Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənistanda nəsə yetişir...
  • Amerikalı jurnalistlər Bərdədə Ermənistanın raket atəşinə tuş gəldilər - FOTO
  • Cəbhədən son xəbərlər: Daha 13 kənd işğaldan azad edildi
  • Raket hücumu zamanı bərdədə yaralanan şəxslərin adları AÇIQLANDI - FOTO/SİYAHI
  • “Google” sərhəddə sifəti tanıyacaq
  • Ermənistanın Bərdəyə atdığı raketin adı açıqlandı
  • Müdafiə Nazirliyində Bərdəyə raket hücumu və cəbhədəki son vəziyyətlə bağlı brifinq - CANLI
  • Düşmən geri oturduldu, qərargah rəisi məhv edildi - Video
  • Ermənistan Bərdəni bu raketlə vurub
  • Qubadlı rayonunun Xanlıq kəndi
  • Hikmət Hacıyev: "Yaşayış məntəqələrimizə 200-dən artıq mərmi atılıb"
  • Prezidentdən ŞAD XƏBƏR: Kəlbəcər və Qubadlının bir hissəsi azad edildi
  • Tarix yazan qəhrəmanlarımız - Foto
  • Azərbaycan bayrağı Zəngilanda ucaldı - Video
  • Hərbçimiz 27 il sonra Füzulidəki evində - Video
  • Daxili İşlər Nazirliyi əhaliyə müraciət etdi
  • Erməni terroru nəticəsində həlak olan beş nəfərlik ailə... - VİDEO
  • Düşmən qaçır: “ağ bayraq”ları ləkəli deyilmi?
  • Ermənilər Xızıya raket atdı
  • Xocalının qısası alındı: Daha bir qatil məhv oldu
  • Hadrutun yeni videogörüntüləri yayıldı - VİDEO
  • Ordumuzun uğurlu əməliyyatları davam edir - Polkovnik
  • TƏCİLİ: Düşmən yaşayış məntəqələrimizi ATƏŞƏ TUTUR
  • Azərbaycan ordusu Şuşaya doğru – İşğalçıların böyük təşvişi
  • Ermənistan itkilərinin sayını açıqladı
  • 26 Eyl 2020, 20:04   
        106

    TƏBİB rəsmisi: “Azərbaycanda payız-qış mövsümü pandemiya dövründə problem yarada bilər”
    “Hazırda Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır. Buna baxmayaraq, qarşıda bizi soyuq fəsil gözləyir. Qarşıdan payız-qış mövsümü gəlir. Bu mövsümdə respirator, tənəffüs yolu ilə yoluxan xəstəliklər, hava-damcı xəstəlikləri çoxalır. Ona görə də payız-qış mövsümü COVID-19 pandemiyası dövründə bir qədər problem yarada bilər. Belə ki, COVID-19 xəstəliyinə hər hansı bir respirator xəstəliyin qoşulması gözlənilə bilər. Bu, ilk növbədə qrip xəstəliyidir. Bu səbəbdən hazırda qrip əleyhinə vaksinasiya daha çox aktuallaşır”.

    XEBERTV.AZ “Report”-a istinadən xəbər verir ki, bunları Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında Tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov deyib.




    Professor bildirib ki, əgər COVID-19 xəstəliyi qriplə birlikdə rast gəlinsə, bu, xəstəliyin daha da ağırlaşmasına səbəb ola bilər. Ona görə də bütün dünyada qrip xəstəliyi əleyhinə peyvənd aparılması aktuallaşıb. Dünyanın demək olar ki, bütün ölkələrində bununla əlaqədar tədbirlər görülməkdədir. Əslində qrip əleyhinə vaksinasiya indiki dövrdə elə COVID-19-a qarşı əks-epidemik tədbirlərin də bir hissəsidir.

    O, əvvəllər də ölkəmizdə qrip əleyhinə vaksinasiya tədbirlərinin həyata keçirildiyini diqqətə çatdırıb. A.Qurbanov bildirib ki, həmin vaxtlar vaksinasiya belə ciddi şəkildə tətbiq olunmayıb:

    “Hazırda biz digər bir virusun - COVID-19-un yaratdığı pandemiya dövründə yaşayırıq. Payız-qış aylarında pandemiyanın gedişində müəyyən çətinliklərlə üzləşməsək, yaxın vaxtlarda, yəni gələn ildən etibarən koronavirusa qarşı vaksinlərin istifadəsi bizim pandemiya təhlükəsindən xilas olmağımıza kömək edəcək”.
    loading...