Xəbər lenti
Axtar
29 Kas 2020, 22:42   
    109


Dünyada koronavirusa yoluxanların sayı 564 mindən çox artıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 564 mindən çox artıb.

XEBERTV.AZ Trend-ə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 564 813 nəfər yeni koronavirusa yoluxub, 8 985 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 61 869 330, ölənlərin isə 1 448 896 nəfərə çatıb.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
loading...