• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

“Can Azərbaycan!” devizi altında tədbir keçirilib!


 

BAKI-XEBERTV.AZ
“Can Azərbaycan!” devizi altında tədbir keçirilib!
Bakıdakı Namiq Babayev adına 144 nömrəli tam orta məktəbin gözəl ənənələri var: təhsil ocağında mütəmadi olaraq şəhid ailələri, müharibə əlil və veteranları ilə görüş keçirilir. Dərsdən kənar vaxtlarda şagirdlərin Bakıdakı Fəxri Xiyabana, I və II Şəhidlər Xiyabanlarına ziyarətləri təşkil edilir. Məktəb rəhbərliyi şagirdlərin Ölkəmizin inkişafına gələcəkdə daha çox dəstək vermələri üçün var qüvvələri ilə çalışır. Belə tədbirlərdən biri noyabrın 3-də keçirilən və 8 noyabr-Zəfər gününə həsr edilən tədbir idi. “Can Azərbaycan!” devizi altında keçirilən tədbiri bu Təhsil ocağının direktoru İlahə Həmidova açdı. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Məktəbin direktoru İlahə Həmidova qonaqları tədbir iştirakçılarına təqdim etdikdən sonra söz 9 c sinfinin şagirdlərinə verildi. Onlar maraqlı ədəbi-bədii kompozisiya ilə çıxış etdilər. Məktəblilərin çıxışı dəfələrlə alqışlarla qarşılandı.
Daha sonra söz qonaqlara verildi. Şəhid polkovnik-leytenant Vidadi Xəlilovun anası Əminə Xəlilova, 144 nömrəli məktəbin məzunu-şəhid Murad Məmmədlinin anası Əfruzə xanım, Murad bəyin bacısı Şahnaz xanım, şəhid Nicat Qasımzadənin bacısı Fatimə müəllimə, həmçinin, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin həmtəsisçisi, jurnalist Şamil Sabiroğlu, Bakıdakı 7 nömrəli tam orta məktəbin direktoru Könül Təhməzova və başqaları çıxış edərək II Vətən savaşında qazanılan tarixi qələbəmizdən bəhs etdilər.
Daha sonra Təhsil ocağının Rəhbərliyi adından bəzi müəllim və şagirdlər təltif edildi.
Qeyd: xatırladıram ki, tədbirin təşkilatçıları-məktəbin direktoru İlahə Həmidova və məktəbin dil-ədəbiyyat müəllimi Şəhla Abbasova idi.
Şamil Ələkbərli, müharibə veteranı.
Bakı, 04.XI.2023.

 

Reytinq: 
  • Нравится
  • 3
Son xəbərlər
bütün xəbərlər →