Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SON DƏQİQƏ: Fuad Abbasov azad edildi - VİDEO
  • Fuad Abbasovun ailəsi müraciət yaydı
  • TÜRKİYƏLİ İŞ ADAMI XOCALIDA UŞAQ BAĞÇASI TİKDİ -FOTO
  • Civəli termometrin sınması niyə qorxulu sayılır?
  • Bu ölkədən xəbərdarlıq: İrana getməyin!
  • Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimində iştirak etdi
  • Çirkli neftə görə Putindən kompensasiya tələb edir - 100 milyonlarla dollar...
  • Drakon FETO-nun gizli planının üstünü açır
  • Şəhidlər xiyabanını qaranlıga qərq etdilər
  • Bəşəriyyətin son 50 ildə planeti necə dəyişdiyi məlum olub
  • "BAGIŞLA MƏNI ŞUŞA"
  • Leyla Əliyeva rəsm sərgisinin açılışında - Foto
  • Bu ölkədə məscidlər sökülür - ŞOK
  • Yeni dəhşətli görüntülər ortaya çıxdı: Moskvada 41 nəfərin ÖLÜM ANI – VİDEO/FOTO
  • Həyatınızı dəyişdirən 9 MÜDRİK QAYDA
  • Hər kəsin həyatını dəyişdirəcək 30 KARMA QANUNU
  • Yeni növ işıq diodları displeylərin təsvir ölçüsünü 3 dəfə artıracaq
  • Dünyaya ŞOK: 2 milyard insan...- Alimlər fəlakət ssenarisinin DƏQİQ TARİXİNİ AÇIQLADILAR - FOTO
  • Tarixin GİZLİNLƏRİ – Rus zabit Berlinə bayraq sancan Məmmədovu niyə güllələdi? – VİDEO
  • Ramazan ayının başlanacağı tarix AÇIQLANDI - QMİ fətva verdi
  • Saytların təhlükəsizliyini yoxlayan yeni proqram
  • İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq
  • Feysbuk artıq bu görünüşdə olacaq - Foto
  • İnsanlardan GİZLƏDİLƏN DƏHŞƏTLİ İcadlar
  • İnsanlıqdan GİZLƏDİLƏN Ən Böyük SİRR - Bəsirət Gözü
  • 05 May 2019, 07:23   
        105
    Yaddaşınızı gücləndirmək üçün bunları edin


    Yaddaşınızı gücləndirmək üçün bunları edin

    Hazırda bir çox insan yaddaş zəifliyindən şikayət edir. Gərginlik, stress, informasiya çoxluğu, yuxusuzluq, düzgün olmayan qida və digər amillər yaddaşın zəifləməsinə gətirib çıxarır. Yaddaşın pozulması yaşlılarda daha çox rast gəlinsə də, son zamanlar gənclərin də bir çoxu bu problemdən əziyyət çəkir. Yaşlandıqca yaddaşın zəifləməsi normal sayıla bilər. Lakin gənclərdə yaddaş zəifliyinin səbəbləri əsasən yuxarıda qeyd etdiyimiz amillərdir.

    XEBERTV.AZ xəbər verir ki, mütəxəssislər yaddaşın yaxşılaşdırılması üçün ilkin olaraq düzgün qidalanmağı, hər gün eyni saatda yatıb durmağı və fiziki işlə məşğul olmağı məsləhət görür. Mütəxəssislər hesab edir ki, bir çox qidalar yaddaşı möhkəmləndirmək gücündədir. Bunların sırasında balıq əti, balıq kürüsü, yumurta, kakao, qoz və müxtəlif çərəzlər, lobya, meyvə-tərəvəz, süd və digərlərini misal göstərə bilərik.

    Səhər yeməkləri sağlamlıq üçün xüsusi əhəmiyyət daşıyır. Həkim-nevropatoloqların fikrincə, səhər yeməyi zamanı şirin çay içmək orqanizm üçün çox faydalıdır. Bu, həm də yaddaşın möhkəmlənməsi üçün əvəzolunmaz vasitədir.

    Yaddaşın zəifləməsinin əsas səbəblərindən biri də damarlarda baş verən dəyişikliklərdir. İdmana zaman ayırmaq, eyni zamanda bərkdən kitab oxumaq, şeir əzbərləmək, yalnız lazım olan informasiyanı beyində saxlamaq və tərkibində kalsium, fosfor, A, C, E, B vitaminləri olan qidaları qəbul etmək yaddaşın möhkəmlənməsində sizə yardımçı olur.

    Alimlərin apardıqları araşdırmalar zamanı məlum olub ki, həddən artıq televizor izləmək də yaddaşa mənfi təsir göstərir. Hər gün 7 saatdan artıq zamanını televizor qarşısında keçirən insanlar televizora daha az baxanlara nisbətən 50% daha çox yaddaş zəifliyinə məruz qalırlar.

    Fiziki məşq zehni fəaliyyətə kömək edir. Öyrənməyə davam edin: Davamlı olaraq oxumaq, yeni hobbilər əldə etmək, tapmaca həll etmək zehninizi gücləndirir.

    Kifayət qədər yatın: Gündə səkkiz saatlıq yuxu ilə beyninizin dincəlməsinə şərait yaradın.
    Axar.az
    loading...