Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Şuşa postuna qumbara atana 1000 dollar “mükafat” verilir
  • Qubadlı fatehi olan polkovnik-leytenant Vidadi Xəlilovun ildönümü ilə əlaqədar şəhərin Şəhidlər xiyabanında, məzarı önündə anım mərasimi təşkil olunub
  • Qarabağ Qazisi ÇARƏSİZ DURUMDA...
  • Sabah intensiv yağış yağacaq
  • Ermənistanda Azərbaycan və Türkiyə radiosu yayımlanır
  • Bir dövlət müəssisəsində 9 şübhəli tender müqaviləsi - FOTO
  • Qarabag əlillərinə qarşı böyük haqsızlıq.
  • Nəşi tapılan hərbçimizin şəxsiyyəti bəlli oldu - Foto
  • SON DƏQİQƏ: Operativ Qərargah məlumat yaydı - YÜZLƏRLƏ YOLUXMA, 14 ÖLÜ VAR
  • İcra Hakimiyyətlərində baş verən tender "maxenasiya"ları
  • ŞOK! Ailəsi ilə təhdid olunan şəxs sifarişin kim tərəfindən olduğunu bəyan etdi - VİDEO
  • Göyçayda 27 sentyabr – Anım Günü ilə bağlı ümumrayon tədbiri keçirildi
  • Öz nəfsimizin şərindən amanda olmadığımızı unutmayaq
  • Şəhid adına verilən küçə bərbad haldadır
  • Mobil operatorlarla bağlı yenilik
  • Büdcədə kəskin artım: Hökumət iki milyardı hardan yığacaq?
  • Koronavirusu yarım saatdan az müddətdə təyin etmək mümkün olacaq
  • Paşinyandan Zəngəzur dəhlizi açıqlaması: Hazırıq!
  • Bu şəxslərə soğan yemək olmaz
  • İstəyənin əlini qaytarmayın
  • Ölümdən qaçmaq olsaydı…
  • Yoxsulları öz qonaqlığına buraxmayan varlının aqibəti
  • Ustad jurnalist - Nəriman Bəxtiyarovun əziz xatirəsinə
  • Hərbçilər, qazilər, şəhid ailələri daim dövlətin diqqət və qayğısı ilə əhatə olunurlar.
  • Dünyanın yeni düzəni: pisdir, ancaq çarə yoxdur
  • 12 Ağu 2018, 07:34   
        770
    Alimlərdən xəbərdarlıq - Bu alt paltarları kişilərdə sonsuzluğa səbəb olur

    Alimlərdən xəbərdarlıq - Bu alt paltarları kişilərdə sonsuzluğa səbəb olur

    CƏMİYYƏT
    Harvard universitetinin alimləri yeni tədqiqatın nəticələrini açıqlayıblar.

    XEBERTV.AZ olke.az-a istinadən bildirir ki, həkimlərin araşdırmasına əsasən, dar alt paltarları kişilər üçün ziyandır. Məlum olub ki, dar alt paltarı kişilərin cinsiyyət orqanına mənfi təsir göstərir və spermanın keyfiyyətini azaldır.

    Lidiya Mingez-Aparkon məsələ ilə bağlı deyib:

    "Müşahidələrimiz göstərir ki, bir çox cütlük övlad dünyaya gətirmək problemindən qurtulmaq üçün sadə bir üsuldan istifadə edə bilər: Kişi dar tumanı daha rahat ve genişi ilə əvəz etməlidir".

    Müşahidələr göstərir ki, Qərb ölkələrində cütlüklərin 10-15%-i cütlüklərdən birinin sonsuz olması səbəbindən övlad sahibi ola bilmir. Sonsuzluğun bioloji səbəbləri hüceyrə və spermatazoid istehsalını idarə edən genetik mexanizmlərin az tədqiq edildiyi üçün bir çox hallarda naməlum qalır.
    Son illər iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə sonsuzluq geniş yayılıb. Alimlər bunu bir sıra sosial və təbii faktorlarla, eyni zamanda ekologiyanın çirklənməsi ilə əlaqələndirirlər.
    Mingez-Alarkon və həmkarları 600-dən çox ailəli kişi üzərində tədqiqat apararaq dəbin də sonsuzluğa səbəb olduğunu aşkar ediblər. Alimlər 20 il ərzində uşaq sahibi olmaq istəyən kişiləri müşahidə ediblər.

    Onların hamısı Boston klinikasına müraciət edərək təcrübədə iştirak etmək istədiklərini bildiriblər. Təcrübə çərçivəsində alimlər spermanın keyfiyyətini yoxlayıblar, mayalanmaya əngəl olan mutasiyanı araşdırıblar və digər faktorları incələyiblər.

    Məlum olub ki, adi alt paltarı geyinən kişilərin sperması dar tuman geyinənlərə nisbətən daha keyfiyyətlidir. Bu əlaqəni anlamağa çalışan alimlər kişilərin cinsiyyət orqanı üzərində də araşdırma aparıblar. Məlum olub ki, dar alt paltarı geyinənlərdə "FSH" qadın hormonu daha çox ifraz olunur.

    Bu səbəbdən tədqiqatın nəticəsinə əsasən, alimlər kişilərə geniş və enli alt paltarı geyinməyi məsləhət görürlər.
    loading...