• 23:52 – Tramp seçilsə, Avropanı İFLİC EDƏCƏK: "Qoca qitə" şoklara hazır olmalıdır 
  • 23:42 – Fransa universitetində Bakının siyasətindən danışıldı 
  • 19:48 – Ermənilər xəritə yaydı: Azərbaycan ordusu bu istiqamətlərdə irəliləyəcək - FOTO/VİDEO 
  • 19:43 – Rusiyadakı terror aktının bənzərini Türkiyədə törətmək istəyənlər var - Ərdoğan 

İsrail Livanın cənub bölgələrini "fosfor bombası" ilə vurdu

 

İsrail ordusu Livanın cənubundakı sərhəd bölgəsini ağır artilleriya atəşi, daha sonra isə ağ fosfor bombaları ilə vurub.

XEBERTV.AZ   xəbər verir ki, bu barədə Türkiyənin AA-saytında məlumat yayılıb.

Məlumatda bildirilir ki, İsrail qüvvələri əvvəlcə Livanın Kefr Şuba və Halta qəsəbələri arasındakı dağlıq bölgəni ağır artilleriya atəşi ilə hədəfə alıb.

Daha sonra İsrail dəfələrlə atdığı sıx ağ fosfor bombaları ilə eyni bölgəni vurub.

Hücumdan sonra uzun müddət Kefr Şuba və Halta şəhərlərinin səmasında ağ duman kütləsi görünüb.

Digər tərəfdən Livanın rəsmi agentliyi NNA-nın xəbərinə görə, İsrail sərhədin başqa bir hissəsində yerləşən Yarin, Mervahin, Nakura və Jebel Lebbune qəsəbələrinə artilleriya atəşi ilə hücum edib.

Livan-İsrail sərhədində oktyabrın 8-dən bu yana davam edən qarşıdurmalarda indiyədək 117 Hizbullah üzvü, 24 Livan vətəndaşı, 5 İsrail vətəndaşı və 6 İsrail əsgəri həlak olub.


Publika.az


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →