Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Millət vəkili Razi Nurullayev söz verdiyi adları açıqladı...Kimlər, kimlər
  • Operativ Qərargahın brifinqi - Canlı
  • Heydər Əliyev Fondu imkansız ailələrə yardım payladı!
  • İsveçrə təsdiqlədi: Elektrik təyyarələri dövrü başlayır
  • İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı AÇIQLAMA
  • Rayona getmək istəyənlərin diqqətinə - Baş nazir qərar verdi
  • Biləsuvarlı məşhur döyüşçü Qədir Musayev dünyasın dəyişdi...
  • "Başımıza gələn bəlalar günahlarımızı təmizləyir..."
  • Rusiya bu ölkənin vətəndaşları üçün sərhədlərini açdı
  • Gürcü bloger erməni xalqına: Oğrular, həyasızlar... – Video
  • Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
  • İslam Ələsgərli- Şəhid Generalımızın xatirəsinə. Mahnı həsr etdi
  • Orduya könüllü yazılanlara Səfərbərlik Xidmətindən ZƏNG EDİLMƏYƏ BAŞLADI - RƏSMİ AÇIQLAMA
  • "Paşinyan, istirahət zamanı deyil, Türklər üstümüzə gəlir..."
  • “9336 şəhidimizin, 24 Milli Qəhrəmanımızın məzarı erməni tapdağında qalıbsa…”
  • Ukrayna Təhlükəsizlik Xidməti Azərbaycana könüllü döyüşçülər və zabitlər göndərməyə hazırlaşır – ŞOK İDDİA
  • "Xalqın Qarabağ istəyi lazimi səmtə yönəldilməli, vahid iradə nümayiş etdirilməlidir" - VİDEO
  • Hərirçidən korona haqda şok: Hər gün 200 nəfər öləcək
  • “Onu heç vaxt bezdirmirdim ki...” - Şəhid generalın xanımı - VİDEO
  • Suda həll olan plastik torbalar yaradıldı
  • “Elə ki, evə çatdım məni bərk qucaqla” - 18 yaşlı şəhidimizin son sözləri
  • Orduya Türkiyədən yeni texnikalar gətirildi - VİDEO
  • Vitse- prezident görün nələr dedi- sərt REAKSİYA
  • Əsirlikdə olan qızlarımız zorlanaraq, qanında azərbaycanlı qanı axan “erməni” dünyaya gətirir
  • Şuşa türməsində saxladığımız 530 qatil erməni dustağı hara “yox” etdik ki?.
  • 02 Haz 2020, 08:17   
        72


    TƏBİB-dən açıqlama: "Koronavirusa qarşı istifadə ediən dərmanlar..."

    TƏBİB-dən açıqlama: "Koronavirusa qarşı istifadə ediən dərmanlar..."
    Hazırda Azərbaycanda klinikalar bütün dərman təchizatları ilə təmin olunub. Dünyada COVID-19-un müalicəsində tətbiq edilən ən son dərman preparatları xəstəxanaların depolarında var və istifadə olunur. Həmin preparatlar ölkəyə erkən gətirilib. Bu baxımdan hər hansı bir problem yoxdur.

    XEBERTV.AZ xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) yoluxucu xəstəliklər üzrə işçi qrupun rəhbəri Vasif Əliyev deyib.

    Onun sözlərinə görə, dünyanın heç bir ölkəsində test nəticəsi pozitiv çıxan bütün koronavirus xəstələri xəstəxanalara yerləşdirilmirlər. Hətta xəstələrin bir hissəsi evdə müalicəni üstün tuturlar: "Xəstəliyin ağırlıq dərəcəsinə uyğun olaraq xəstə xəstəxanaya yerləşdirilir. Ancaq vəziyyəti stabil, yaşı az olan, hər hansı bir xroniki xəstəlikdən əziyyət çəkməyən, assimptomatik formalı xəstənin xəstəxanada yatmasına gərək yoxdur. Sadəcə müalicəsi həkim tərəfindən tənzimlənir. Eyni zamanda, sahə həkimi tərəfindən də izlənilir. Telefon vasitəsilə xəstənin şikayətləri, simptomları dinlənilir. Ehtiyac yaranarsa, xəstələr təkrar ambulator triaja cəlb olunurlar. Lazım gələrsə, onlardan qan analizi götürülür və müayinə edilirlər. Ehtiyac olarsa, müalicə takatikaları dəyişdirilir, xəstəxanada müalicə almaq zəruridirsə, xəstəxanaya yatırılırlar. Təbii ki, xəstəlik sayı artdığına görə, bütün belə xəstələr xəstəxanaya yerləşdirilə bilməzlər. Bu sistem bir gün içərisində qurula bilməz. Burada dərman təchizatı, həkimlərin həmin xəstəxanalara ezam olunması var. Son günlər fərqli xəstəxanalar da koronavirusla mübarizə mərkəzinə çevrilib. Xəstə sayı çox olduğuna görə, onların hamısının evdə izlənilməsi də mümkün deyil. Bu zaman səhiyyə işçilərinin üzərinə ağır xəstələrin düzgün triajını aparmaq məsuliyyəti düşür. Ağır xəstələr koronavirus testinin nəticəsindən asılı olmayaraq, yaş faktoruna əsasən dəyərləndirilirlər. Əgər xəstə xəstəxanada müalicə almalıdırsa, mütləq xəstəxanaya yatırılır. Lakin ev şəraitində izlənib nəzarətdə saxlanılmasına qərar verilibsə, o zaman həmin şəxs evdə qalmalıdır. Həmin xəstənin həkim tərəfindən müayinəsi, müalicəsi aparılmalı və o nəzarətdə saxlanılmalıdır".

    "Bəzi vətəndaşlar koronavirusla mübarizədə istifadə edilən dərmanları qədərindən artıq alıb evlərində saxlayırlar. Bu baxımdan da dərman əskikliyi yaşaya bilirik. Lakin alternativ dərman preparatları da var. Son günlər bəzi dərmanlar apteklərdə çətin tapılırdı. Lakin onlayn aptek vasitəsilə həmin dərmanları əldə etməklə və ya digər alternativ dərmanlarla bunu tənzimləmək olur. Xəstəxanalar bütün dərman preparatları ilə dövlət hesabına təchiz olunub. Xəstənin yatdığı müddətdən və istifadə etdiyi dərmanın miqdarından asılı olmayaraq hamısı dövlət hesabına təmin edilir. Lakin şəxsin öz istəyi ilə xəstəxanalara müraciət edərək və ya müraciət etmədən apteklərdən gedib dərman alması onun öz hesabınadır. Məsləhət görürəm ki, dərman əskikliyi yaşayanlar həkimə müraciət etsinlər. Həkim onlara alternativ preparat təklif edə və ya həmin şəxslərin dərman istifadəsinə ehtiyacı olmadığını müəyyənləşdirə bilər", - deyə V.Əliyev diqqətə çatdırıb.(AzərTAc)
    loading...