Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycan Fransadan təzminat tələb edir
  • Bu Dövlət Xidmətinin səlahiyyətləri genişləndirildi
  • Dünya məhvin BİR ADDIMLIĞINDA: "Milyonlarla qurbanı olan nüvə müharibələri baş verəcək"
  • Səfərova: Ermənistan 4 ölkə ilə qonşudur, 3-nə ərazi iddiası var
  • Əskişəhərdəki həmvətənlərimiz aksiya keçirdi
  • Səfərbərlikdən qaçan ruslar sərhəddə saxlanıldı
  • Paşinyan Overçukla görüşdü: təfərrüat bəlli deyil
  • Vilayət Eyvazov rəisi işdən çıxardı
  • Paşinyan Səmərqəndə getməkdən imtina etd
  • Şəhid Milli Qəhrəman Polad Həşimovun ailə üzvlərini ziyarət etdik.
  • Baş Qərargah rəisi ordu modelindən danışdı
  • Azərbaycanda 2023-cü ildə “European Triathlon Camp” keçirilə bilər
  • Ermənilər Laçını minalayır: Bakı NƏ ETMƏLİDİR?
  • Zəngilanın baş planı açıqlandı
  • Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin rəhbərliyi Balakən rayonunda işgüzar səfərdə olub
  • Bu gün milli mətbuatımızın banisi Həsən bəy Zərdabinin doğum günüdür
  • NASA astronavtı kosmosda torpaqsız bitki yetişdirdi
  • Mehriban Əliyevadan Silahlı Qüvvələr Günü ilə bağlı PAYLAŞIM
  • Prezident Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi - FOTO
  • Türk dünyası ilə bağlı dərsliklər qəbul edildi - FOTO
  • Xaricdə təhsil almaq istəyənlərin nəzərinə...
  • İlham Əliyev: "Özbək və Azərbaycan xalqları bir yumruq kimi birlikdə olacağıq"
  • Şok iddia: ölülərlə danışmaq mümkün olacaq
  • Xaricdən idarə olunan feyk hesablarla şantaj halları var - XƏBƏRDARLIQ
  • İlkin Süleymanovun məhkəməsi: Nərmin Quliyevanı sonuncu dəfə görən şahid DANIŞDI
  • 29 Nis 2020, 07:54   
        392



    Virusdan qorunmaq üçün necə qidalanmalı?

    Yoluxucu xəstəliklərin yayıldığı bir vaxtda virusdan qorunmaq üçün güclü immunitetin olması vacibdir. Ona görə də qida rasionunu həm makro, həm də mikroelementlərlə zənginləşdirmək lazımdır. Karbohidrat, yağ və zülallar makro, vitamin və minerallar isə mikroelementlər hesab olunur.

    XEBERTV.AZ xəbər verir ki, mütəxəssislər bu məqsədlə D vitamini ilə zəngin qidalara üstünlük verilməsini məsləhət görürlər. Həkim-diyetoloq Ləman Süleymanova bu barədə Azərtac-a deyib:

    “Müxtəlif balıq məhsulları, ət və ət məhsulları, o cümlədən qırmızı ət və toyuq əti ilə qidalanmaq immunitetin güclənməsində vacib rol oynayır. Fol turşusu, eləcə də A və S vitaminləri ilə zəngin göy-göyərti, yaşıl yarpaqlı tərəvəzlərdən çox istifadə edilməlidir. Həmçinin sitrus meyvələri ilə qidalanmaq da bu sahədə çox faydalı təsir göstərir”.

    Həkim-diyetoloq çeşidli qidalanmağa üstünlük verməyi tövsiyə edir. Gün ərzində bol maye qəbul edilməsi də orqanizm üçün xeyirlidir. Bədən çəkisinə uyğun olaraq gün ərzində maye qəbul edilməlidir. Onun dediyinə görə, ortaçəkili insan orqanizmi üçün gün ərzində ən azı 2 litr su içmək tövsiyə olunur, çünki su metabolizmi gücləndirir və orqanizmin vital fəaliyyətini stimullaşdırır.

    Şəkər immuniteti zəiflədən qida olduğu üçün şirniyyatlardan mümkün qədər az istifadə etmək məsləhətdir. Həmçinin balanslaşdırılmış qidalanmaya riayət edilməli, axşam yeməyi yatmazdan ən azı 4 saat əvvəl yeyilməlidir.Axar.az
    loading...