Xəbər lenti
Axtar
09 Haz 2020, 15:47   
    144


Bu korona dərmanı 5 min manata satılır? - Video


Koronavirus xəstələrinin müalicəsində istifadə edilən “Favipiravir” dərmanı satışda yoxdur.

XEBERTV.AZ xəbər verir ki, bunu Axar.az-a iqtisadçı Qubad İbadoğlunun “Favipiravir” dərmanının “qara bazar”da 5 min manata satılması ilə bağlı iddiasına cavab olaraq TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva deyib. O bildirib ki, bu dərman ağır xəstələrin müalicəsində həkimin göstərişi ilə istifadə edilir:

“Müalicə prosesində istifadə edilən bu dərmanla bağlı bir müddət əvvəl də açıqlama vermişdik. Bu dərmanı xəstə özü sərbəst istifadə edə bilməz, eyni zamanda, qeyd etdiyim kimi, satışda yoxdur”.

Qurum rəsmisi iqtisadçının dövlətin sifariş etdiyi tibbi ləvazimat və aparatların çoxunun ölkəyə gətirilməməsi ilə bağlı iddialarına cavab olaraq deyib ki, dünyada COVİD-19 müalicəsində effektiv hesab edilən “Favipiravir” də daxil olmaqla, bütün dərman vasitələri ölkəmizə gətirilir.

R.Əliyeva onu da qeyd edib ki, sözügedən dərmanın “qara bazar”da satışı ilə bağlı iddialara görə məsuliyyəti TƏBİB daşımır:

“Nəinki “qara bazar”, hətta apteklərdə satılan dərman vasitələri və s. TƏBİB-in səlahiyyətində deyil. TƏBİB yalnız xəstəxanaların dərman vasitələri ilə təminatına səlahiyyətlidir. Apteklərlə bağlı isə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət edilməlidir”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu göndərilib.

Qeyd edək ki, iqtisadçı ekspert Qubad İbadoğlu virusla mübarizə üçün istifadə edilən “Favipiravir”in bir qutusunun “qara bazar”da 5 min manata satıldığını, dövlətin sifariş etdiyi tibbi ləvazimat və aparatların çoxunun ölkəyə gətirilmədiyini iddia edib.

loading...