• 16:44 – Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər 
  • 23:54 – Oğuzda 50 ilin ən güclü dolusu - VİDEO 
  • 23:48 – “Haber Global”: “Azərbaycan həm meydanda, həm də masada qələbə qazandı” - VİDEO 
  • 23:43 – Bakcell bütün ölkəni Bulvardakı konsertə çağırır 

Azərbaycan Pakistanda zavod tikəcək?



Azərbaycan Pakistanda zavod tikəcək?



Pakistan yeni neft emalı zavodunun tikintisi ilə bağlı Səudiyyə Ərəbistanı ilə yanaşı, Azərbaycan və Çinlə də danışıqlar aparır.

XEBERTV.AZ xəbər verir ki, bunu Pakistanın neft üzrə dövlət naziri Musadiq Malik deyib.

"Hazırda Səudiyyə Ərəbistanı ilə fəal danışıqlar aparılır. Azərbaycan və Çin də Bəlucistan regionunda yerləşən strateji Qvadar limanındakı layihənin iştirakçısı ola bilər”, - M.Malik bildirib.

Layihə ilə bağlı yekun razılıq əldə olunmayıb. Buna görə də Çin və Azərbaycanın bu layihədə oynaya biləcəyi konkret rol barədə dəqiq məlumatlar yoxdur.

Qeyd edək ki, layihədə “Pakistan State Oil” (PSO), “Oil and Gas Development Company” (OGDCL), “Pakistan Petroleum” (PPL) və “Government Holdings Private” (GHPL) daxil olmaqla, Pakistanın dövlət neft şirkətləri iştirak edir.

Bu zavodun ildə 8 milyon ton dizel yanacağı, 6 milyon ton benzin istehsalı ilə gündəlik 300 min barel neft emal edəcəyi planlaşdırılır. Layihənin dəyəri 10-12 milyard ABŞ dolları arasında qiymətləndirilir.

Axar.az 

Reytinq: 
  • Нравится
  • 0
Son xəbərlər
bütün xəbərlər →