Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Millət vəkili Razi Nurullayev söz verdiyi adları açıqladı...Kimlər, kimlər
  • Operativ Qərargahın brifinqi - Canlı
  • Heydər Əliyev Fondu imkansız ailələrə yardım payladı!
  • İsveçrə təsdiqlədi: Elektrik təyyarələri dövrü başlayır
  • İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı AÇIQLAMA
  • Rayona getmək istəyənlərin diqqətinə - Baş nazir qərar verdi
  • Biləsuvarlı məşhur döyüşçü Qədir Musayev dünyasın dəyişdi...
  • "Başımıza gələn bəlalar günahlarımızı təmizləyir..."
  • Rusiya bu ölkənin vətəndaşları üçün sərhədlərini açdı
  • Gürcü bloger erməni xalqına: Oğrular, həyasızlar... – Video
  • Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
  • İslam Ələsgərli- Şəhid Generalımızın xatirəsinə. Mahnı həsr etdi
  • Orduya könüllü yazılanlara Səfərbərlik Xidmətindən ZƏNG EDİLMƏYƏ BAŞLADI - RƏSMİ AÇIQLAMA
  • "Paşinyan, istirahət zamanı deyil, Türklər üstümüzə gəlir..."
  • “9336 şəhidimizin, 24 Milli Qəhrəmanımızın məzarı erməni tapdağında qalıbsa…”
  • Ukrayna Təhlükəsizlik Xidməti Azərbaycana könüllü döyüşçülər və zabitlər göndərməyə hazırlaşır – ŞOK İDDİA
  • "Xalqın Qarabağ istəyi lazimi səmtə yönəldilməli, vahid iradə nümayiş etdirilməlidir" - VİDEO
  • Hərirçidən korona haqda şok: Hər gün 200 nəfər öləcək
  • “Onu heç vaxt bezdirmirdim ki...” - Şəhid generalın xanımı - VİDEO
  • Suda həll olan plastik torbalar yaradıldı
  • “Elə ki, evə çatdım məni bərk qucaqla” - 18 yaşlı şəhidimizin son sözləri
  • Orduya Türkiyədən yeni texnikalar gətirildi - VİDEO
  • Vitse- prezident görün nələr dedi- sərt REAKSİYA
  • Əsirlikdə olan qızlarımız zorlanaraq, qanında azərbaycanlı qanı axan “erməni” dünyaya gətirir
  • Şuşa türməsində saxladığımız 530 qatil erməni dustağı hara “yox” etdik ki?.
  • 02 Haz 2020, 08:09   
        65



    Dişləri təmizləməyin ən təbii vasitəsi

    Dişlərin arasına dolan yemək qalıqlarını təmizləmək üçün indi xüsusi vasitələr var. Çırtlanmış tum qabığını xatırladan dişqurtladan meyvələrinin çəyirdəyi bəlkə də bu sahədə ən təbii vasitədir. Ehtimal ki, bitkinin adının yaranmasında da bu amil əsas rol oynayıb. Əks halda, nə bitkinin boy-buxunu, nə də ağappaq çiçəkləri ilə adı arasında heç bir əlaqə tapmaq mümkün olmazdı. Dişqurtladanın ağappaq çiçəklərinin başçatladan xoşagəlməz qoxusu olur və bu kəsif qoxu hər kəsi ondan aralı gəzməyə vadar edir.

    XEBERTV.AZ xəbər verir ki, dişqurtladanın əsas maddəsi kellin spazmolitik təsirə malikdir. O damarların, bağırsağın, sidik və öd kisəsinin divarlarının tonusunu azaldır, bronxları və ürəyin vena damarlarını genişləndirir. Bitki dərinin ultrabənövşəyi şüalara qarşı həssaslığını artırır.

    Dişqurtladan tibdə spazmolitik təsir göstərən vasitə kimi ürəyin stenokardiya xəstəliyində, göyöskürək, bronxial astma, mədə və bağırsaq spazmalarında, həmçinin ürək arteriyalarını genişləndirən vasitə kimi aterosklerotik kardioskleroz və xroniki ürək çatışmazlığında istifadə edilir. Onun meyvəsindən alınan preparat həb formasında buraxılır. Nitroqliserinə oxşar təsir göstərir, lakin ondan fərqli olaraq stenokardiyanın ağrılı tutmalarını aradan qaldırmır, tez təsir etmir, lakin xroniki ürək çatışmazlığında kellinin müalicəvi təsiri uzun müddət davam edir.

    Onu da qeyd edək ki, kellini uzun müddət istifadə edildikdə və ya dozası çox olduqda ürəkbulanma, qusma, ümumi əhval-ruhiyyənin pozulması, dəridə allergik səpgilərin əmələ gəlməsi kimi mənfi hallar baş verə bilər. Qan dövranı pozğunluğunda kellindən istifadə etmək olmaz.Axar.az
    loading...