Xəbər lenti
Axtar
11 Haz 2020, 08:44   
    276


Koronavirusun müalicəsi yoxdur... - TƏBİB

Koronavirusla mübarizə çərçivəsində qısa müddətdə böyük işlər görülüb. Fevral ayının sonundan etibarən işlərə başlanıldı, ilk dövrdə gördüyümüz işlərdən biri Ümumdünya Səhiyyə Təşkilatı və beynəlxalq mütəxəssilərlə birgə fəaliyyət qurmaq oldu.

XEBERTV.AZ xəbər verir ki, bunu TƏBİB-in departament rəhbəri Firəngiz Əliyeva Azərbaycan Televiziyasının (AzTV) "Hədəf" verlişinə açıqlamasında bildirib.

F.Əliyeva qeyd edib ki, bu qısa zamanda qazanılan dünya təcrübəsi göstərir ki, koronavirusun müalicəsi yoxdur, bizim müxtəlif beynəlxalq mütəxəssisələrlə mütəmadi vebinarlar keçiririk, məsləhətləşmələr aparırıq:

"Bu gün xaricdən gələn mütəxəssislərin koronavirus pandemiyası ilə mübarizəni içəridən görməyi müsbətdir. Biz bir neçə gündür ki, beynəlxalq mütəxəssisələrlə koronavirusla mübarizənin aparıldığı xəstəxanalarımızı ziyarət edirik, müalicə prosesini müşahidə edib, mövcud vəziyyəti görməyə nail olduq. Bu xəstəxanalarda xüsusi geyimlərdə müşahidələr onu göstərir ki, koronavirusla mübarizə olduqca çətin prosesdir, bizim həkimlərimizin koronavirusla apardığı mübarizəni nə sözlə, nə yazmaqla ifadə etmək mümkündür".Axar.az
loading...