Xəbər lenti
Axtar
24 May 2020, 14:24   
    149


Narazılıq: Təcili yardım TƏBİB-dən niyə alındı?

Ötən gündən etibarən təcili və təxirəsalınmaz tibbi yardım xidməti Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) alınaraq yenidən Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
XEBERTV.AZ Unikal.org-a istinadən xəbər verir ki, dünən axşam saatlarında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyevi işdən kənarlaşdıraraq, onun yerinə Cavanşir Fərəcovu təyin edib.

Səhiyyə naziri Oqtay Şirəliyev isə təyinata etirazını bildirib.

Beləliklə də Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası yenidən Səhiyyə Nazirliyinin balansına qaytarılıb, Rauf Nağıyev isə yenidən əvvəlki vəzifəsinə təyin edilib.
loading...