Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Vanqanın 2020-ci il Proqnozları-VİDEO
  • “Unutmadıq, unutmarıq!” - AzTV-nin şəhidlərimizə həsr etdiyi videoçarx
  • Həftənin ilk iş günü HAVA necə olacaq? - PROQNOZ
  • İlham Əliyev Şəhidlər xiyabanında
  • 20 Yanvar faciəsindən 30 il ötür
  • "Nuhun gəmisi"ndə fəlakət: Dünya HƏYƏCANLA İZLƏYİR (FOTO)
  • Nazir əmr imzaladı: Polis gücləndirilmiş iş rejiminə keçir
  • Sabah bu ərazilərə qar yağacaq
  • NASA-dan XƏBƏRDARLIQ - Bu gün saat 18:30-da...
  • “Səs versələr də, verməsələr də mən seçiləcəyəm”
  • Rəşid Mahmudov: Belə ziyalı, məmur nakişidir – VİDEO
  • Erməniləri Qarabağda gücləndirən Sara kimdir?
  • 17 yaşlı şagird alimləri heyrətə gətirən KƏŞFƏ İMZA ATDI
  • Türkiyə Parlamentində “Dünyada sülh: Qarabağ - Azərbaycandır!” layihəsinə start verilib
  • Yağış, qar yağacaq, 8 dərəcə şaxta olacaq
  • Azərbaycan Prezidenti: Şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlər tikilməlidir
  • Dünya yaranan gündən can alan Əzrailin ürəyi yandığı yeganə 2 şəxs kim idi?…
  • “Rusiyanın kərə yağı” adı ilə zəhər satırlar: Bu cinayət yox, soyqırımdır - SOS
  • Günəş sisteminin əsas sirri açılıb
  • Heydər Əliyev yanımdan keçəndə dedi ki... - Yusifzadə
  • Sahil Babayev: "On iki min şəhidimizin 18 min vərəsəsinə 11 min manatlıq birdəfəlik ödəniş edilib"
  • İcbari tibbi sığorta üzrə xidmətlər zərfi açıqlanıb
  • Dünyanı lərzəyə gətirəcək yeni “Fırtına” gəlir
  • “WhatsApp”ı hansı ölkələrdə qadağan ediblər...
  • İranın vurduğu ABŞ bazasının görüntüləri - Foto/Video
  • 13 Oca 2020, 00:40   
        80



    ZOB xəstəliyinə işarə edən ən yayılmış 8 SİMPTOM
    12 Yanvar 2020

    Qalxanvari vəzi orqanizmdə bir çox proseslərə təsir etdiyindən bu orqanın xəstəlikləri də özünü müxtəlif simptomlarla büruzə verir.

    Bəzən düzgün diaqnoz qoyulana qədər xəstə bir neçə mütəxəssisin müayinəsindən (kardioloq, qastroenteroloq, nevropatoloq və s.) keçir, lazım olmayan müalicələr alır.

    El arasında qalxanvari vəzi xəstəliklərinə daha çox "zob" deyilir.
    XEBERTV.AZ saglamolun.az-a istinadən "zob"un ən səciyyəvi simptomları ilə tanış edir.

    1. Əhvalın dəyişilməsi

    Qalxanvari vəzinin ifraz etdiyi hormonları insanın sinir sisteminə çox ciddi təsir edir. Əgər sizdə əhvalın daim pis olması, depressiya, apatiya, həyata marağın itməsi kimi simptomlar əmələ gəlibsə mütləq endokrinoloqa müraciət edin.

    Digər tərəfdən səbəbsiz əsəbilik, aqressiya da qalxanvari vəzi xəstəliyinə işarə edə bilər.

    Vaxtında müalicə olunmayan qalxanvari vəzi xəstəlikləri ciddi psixiki və şəxsiyyət pozulmlarına səbəb ola bilir.

    2. Çəkinin səbəbsiz azalması və ya əksinə artması

    Əgər insan qidalanmada heç bir dəyişiklik etməyib, lakin buna baxmayaraq onun çəkisi artır və ya azalırsa bu endokrinoloqa müraciət etmək üçün ciddi səbəb sayılır.

    3. Boyun nahiyəsində dəyişikliklər və diskomfort

    Boyun nahiyəsində şişkinlik, boyunun böyüməsi və daha enli görünməsi, nəfəsalma və udqunma zamanı çətinlik zob xəstəliyinə işarə edə bilər.

    4. Saç və dırnaqların vəziyyətinin pisləşməsi, dəridə quruluq

    Zob xəstəlikləri zamanı saçlar nazilir, tökülür, zəif və cansız görünür, dırnaqlar yumşaq və kövrək olur, ovulur.

    Dərinin çox quru olması, qabıq verməsi, həssaslığın artması, səpgilərin əmələ gəlməsi də digər simptomlarla birlikdə zob xəstəlikllərinə işarə edə bilər.

    5. Qadınlarda menstruasiyaların pozulması

    Bu zobun ən yayılmış simptomudur. Menstrual dövrünün pozulması (qısalması və ya əksinə uzanması), menstruasiya zamanı qanın daha az və ya əksinə daha çox ifraz olunması, ağrılar zob xəstəliyinin simptomu ola bilər.

    6. Bədən hərarətinin səbəbsiz artması və ya azalması

    Belə xəstələr daim üşüyür və ya əksinə onlara daim isti olur. Qızdırmanı bir neçə gün ərzində ölçmək lazımdır. Qızdırma səbəbsiz olaraq düşür və ya əksinə qalxırsa endokrinoloqa müraciət edin.

    7. Səbəbsiz qəbizlik və ya ishal

    Qalxanvari vəzi həzm proseslərinə, bağırsaqların fəaliyyətinə çox ciddi təsir edir. Bu səbəbdən qalxanvari vəzi xəstəlikləri zamanı insanda qəbizlik və ya ishal inkişaf edə bilər.

    8. Ürək ritminin və təzyiqin dəyişilməsi

    Ürək ritminin səbəbsiz olaraq artması və əksinə zəifləməsi, təzyiqin kəskin qalxması və ya enməsi zob xəstəliyindən xəbər verə bilər.
    loading...