• 22:48 – NATO Ukraynanın Rusiya ərazisinə zərbələrinə icazə verdi 
  • 22:39 – İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi 
  • 22:35 – Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi 
  • 20:22 – Zelenskiyə sui-qəsd hazırlayan şəxs tutuldu 

"Təhsil Araşdırmalar Mərkəzi" Mediaya Təqdim edir!





 



BAKI-XEBERTV.AZ 

Üzü Olmayan Adam-The Man Without a Face (1993)

 



(Ağlayacaqsız və düşünəcəksiz!)

 

Bəzi filmlər vardır: ilahi mesaj verir və insanlara, ləyaqəti əmr edir!.. "Üzü Olmayan Adam" fimi də məhz bu qəbildən olan bir filmdir.

Film, nədən bəhs edir?

Ləyaqətli bir insanın başına gələnlər və onun, bu hadisələrdən, taleyin sınaqlarından, hər şeyə rəğmən üzüağ çıxmasından.

Öncə, qeyri-millətdən olduğu üçün gözümçıxdıya salınmış; daha sonra, avtoqəzada üzünü itirmiş və üzü ilə bərabər həm də toplum içindəki "təmsil qabiliyyətini" itirmiş məzlum bir adam...

İnsanlar, onu, insani keyfiyyətlərinə görə deyil, sırf maddi-fiziki amillərə görə- üzündəki qeyri-standart vəziyyətə və millətinə görə yarğılayırlar.

İnsanlar, savadlı və ləyaqətli bir şəxsin, insanlığa və cəmiyyətə xidmət imkanlarını qapadırlar, boğurlar...

Bu məzlum insanı, özlərinin yanlış və mental prinsipsizlikləri ilə faktik olaraq öldürürlər!.. Bəli, onu, öz cahil anlayışları ilə funksiyasız qoyub qətl edirlər!...

 

Filmin məzmunu: Justin McLeod, 5 il öncə keçirdiyi avto-qəza nəticəsində, üzünün bir qismi yanmış olduğu üçün və bu cür sifətlə, insanlara, qorxulu göründüyü üçün, məcbur qalıb cəmiyyətdən kənarda, qəsəbənin ucqar bir yerində yaşamını sürdürməkdədir. Qəza zamanı, yanında olan uşağın ölməsi nəticəsində, məhkəmədə yarğılanmış və bir müddət həbsdə qalmışdır... Bütün bunlardan sonra, onun pedofil (uşaqbaz) olduğuna inanan cəmiyyət, onu tamamilə yalnız buraxır və təcrid edir...

Bir müddətdən sonra, onun, başqa bir uşaqla başlayan dostluğunu sorğulayan qəsəbə camaatı, keçmişdə olanları, öz düşüncəsində yenidən dejavu etdirməyə başlayır...

Əsil həqiqətdə isə o, savadlı bir müəllim və vicdanlı bir insandır!...O, qəzada ölən şagirdini də, özünün mənəvi borcu bilərək yetişdirməyə çalışırdı, amma nə etmək olar, bir gün, qəzavu-qədər sonucunda, trafik qəzası olur və şagirdi, qəzadan sağ çıxmır...

 

Taleyin sınaqları çox ağırdır: öncə, yad millətdən olması, onu cəmiyyətdə şübhəyə məruz qoyur....Sonra, qeyri-millət olmaqla bərabər, həm də üzünün qəribə görüntüsü, onun pedofil hesab olunmasına səbəb olur... Daha sonra isə bütün bunların hamsı, onun ümumiyyətlə yaşam haqqının olmaması barədə yarğı yaradır!...

 

Nə qədər acıdır!...Nə böyük dərddir!...Nə böyük faciədir!...İnsanlar nə qədər acımasız və qəddardır!...İnsanlar nə qədər cahildir!...

 

P.S. Gəlin, insanların səhv və cahil düşüncələrini qıraq və onların səhvlərini, öz doğrularımızın deyil, öz doğrularımızı onların səhvlərinin yerinə qoyaq!..

 

Filmin sonunda, mütləq ağlayacaqsız.

 

Filmin rejissoru, Mel Gibsondur. Bu kinonu, Gibsonun ən az bilinən amma ən yaxşı əsəri hesab etmək olar.

 

Qeyd: filmin imdb xalının aşağı olmasına aldanmayın; səs verənlər, bu filmi düzgün dəyərləndirə bilməyiblər.


Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →