Xəbər lenti
Axtar
23 Ağu 2020, 20:15   
    143
TƏBİB ölkədəki son vəziyyəti AÇIQLADI





TƏBİB ölkədəki son vəziyyəti AÇIQLADI
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 23-nə olan statistik göstəriciləri açıqlayıb.

XEBERTV.AZ xəbər verir ki, məlumatda bu gün ərzində ölkədə koronavirusla bağlı 5 432 test edildiyi bildirilib.


Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 873 777 test aparılıb. Onlardan 35 274-nün cavabı pozitiv çıxıb. İndiyədək 518 nəfər COVID-19-dan dünyasını dəyişib, 32 993 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 1 763 nəfərdir. 183 nəfər reanimasiyada, 21 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 169 yoluxma faktı qeydə alınıb, 3 nəfər dünyasını dəyişib, 151 pasiyent sağalıb.




Publika.az
loading...