Xəbər lenti
Axtar
Ən çox oxunan
  • 2025-ci ildən siqaret istifadəsi tamamilə qadağan ediləcək - MARAQLI
  • Yapon deputatdan şəhidlərimizlə bağlı örnək addım - Foto
  • Mübariz İbrahimov niyə qəhrəmandır?
  • Mübarizi təhqir edən psixoloqun erməni ilə yazışması – Foto
  • Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin xatirəsini ehtiramla yad edib
  • 2019-da bizi nə gözləyir - Vanqanın proqnozları
  • Dünya Bankı Azərbaycanda alternativ enerjinin inkişafını dəstəkləməyə hazırdır
  • Bürclər - 6 dekabr
  • Bizə kolbasa və sosis adına Çin istehsalı olan “poroşok” yedizdirirlər? – Araşdırma
  • NASA alimindən SENSASİON AÇIQLAMA: "Yadplanetlilər gəlib, ancaq biz onları görə bilməmişik"
  • İlham Əliyevdən rus jurnalistə: Azərbaycanca gözəl danışırsız
  • Hüquq eksperti İsmayıl Zalov növbəti dəfə cəasrətli addımı ilə yadda qalıb.
  • Bürcləri 2019-cu ildə NƏ GÖZLƏYİR: SARI DONUZ kimlər üçün DÜŞƏRLİ OLACAQ?
  • Azərbaycan səmasında qırıcı taranı: “Vur” əmrinə görə...
  • ATU-nun keçmiş əməkdaşından prezidentə NÖVBƏTİ MÜRACİƏT 2018-11-28 13:26:59| Ölkə /
  • “Çırpınırdı Qara dəniz”dən sonra “Cənab leytenant” “Savaşçı"da hansı tərzdə səsləndiriləcək?
  • Çində qum qasırğası - VİDEO
  • Avropanı şok edən olay: 9 türk 90 minlik orduya qarşı
  • Komitə sədri: "Azərbaycanlı qadınlar Ermənistanda dözülməz şəraitdə saxlanılır"
  • Rus dilinin Azərbaycanda geniş təbliği müstəqilliyimizə, ərazi bütövlüyümüzə bir başa təhlükədir!
  • Son dəqiqə!!! - Əhaliyə qəti xəbərdarlıq edildi - RƏSMİ
  • Djb.az xəbərlər və informasiya saytı yeni bir uğura imza atdı.
  • 6 kameralı smartfonlar gəlir: 2019-da...
  • Dünyada GÖRÜNMƏMİŞ HADİSƏ: 17 yaşlı qız balıqdan HAMİLƏ QALDI - FOTOLAR
  • Övladı qaraciyər serrozundan əziyyət çəkən ana kömək istədi - VİDEO
  • 13 May 2018, 15:48   
        395
    Öd daşı nə zaman yaranır?
    Öd daşı nə zaman yaranır?

    Son zamanlar yanlış qidalanma, ərzaq məhsullarının keyfiyyətinin aşağı olması öd xəstəliklərinin sayının artmasına səbəb olub.

    Medicina.az bildirir ki, hər dəfə qidalanma zamanı öd kisəsi yığılaraq möhtəviyyatını onikibarmaq bağırsağa ifraz edir və nəticədə yağların həzmi baş verir. Öd kisəsi, öd yolları və sfinkteri əzələlərinin normal yığılması və tonusu pozulanda öd durğunluğu yaranır.

    Bəs öd durğunluğunun yaranma səbəbləri nədir?

    - Balanslaşdırılmamış qidalanma - qida rejiminin pozulması, uzun müddət ac qalma və qidaların keyfiyyətsizliyi;

    - Hipodinamiya - az hərəkətli həyat tərzi, oturaq iş rejimi;

    - Bağırsaq peristaltikasının pozulması, xüsusilə qəbizlik;

    - Hamiləlik - dölün öd kisəsini sıxması;

    - Metabolik xəstəliklər - piylənmə, şəkərli diabet və ateroskleroz;

    - Öd axımının qarşısını alan mexaniki maneələr - öd daşı və ya opistorxoz.

    Qastroenteroloq-terapevt Mətanət Cəfərova öd xəstəliklərindən qorunmağın qızıl qaydalarından bəhs edib. Onun sözlərinə görə, burada əsas məsələ az-az, tez-tez yeməkdir:

    "Ödə diqqət yetirilməyəndə bir sıra xəstəliklər eləcə də çöküntü, daha sonra isə öd daşları yaranır. Bunun üçün hər qidalanma zamanı yeməyin miqdarı az olmalıdır. Hər 3-4 saatdan bir qida qəbul etmək lazımdır.

    Bu necə baş verir?

    Əsas 3 dəfə yemək lazımdır - səhər, gunorta, axşam. 2 dəfə ara yemək qəbul edilməlidir.

    Ara yemək deyəndə yüngül qidalar nəzərdə tutulur. Bu, meyvə, yoqurt, qatıq ola bilər".

    M. Cəfərova qida qəbulundan dərhal sonra çay içməyin də yanlış addım olduğunu qeyd edib: "Yeməkdən 2 saat sonraya qədər çay içilməməlidir. Çünki qidadan sonra qəbul edilən çay öd durğunluğunu yaradan əsas amillərdən biridir.

    Qida qəbulları arasında fasilələr nə qədər uzun olarsa, bir o qədər öd durğunluğu formalaşır. Bununla da çöküntü, öd daşı yarana bilər.

    Çöküntü nəzarətdə saxlanılmazsa, öd daşına çevrilə bilər.

    Biz xəstələrə öd durğunluğunu, çöküntünü aradan qaldıran dərmanlar təyin edirik", - deyə Cəfərova vurğulayıb.
    loading...