü yarımbənddə "Cəmiyyətin” sözündən sonra "İdarə Heyətinin sədrinin təqdimatı əsasında” sözləri əlavə edilsin;

    1.5. 3.2.5-ci yarımbənd və 7.1-ci bənd ləğv edilsin;

    1.6. 5-ci hissə aşağıdakı redaksiyada verilsin:

    "5. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi:

    5.1. Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə birlikdə Cəmiyyətin dövlət qeydiyyatına alınması üçün tədbirlər görülməsini təmin etsin;

    5.2. Cəmiyyətin fəaliyyətinin təmin edilməsi məqsədilə bir ay müddətində onun müvafiq yerlərlə təmin edilməsi üçün tədbirlər görsün.”;

    1.7. aşağıdakı məzmunda 6.3-cü bənd əlavə edilsin:

    "6.3. Nizamnaməsi təsdiq edildikdən sonra Cəmiyyətin strukturunu bir ay müddətində Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdıraraq təsdiq etsin.”.

    2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

    2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

    2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

    2.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

    3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".Unikal.org