Xəbər lenti
Axtar
24 May 2020, 20:53   
    165



“Gələn həftə koronavirusa yoluxanların sayı 10 milyonu keçəcək” - ÜST


BAKI-XEBERTV.AZ
“Gələn həftə koronavirusa yoluxanların sayı 10 milyonu keçəcək”

Növbəti həftə dünyada koronavirusa yoluxanların sayı 10 milyonu keçəcək.

“Qafqazinfo” “TASS”a istinadən xəbər verir ki, bu barədə Cenevrədə keçirilən brifinqdə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus deyib.

“Biz gözləyirik ki, gələn həftə koronavirusa yoluxanların sayı 10 milyon nəfəri ötəcək”, - deyə ÜST sədri deyib.

Qeyd edək ki, hazırda dünyada koronavirusa yoluxanların sayı 9 milyon 418 min 699 nəfər, pandemiyadan ölənlərin sayı isə 481 min 355 nəfərdir.
loading...