Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Xocalıya ədalət” kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
  • ... Amma biz də durmayacağıq
  • Mircəfər Bağırovun bilinməyən məzarı - Gizlədilən həqiqət - VİDEO - FOTOLAR
  • "Xocalıya Ədalət"
  • Minlərlə ailəyə ŞAD XƏBƏR: 400-dək yaşayış kompleksi...
  • Şok: Süni ət yaradıldı, heyvan kəsilməyəcək - Video
  • ŞƏHİDLİYİ FİKİRLƏŞMƏYƏN “QAZİ” OLA BİLMƏZ .
  • Çikaqoda Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı
  • Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat verib
  • 180 restoran fəaliyyətini dayandırdı - Bahalaşmaya görə
  • Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
  • Qar qonşu ölkədə fəsadlar törətdi
  • Leyla Əliyeva “Zima” festivalını izlədi – Fotolar
  • "Dünyada tam müstəqil dövlət yoxdur" - Putindən gözlənilməz bəyanat
  • Prezident İlham Əliyev əsgərlərlə nahar etdi - VİDEO
  • Azərbaycanlı qadın Türkiyədən deport edildi - Əri pulu ödəyə bilmir
  • Robotlarla inanılmaz seks sərgüzəştləri və nikah - AĞLAGƏLMƏZ YENİLİK
  • Xəzər tarixi yerinə qayıdır: su altında qalacaq şəhərlər - Foto
  • 14 yaşlı qız işgəncəyə görə evdən qaçdı
  • Videoçəkilişə görə yol polisi sürücüyə cərimə yaza bilməz- Ekspert
  • Insanlar ayıq olsalar – zalımlar zülm edə bilməz...
  • Xalqı əsarətdən qurtaran, Çini viran qoyan unudulmuş türk
  • İnanılmaz FÜRSƏT: Bu kəndə köçənlərə 10 min dollar veriləcək
  • Rus alim xəritə yaydı: İrəvan Azərbaycan ərazisidir – Video
  • Türkiyə ilə Gürcüstan sərhədi bağlanır - Səbəb
  • 08 Eyl 2018, 07:43   
        246
    Özünüzü bu 6 neqativ insandan qoruyun

    Özünüzü bu 6 neqativ insandan qoruyun

    Bəzən ətrafımızda olan insanlar fərqində belə olmadan bizi incidə bilirlər.
    XEBERTV.AZ islaminsesi.info-ya istinadən sizə həyatı zəhər edə biləcək 6 neqativ insanların xüsusiyyətlərini təqdim edir.

    1. Daim mənfi rəy söyləyənlər.

    Həyatımızda daim mənfi və müsbət istiqamətli çox tənqidlər eşitmişik. Tənqid eşitmək əslində normaldır, lakin bizə zərər vura biləcək tənqid lazım deyil. Biri öz həyatından razı deyilsə daim neqatif enerji ilə yüklənər və çalışar ki, sizi də öz bədbəxtliyinin içinə çəksin. Bu insanlar sizin özünüzə inamınıza zərər vurar və hədəflərinizə çatmağınıza mane olarlar. Bu cür tənqid edən insanlara qarşılarındakı şəxsin inciyib, inciməməsi əhəmiyyətli deyil.

    2. Sizi idarə etməyə çalışan insanlar.

    Uzaq durmanız məsləhət olan ikinci insan tipi manipulyasiya edənlərdir. Adətən bu tip insanları müəyyən etmək çətin olur. Çətindir çünki, bu insanlar öz taktikalarında çox ustadırlar. Ümumilikdə sizinlə sizin yaxşılığınız naminə danışdıqlarını deyərlər. Özünüzü günahkar hiss etməyiniz üçün sizin üzərinizə məsuliyyət qoyarlar. Əgər siz duyğulu və emosinal birisinizsə bu onlar üçün daha da avantajlı olacaqdır. Bu cür insanlar daim sizi öz dərdləri ilə məşğul edərlər, diqqəti öz üzərlərində saxlayarlar.

    3. Yalan söyləyənlər.

    Hər gün qarşımıza kiçik yalanlarla çıxarlar. Yalan söyləyən insanların qarşısındakı insana hörməti olmaz. Bəzən yalan söyləyənlər öz yalanlarının fərqində olmazlar. Bu tip insanları həyatınızdan çıxararkən özünüzü günahkar hiss etməyin.

    4. Pis niyyətli insanlar

    Qarafikirli və qara qəlbli olmaq insana xeyir verməz. Bu insanlar hər şeyi şübhənin kölgəsində qiymətləndirər və bütün işlərin sonunda yalnız pis ssenarilər görərək qərar verərlər. Pis niyyətli və pis fikirli insanlardan uzaq durun. Siz onlara minlərlə çıxış yolu göstərmək istəyərsiniz, onlar sizə yalnız pessimistcə cavab verərlər.

    5. Xəsis insanlar

    Xəsislik bir insanın sahib ola biləcəyi ən pis xüsusiyyətlərdən biridir. Xəsis insanlar hər zaman ciblərindən pul çıxarmamaq üçün bəhanə taparlar. Daha sadə dillə desək başqalarına yardım etmək istəkləri olmaz. Xəsisliyi adətən eqoistlik kimi dəyərləndirirlər, amma bu eqoistlik deyil. Bu insanlar daim başqa insanların yardımına ehtiyac duyan və hər vəziyyətdə özünə kar güdən adamlardır. Xəsis insan daim sizinlə gəzməyə çıxmağı sevər, amma hesabı ödəməyə gəldikdə mütləq aradan çıxmağa bir yol tapacaq.

    6. Qeybətcil insanlar.

    Başqaları haqqında daim mənfi sözlər söyləyən bu insanların içində özlərinə inamsızlıq kök salıb. Onlarla oturub-durmaq insanın öz həyatını da zədələyir. Ona görə də həm mənəviyyatınızı korlamamaq üçün, həm də yersiz düşmənçiliklər qazanmamaq naminə onlardan uzaq durun.
    loading...