Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Ermənilər Kəlbəcər qızılını Rusiyaya satır – Hər il 80 milyon dollar qazanırlar
  • Ermənilərin növbəti "5 rayon qaytarılır" oyunu - Aşotyan
  • İradə Mehrinin efirdə halı pisləşdi.
  • Bu ölkələr razılaşdı: Vahid bazar yaradılır
  • Proqnoz: NATO Kalininqradı iki günə ələ keçirə bilər – Moskvanın cavabı ağır olacaq
  • Rusiya, Türkiyə və Çinin dollara qarşı planı BAŞ TUTDU: bundan sonra...
  • "Gör, nə günə qalmışıq ki, ərəblər ölkəmizdə xoruzlanırlar!" - Tanınmış yazıçı
  • Bu müharibə 125 milyon insanın ölümünə səbəb olacaq
  • Bayraq günü: BDU tələbələri yürüş keçirdi - Foto
  • Köçəryan Paşinyanı Azərbaycanın ovcuna qoydu - Dağlıq Qarabağ və Rusiya...
  • 42 il əvvəl kosmosa göndərilən gəmidən SİQNAL GƏLDİ - 2030-cu ildə...
  • Qadınlar Şurası müharibə çağırışı edib - Bəyanat
  • İran televiziyasında yayımlanan serialda Azərbaycan türkləri təhqir olunub – VİDEO
  • “Yaramaz məmurlara qarşı ən ciddi sanksiyalar və tədbirlər görüləcək”
  • Bakıda çəkilən və möhtəşəm döyüş səhnələri olan bu HİND FİLMİ REKORD QIRIR - VİDEO
  • İlham Əliyevdən məmurlara SƏRT XƏBƏRDARLIQ: “Kabinetdə oturub...”
  • 80 min azarkeş "Azərbaycan" deyərək stadionu inlətdi - MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
  • Rus tədqiqatçıdan İrəvanın Azərbaycan ərazisi olmasına etiraf
  • Sperma sayı və aktivliyini artıran maddə tapıldı
  • Azərbaycanlılardan Türkiyəyə möhtəşəm dəstək - Video
  • ABŞ nəşri Ermənistanın hərbi cinayətlərindən yazdı
  • Adil Komutan! - Aygün Attar yazır
  • Yaxın 10 il ərzində dünyada... - QORXUNC PROQNOZLAR
  • Zəngilanın işğalından 26 il ötür
  • Tovuzda dağlar partladılır - Video
  • 24 Ağu 2018, 17:21   
        289
    Az miqdarda alkoqol da ziyandır - Yeni araşdırma

    Az miqdarda alkoqol da ziyandır - Yeni araşdırma

    Alkoqollu içkilərin insan orqanizminə təsiri ilə bağlı yeni tədqiqatın müəllifləri qəti nəticəyə gəliblər: spirtli içkilərin hər hansı dozası insan orqanizminə zərər verir və hökumətlər insanlara bu zərərli vərdişdən birdəfəlik çəkinməyi tövsiyə etməlidir.

    XEBERTV.AZ xəbər verir ki, bu qəti rəyin müəllifləri ABŞ-ın Vaşinqton Universitetinin tədqiqat qrupuna daxil olan alimlərdir. Aparılan geniş tədqiqatın “Lancet” tibb jurnalında dərc olunan nəticələrinə görə, 2016-cı ildə alkoqollu içkilər 2,8 milyon insanın ölümünə səbəb olub.

    Tədqiqatın nəticələrinə görə, gündə 1-2 qədəh pivə, yaxud şərab içməyin sağlamlıq üçün təhlükəsiz olması barədə fikirlər də yanlışdır. “Elmi nöqteyi-nəzərdən sübut olundu ki, spirtli içkilərin təhlükəsiz dozası yoxdur”, -deyən tədqiqat müəllifləri bu yanaşma tərzinə qəti mövqelərini bildiriblər.

    Alimlər ABŞ-ın Sağlamlığın Qiymətləndirilməsi İnstitutunun 1990-2016-cı illərdə dünyanın 195 ölkəsində apardığı tədqiqatların nəticələrindən də istifadə ediblər. Bu müddətdə aparılan 529 tədqiqat nəticəsində alkoqollu içkilərdən istifadə edən 28 milyon insanın sağlamlığının pozulması faktları qeydə alınıb. Gündə bir qədəh qırmızı şərabın ürək-damar və şəkərli diabet xəstəliklərinə faydalı olması barədə fikirlər də bu tədqiqat zamanı təkzib olunub. Hətta spirtli içkilərin onkoloji xəstəliyə tutulma ehtimalını artırması, xüsusilə qadınlarda döş xərçənginin yayılmasında mənfi rol oynadığı da müəyyən edilib. Belə ki, Britaniyada hər 13 onkoloji xəstəlikdən birinin alkoqol mənşəli olduğu üzə çıxıb. Gənclərdə isə vərəm xəstəliyinin böyük bir hissəsinin, habelə yol qəzaları və intiharların çoxunun spirtli içkilərlə əlaqəli olduğu məlum olub.

    Tədqiqatlar onu da göstərib ki, dünyada hər üç nəfərdən biri – 2,4 milyard insan müəyyən fasilələrlə spirtli içkilərdən istifadə edib. Alkoqollu içki içənlərin dörddəbiri qadınlar, 39 faizi isə kişilərdir. Ən çox spirtli içki istifadəçiləri Danimarkadadır. Bu ölkədə qadınların 95,3 faizi, kişilərin isə 97,1 faizi alkoqollu içki içir. Ən az spirtli içki içilən ölkələr isə Pakistandır (0,8 faiz).

    Tədqiqatın rəhbəri, professor Emmanuella Cakidounun sözlərinə görə, bəzi ölkələrdə alkoqollu içki istifadəçilərinin sürətlə artması sağlamlıq problemləri ilə yanaşı, iqtisadi və sosial çətinliklərə də səbəb ola bilər. “Hökumətlərin bu sahədə sərt nəzarət tədbirləri həyata keçirməsi həyati əhəmiyyət daşıyır. Bütün dünyanın bu cür tədbirlərə və alkoqoldan xilas olmaq üçün sağlamlıq proqramlarına ehtiyacı var. Bu tədbirlərə spirtli içkilər üzərində vergilərin artırılması, satış saatlarının məhdudlaşdırılması, reklamların qadağan edilməsi daxildir”, - deyə professor hökumətlərə tövsiyələrini açıqlayıb.Axar.az
    loading...