Xəbər lenti
Axtar
25 Haz 2020, 09:57   
    134


ŞAD XƏBƏR: Koronavirusu məhv edən təbii vasitə tapıldı

ŞAD XƏBƏR: Koronavirusu məhv edən təbii vasitə tapıldı
BAKI-XEBERTV.AZ


ABŞ və Koreya alimləri belə nəticəyə gəliblər ki, dəniz yosunlarının tərkibinə daxil olan Heparin yeni koronavirusun yaylmasının qarşısını alır.

Bu barədə “Cell Discovery” nəşri məlumat yayıb.

Bildirilir ki, Heparin ABŞ-da tətbiq edilən remdesivir - COVID-19-un əsas preparatından da güclüdür. Alimlərin nəşrdə dərc edilən tədqiqatlarının nəticələrində bildirilir ki, mütəxəssislər artıq Denge, Zika və A qripi viruslarını neytrallaşdırmağa çalışan yeni üsulu koronavirus üzərində də sınamağa qərar veriblər.


Məlum olub ki, yosunlarda olan Heparin virusla mübarizə aparmaqda ən yaxşı üsuldur.

Alimlər güman edirlər ki, yosunlardan hazırlanan maddələr burun spreyi antivirusun yaradılması üçün əsas ola bilər. Bu, erkən mərhələlərdə xəstəliyi müalicə etməyə və ya hətta yoluxmanın qarşısını almağa kömək edəcək.

Qeyd edək ki, koronavirus ilk dəfə ötən ilin sonlarlnda Çinin Uhan şəhərində yayılıb. Hazırda dünyada COVID-19-a yoluxanların sayı 15,9 milyona çatır. Pandemiya ərzində koronavirusdan 642 mindən çox insan ölüb. / "Report"
loading...