Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Məmur zülmünə məhkum olmuş şəhid ailələrinin naləsi... - VİDEO
  • Şuşa ərazisində “İsgəndər-M” raketinin qalıqlarının tapılması dünya mediasında geniş əks-səda doğurdu - FOTO
  • Çin peyvəndi vurduran Pakistanın Baş naziri koronavirusa yoluxub – FOTO
  • Votsap istifadəçilərinin nəzərinə - Xəbərdarlıq
  • Prezidentin köməkçisi: Tiqranakertlə bağlı saxta mifik hekayə bitdi
  • Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməklə, Azərbaycan Respublikasının inkişaf mərhələsinin təməlini qoymuşdur!!!
  • Prezident Zəngəzur dəhlizindən DANIŞDI
  • Təbib İbrahimov: “Arzu edirəm ki, Azərbaycanda xəstələrin sayı çox az olsun!”
  • Azərbaycan Ermənistanla sərhəddə işlərə başladı
  • SOYQRIMA HƏSR OLUNAN LAYİHƏ İCRA OLUNUR
  • Şair Mahir də mahir şairdi... - Yazı
  • Tehran və Bakı üçün bu sahələrdə yeni imkanlar açılır
  • Alim erməni yalanını ifşa etdi: Həmin xalçalar Bakıdadır
  • Şamil Sabiroğlu: Azərbaycanın hakimiyyət orqanları “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinə qarşı çox biganəlik göstərdilər...
  • HAVA KƏSKİN DƏYİŞİR: Nazirlik gücləndirilmiş iş rejiminə keçdi
  • Bölgələrə turist axını başladı - Ekspert açıqladı
  • Havalar isindikcə yoluxma artacaq - Alimlər
  • Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı - Video
  • 4 ay komada olan əsgərimiz şəhid oldu - FOTO
  • Ermənilər Xocalıda yeni qəsəbə salır?
  • Can, Azərbaycan !- İslam Ələsgərli
  • Erməni polkovnikin qulağına "Poladın qısasını aldım!" deyərək MƏHV ETDİ
  • Onlar başları əzilməli olan zəhərli ilanlardır - Baxçalı
  • Çiplənək ya yox?
  • COVİD-19-a qarşı Azərbaycan modeli və İlham Əliyevdən bəşəriyyətin xilası üçün yeni təklif
  • 29 Mar 2021, 20:30   
        113


    Evdə müalicə öldürə bilər! - Həkimdən XƏBƏRDARLIQ

    Evdə müalicə öldürə bilər! - Həkimdən XƏBƏRDARLIQ
    "Son günlər ev şəraitində müayinə etdiyim COVID-19 xəstələrinin ilk həkimləri tibb bacılarıdır. Deməli, 15 gün modul tipli xəstəxanada işləyən tibb bacıları evdə xəstələrə ağıllarına nə dərman gəldi vururlar".

    XEBERTV.AZ Publika.az-a istinadən xəbər verir ki, bu sözləri tibb üzrə fəlsəfə doktoru, infeksionist Vüqar Cavadzadə qeyd edib.

    V.Cavadzadə bildirib ki, modul tipli xəstəxanalarda çalışan tibb bacıları xəstələri COVID-19-a görə evdə müalicə edirlər: "Xəstələrə deyirlər ki, biz modul xəstəxanasında hər şeyi öyrənmişik, həkimlər xəstələrə nə yazırlarsa, biz onların hamısını bilirik. Deyirlər ki, biz ağır olanları dirildirik, sizdə nə var ki? Xəstələr də inanır, canlarını tibb bacılarına etibar edirlər. Müayinə etdiyim xəstənin 10 gündür ki, yüksək qızdırması düşmür. Tibb bacıları isə deyirlər ki, "narahat olmayın, COVID-19-da bu cür olur".



    İnfeksionistin sözlərinə görə, ehtiyac olmadığı halda, xəstələrin vena daxilinə infuziyalar yeridilir: "El dilində desək, venaya sistemlər vurulur. Deyirlər ki, mənə sistem vur, bədənim yuyulsun. Digər tərəfdən də testi pozitiv çıxan, amma heç bir klinik əlaməti olmayan şəxslərə ilk gündən deksametazon, iki antibiotik və s. kimi preparatlar vururlar. Tibb bacılarının yeni müalicəyə başlayanda təyin etdikləri digər dərmanlar - kalsium qlükonat, "Essensiale", "Riboxin", "Aktovegin"dir. Bu dərmanları yəqin orada həkimlər də təyin edir ki, tibb bacıları da onlara baxıb öyrənirlər.

    COVID-19-da laxtalanma artdığı halda, xəstələrə kalsium qlükonat vururlar ki, xəstə əziyyət çəkməsin, "o dünyaya daha tez getsin". Biz hansı dövrdə yaşayırıq ki, xəstələrə "Essensiale" vurulur? O qədər müasir hepatoprotektorlar var ki. Yaxud da "Aktovegin". Elmi cəhətdən sübuta yetirilib ki, bu dərmanın heç bir effekti yoxdur".

    Həkim əlavə edib ki, digər bir məsələ isə müalicəyə apteklərin müdaxilə etməsidir: "İnsanlar aptekə gedərək, "evdə koronavirusa yoluxan xəstəmiz var, hansı dərmanlar lazımdırsa, verin" deyirlər. Aptek işşisi də bahalı dərmanlardan iki çanta yığır, deyir, vurun, düzələcək. Xəstə yaxını da sonda görür ki, xəstəsi ağırlaşıb, boğulur. O zaman yadına düşür ki, həkimə müraciət etmək lazımdır. Həkim görür ki, xəstənin saturasiyası düşüb, artıq ağırlaşıb və xəstəxanaya getməlidir. Xəstə o vaxt xəstəxanaya gedir ki, artıq iş-işdən keçir. Sora da xəstənin yaxınları deyirlər ki, xəstəxanada xəstəyə baxmırlar, xəstə ölür. Anlamaq istəmirlər ki, xəstəni demək olar ki, evdə öldürüb gətiriblər. Amma heç kəs dilə gətirmir ki, xəstəni əvvəl evdə tibb bacısı müalicə edib. Sonra da deyirlər niyə bu qədər ölüm var?!"
    loading...