Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Millət vəkili Razi Nurullayev söz verdiyi adları açıqladı...Kimlər, kimlər
  • Operativ Qərargahın brifinqi - Canlı
  • Heydər Əliyev Fondu imkansız ailələrə yardım payladı!
  • İsveçrə təsdiqlədi: Elektrik təyyarələri dövrü başlayır
  • İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı AÇIQLAMA
  • Rayona getmək istəyənlərin diqqətinə - Baş nazir qərar verdi
  • Biləsuvarlı məşhur döyüşçü Qədir Musayev dünyasın dəyişdi...
  • "Başımıza gələn bəlalar günahlarımızı təmizləyir..."
  • Rusiya bu ölkənin vətəndaşları üçün sərhədlərini açdı
  • Gürcü bloger erməni xalqına: Oğrular, həyasızlar... – Video
  • Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
  • İslam Ələsgərli- Şəhid Generalımızın xatirəsinə. Mahnı həsr etdi
  • Orduya könüllü yazılanlara Səfərbərlik Xidmətindən ZƏNG EDİLMƏYƏ BAŞLADI - RƏSMİ AÇIQLAMA
  • "Paşinyan, istirahət zamanı deyil, Türklər üstümüzə gəlir..."
  • “9336 şəhidimizin, 24 Milli Qəhrəmanımızın məzarı erməni tapdağında qalıbsa…”
  • Ukrayna Təhlükəsizlik Xidməti Azərbaycana könüllü döyüşçülər və zabitlər göndərməyə hazırlaşır – ŞOK İDDİA
  • "Xalqın Qarabağ istəyi lazimi səmtə yönəldilməli, vahid iradə nümayiş etdirilməlidir" - VİDEO
  • Hərirçidən korona haqda şok: Hər gün 200 nəfər öləcək
  • “Onu heç vaxt bezdirmirdim ki...” - Şəhid generalın xanımı - VİDEO
  • Suda həll olan plastik torbalar yaradıldı
  • “Elə ki, evə çatdım məni bərk qucaqla” - 18 yaşlı şəhidimizin son sözləri
  • Orduya Türkiyədən yeni texnikalar gətirildi - VİDEO
  • Vitse- prezident görün nələr dedi- sərt REAKSİYA
  • Əsirlikdə olan qızlarımız zorlanaraq, qanında azərbaycanlı qanı axan “erməni” dünyaya gətirir
  • Şuşa türməsində saxladığımız 530 qatil erməni dustağı hara “yox” etdik ki?.
  • 02 Haz 2020, 00:23   
        67



    Korona ilə bağlı yeni layihə: həkimə onlayn sual imkanı...

    “Zəka” Ziyalılar Məclisi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə birgə keçirdiyi qrant müsabiqəsində qalib olan “Pandemiya maarifləndirməsi və əhaliyə psixoloji xidmət” adlı layihənin icrasına başlayıb.

    XEBERTV.AZ xəbər verir ki, Birlikdən Axar.az-a verilən məlumata görə, layihə çərçivəsində COVİD-19-la bağlı hökumətin atdığı addımlar, karantin rejiminə görə zərər çəkən sahələrə və fərdlərə göstərilən dəstək, tətbiq olunan məcburi hüquqi məhdudiyyətlər, pandemiyadan sonrakı dövrə hazırlaşma, bu müddət ərzində əhalinin yararlana biləcəyi xidmətlər, həmçinin, mövcud durum və problemlərlə bağlı maarifləndirmə xarakterli materiallar hazırlanır.

    Layihənin icrası dövründə mütəxəssislərin və həkimlərin birbaşa iştirakı ilə hazırlanan yazılarda COVİD-19-un ilkin əlamətləri, fərdi izoliyasiya qaydaları, pandemiyalar və epidemiyalar zamanı davranış üsulları, virusdan qorunma, yerli icra qurumlarının, səhiyyə və polis əməkdaşlarının fəaliyyət istiqamətləri barəsində əhatəli məlumatlar yer alacaq.

    Həmçinin Azərbaycanda və xaricdə yaşayan həkimlərimizlə geniş müsahibələr dərc ediləcək. Bundan başqa, durumun ciddiyyətini insanlara çatdırmaq üçün koronavirusa yoluxmuş xəstələrdən, “Atletlər kəndi”ndə nəzarətdə olan şəxslərdən intensiv şəkildə açıqlamalar alınacaq.

    Birlikdən o da bildirilib ki, artıq koronavirus pandemiyası səbəbindən elan edilən xüsusi karantində qan xəstəliyindən əziyyət çəkənlərin qanla təminatında problemin olmaması üçün Mərkəzi Qan Bankı və onun regional bölmələri ilə bağlı koordinatların əks olunduğu banner hazırlanıb və ixtisaslaşmış tibb portalı olan Medcina.az-da yerləşdirilib. Həmçinin pandemiya və sərt karantin dövründə insanlara psixoloji yardım göstərmək üçün saytın onlayn çat bölümündə psixoloq konsultasiyası təşkil edilib.

    Layihənin icrası müddətində saytın onlayn “Həkimə sualın var” bölməsində hər gün pandemiya və koronavirusla bağlı suallara cavab veriləcək.

    Bundan başqa, layihə ilə bağlı silsilə videoçarxlar hazırlanır və saytın 17 minə yaxın abunəsi olan Yutub kanalında yayımlanır.
    loading...