Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Qiyamət günü insanın əməllərinə şəhadət verən 9 şahid
  • Rusiyada müəllim və şagirdlərə məktəbdə telefon qadağan ediləcək
  • "BİZ ERMƏNİLƏRİN YANINDAYIQ, BİR QARIŞ DA TORPAQ VERMƏYƏCİK!" - Əziz Tonoyan
  • Nümayişçilərə qarşı “dəhşətli nəhəng” silah tapıldı
  • Azərbaycanda yol polisi ləğv edilə bilər – Vilayət Eyvazovdan inqilabi dəyişiklik
  • Gürcüstanın Azərbaycana borcu açıqlandı.
  • Bakıda Milli Qəhrəmana hörmətsizlik edildi - FOTO
  • DİN NAZİRİ OLİQARX-POLKOVNİKİ İŞDƏN QOVDU! – Dövlət Yol Polisində şok dəyişiklik
  • Putin Mehriban Əliyevaya orden verdi
  • Azərbaycan-Gürcüstan sərhədindən Türkiyəyə qədər məsafə 30 kilometr qısalacaq
  • Yeni kiçikölçülü antena “5G” şəbəkələrinin işini 10 dəfələrlə sürətləndirəcək
  • Yer kürəsinə “təhlükəli” asteroid yaxınlaşır
  • Dünyanı cənginə alan “Tik Tok” nədir? – Maraqlı faktlar
  • Tankçılarımız finalın bir addımlığında - Video
  • Günün ulduz falı: 11 avqust, 2019
  • Yağış sürüşmə zonalarını aktivləşdirdi
  • Çavuşoğlu: Azərbaycanın vizaları ləğv etməsi mühüm hadisədir
  • İsmayıllı: Böyük faciənin astanasındayıq – FAKT
  • İnstagram və WhatsApp-ın adı dəyişiləcək
  • Prezident tapşırıq verdi: Bu məsələ təhlil edilməlidir
  • Ərdoğan gizli silahını ortaya çıxardı: “Atom” bombası…
  • Günün ulduz falı: 27 iyul, 2019
  • İşğal olunmuş torpaqlarda ermənilər tərəfindən yeni yolun çəkilməsinə XİN-dən REAKSİYA
  • Dahilər dahisi
  • Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
  • 27 Haz 2019, 07:40   
        165



    Uşaqlarda görmə qabiliyyəti niyə zəifləyir? – Həkim

    Son vaxtlar uşaqların görmə qabiliyyətinin zəifləməsi hallarının artdığı müşahidə edilir. Demək olar ki, şagirdlərin əksəriyyəti optik eynəklərdən istifadə edir.

    Bəs görəsən ildən-ilə uşaqların optik eynəklərə ehtiyacının bu qədər artmasına səbəbləri nədir?

    Məsələ ilə bağlı həkim-oftalmoloq Rəşadət Qurbanovun Axar.az-a müsahibəsini təqdim edirik:

    - Rəşadət bəy, uşaqlar arasında göz zəifliyinin bu qədər artmasının səbəbi nədir?

    - Uşaqlarda görmə zəifliyi qapalı şəraitdə onların çox vaxt keçirməsi səbəbindən yaranır. Daimi olaraq yaxın məsafəyə baxmaq, işığı zəif olan otaqda uzun müddət qalmaq görmə qabiliyyətinin zəifləməsinə gətirib çıxarır. Demək olar ki, uşaqlar açıq havada çox az gəzirlər. Günün çox hissəsini balaca evlərdə və qapalı məkanlarda keçirirlər. Bütün bunlar da onlarda görmə qabiliyyətinin get-gedə daha da zəifləməsinə gətirib çıxarır.

    - Bəzi mütəxəssislər iddia edirlər ki, uşaqların qəbul etdiyi bəzi qidalar da görmə zəifliyinə səbəb olur...

    - Əslində, uşaqların görmə qabiliyyətinin zəifləməsinə səbəb onların qəbul etmədikləri qidalardır. Çünki görmə zəifləməsi vitamin çatışmazlığından da baş verir. Uşaqlara vitaminlərin və bəzi mikroelementlərin verilməsi tövsiyə edilir.

    - Bəs dərs yükünün ağırlığı necə? Məktəblərdə son illər dərs yükü artıb və demək olar ki, uşaqlar günün yarısını kitab oxumaqla keçirir. Görmə qabiliyyətinin zəifləməməsi üçün gün ərzində neçə saat dərs oxumağı məsləhət görərdiniz?

    - Təəssüf ki, məktəblərdə son illər dərs yükünün çoxluğu uşaqlarda görmə zəifliyinin yaranmasına səbəb olan amillərdən biridir. Zəifləmə ildən ilə artdıqca görmə mənfiyə doğru gedir və bu da xəstəliyin inkişafı deməkdir. Bu zaman xəstəliyin inkişafının qarşısını almaq üçün eynəkdən istifadə edilməlidir. Ümumilikdə isə deyə bilərik ki, 8-9 yaş arasında olan uşaqlar gün ərzində 2 saat yarımdan çox olmamaq şərti ilə kitab oxumalıdırlar.

    - Sizcə, bu gün uşaqlar arasında optik eynəkdən daha çox qızlar, yoxsa oğlanlar istifadə edir?

    - Uşaqların yetkinlik dövrünü nəzərə alsaq, oğlanlar optik eynək taxmağa kompleksli yanaşırlar və ondan imtina edirlər. Bu da onların görmə qabiliyyətində mənfiliyin artmasına səbəb olur. Qızlar arasında isə belə kompleks yoxdur. Lakin eynəkdən daha çox istifadə edənlərin qızlar, ya oğlanlar olması barədə dəqiq statistika yoxdur.

    - Uşaqlar üçün hansı gün eynəklərini məsləhət görərdiniz?

    - Hər bir gün eynəyinin şəffaflıq indeksi var. Bu indeks şüşə linzalı eynəklərdə daha çox olur. İndi isə demək olar ki, optik orqanik linzaların şəffaflığı daha yaxşıdır və şüşə linzalardan heç bir fərqi yoxdur.
    loading...