Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycanda vətəndaşlara pul yardımı ediləcək? - RƏSMİ
  • Dünyanı ayağa qaldıran 20 trilyon dollarlıq İDDİA - Koronavirus kütləvi ölümlərə yol açmaq üçün yaradılıb
  • Koronavirusun regionlarda aşkarlanması ciddi həyəcan siqnalıdır - AÇIQLAMA
  • Azərbaycanda xüsusi karantin rejimi başladı
  • Azərbaycanlı məşhurlara örnək: Kirayə haqqı...
  • Türkiyəli həkim: Koronavirus 3-4 aya...
  • ABŞ koronavirusa görə Azərbaycana pul ayırdı
  • Əsgərlər ehtiyata buraxılacaq? - Açıqlama
  • Korona nə qədər davam edəcək? – Harvard İnstitutu
  • Dünyanı koronadan o ölkə xilas edəcək – Öngörü
  • "Çox qısa bir zamanda yaramaz erməni snayperi düz alnından vuruldu..."
  • "Karantinə əməl etməsək, 1 həftəyə Bakıda 600 min insan koronavirusa yoluxar" – Tanınmış transplantoloq
  • “Genişmiqyaslı epidemiya olsa, bunun altından çıxa bilməyəcəyik” - İbrahim Məmmədov
  • Orqanizm korona ilə bu cür savaşır - Video
  • Yadplanetlilərin qaçırdığı azərbaycanlı nələr danışdı?
  • 23-45 yaşlı insanlarda bu əlamətlər varsa... - KORONAVİRUSUN YENİ SİMPTOMLARI
  • ÜST-dən ölkələrə çağırış: Hücuma keçin!
  • Ermənistan ordusunda koronavirus yayıldı
  • 10 minə qədər vətəndaşımız müxtəlif ölkələrdən Azərbaycana gətirilib - Operativ Qərargah
  • Yol polisi: Karantin rejimini pozanlar məsuliyyətə cəlb ediləcəklər
  • Azərbaycanda daha bir nəfər koronavirusdan öldü - RƏSMİ
  • 10 min vətəndaşımız Azərbaycana gətirildi - Qərargah
  • Tramp: Ərdoğandan barışıq istədim, qəbul etmədi
  • Əli Məsimli: “İşıq və qaz limiti ləğv edilsin”
  • Çində yeni virusdan ilk nəfər öldü
  • 15 Mar 2018, 16:36   
        475
    Resepti gizlədilən möcüzəvi çay

    Resepti gizlədilən möcüzəvi çay

    Çay içməyi hər birimiz xoşlayırıq. Xüsusilə də yaşıl çayın sağlamlığa olduqca faydalı olduğu bilinir.

    Amma son zamanlar ondan da faydalı bir çay növünün, ağ çayın olması barədə mütəxəssislər məlumat verir. Bəs ağ çayı digər qara və yaşıl çaydan fərqləndirən əlamətlər hansılardır.

    XEBERTV.AZ Ailəm.az-a istinadən bununla bağlı faydalı məlumatı diqqətinizə çatdırır.

    Ağ çay əslində qara çay və yaşıl çayla eyni bitkidən əldə edilir. Camellia Sinensis adı verilən bitkidən əldə edilən çayların arasındakı fərqi isə həm seçilən yarpaqlardan, həm də hazırlanma formasından qaynaqlanır. Bu çaylar eyni bitkidən toplanmış olsalar da, ləzzətləri bir - birindən olduqca fərqlidir. Ağ çayın tarixi Çinə dayanır. Bu çayın çox faydalı olduğu bilindiyindən, xarici ölkələrdən gizlin saxlanmış və sadəcə imperator ailəsi üçün istehsal olunmuşdur. Hazırda da ən az istehsal olunan çay növüdür.

    Ağ çay, Camellia Sinensis bitkisinin yarpaqlarının tam yetişmədən yığılması nəticəsində hazır olur. Yarpaqlar tam olaraq yetişmədiyi üçün ağ tüklü bir görünüşü olur. Ağ çay adını da bu görünüşdən alıb. Ağ çayın bir çox növü var. Bu növlər, aromasına, tumurcuq sayına, yarpaqlarına görə dəyişiklik göstərir. Ən keyfiyyətli ağ çay silver needle olaraq bilinən çaydır. Bu çay tamamilə açılmamış yarpaqlardan hazırlanır.

    Ağ çay tək-tək əl ilə toplandığı və heç bir əlavə müdaxilə görmədiyi üçün daha təbii və faydalıdır. Ağ çay daha az istehsal müdaxiləsi gördüyü üçün kateşin adı verilən antioksidantlar baxımından olduqca zəngindir. Kateşinlər xərçəngli hüceyrələrin yaranmasının əngəllənməsindən, beyin inkişafına qədər bir çox təsirləri var.

    Tərkibindəki kateşinlər, damarların genişlənməsini təmin edərək qan təzyiqini aşağı salır və ürək sağlamlığını qorumaqda yardımçı olur.

    Antioksidant tərkibli olduğu üçün sərbəst radikalların yaranmasını əngəlləyir və dəri yıpranmalarını önləməyə də dəstək verir.

    Hüceyrə yeniləyici özəlliyinə sahib tərkibinə görə hüceyrələrin yenilənməsinə kömək edir.

    İmmunitet sisteminin qorunmasında rol oynayır.

    Təzyiq və xolesterolun aşağı salınmasına kömək edir.

    Diş sağlamlığı üçün olduqca təsirlidir.

    Ağ çayda yüksək faizdə “kateşin” adı verilən flavonoidlər var. Bu kateşinler bağırsaq, prostat, mədə kimi bir çox xərçəng növünə qarşı qoruyucu təsir göstərir.

    Xərçəng hüceyrələrinin böyüməsinin qarşısını alaraq yenilərinin yaranmasını əngəlləyir.

    Ağ çayın yaşıl və qara çaya görə antioksidant özəlliyi daha çoxdur. Güclü antioksidant özəlliyi ilə sərbəst radikalları bədəndən uzaqlaşdırır. İmmunitet sistemini gücləndirir. Xəstəliklərdən qoruyucu təsir göstərir.

    Günəş, stress və pis qidalanmaya bağlı olaraq erkən yaşlanmaya qarşı, hüceyrələrin zərər görməsini əngəlləyərək dərini qoruyur və yaşlanma təsirlərini gecikdirir.

    Damarlarda düzgün qan dövranını təmin edərək yüksək qan təzyiqini önləyir.

    Kafein səviyyəsi yaşıl və qara çaya nisbətən çox azdır.

    Metabolizmanı sürətləndirərək yağ yanmasını artırır. Doğru qidalanma və idmana dəstək olaraq içilən ağ çay arıqlamağa və kilonun qorunmasına yardımçı olur.

    Viruslara qarşı bədəni qoruyucu özəlliyi var. HIV simptomlarının azalmasına yardımçı olur.

    Yaxşı xolesterolu (HDL) yüksəldərkən, pis xoslesterolu (LDL) aşağı salaraq ürək – damar sağlığını qorumağa yardımçı olur. Aparılan araşdırmalarda gündə 2 və ya daha çox ağ çay içən şəxslərdə ürək tutması ilə bağlı ölüm riski 50 faiz azalıb.

    Qan şəkərini və insulin səviyyəsini tənzimləyərək şəkər xəstəliyinin önlənməsində və müalicəsində müsbət təsir göstərir.

    Tərkibindəki az miqdarda florid diş və diş ətini qoruyur. Onlarda ərp, çürük yaranmasının qarşısını alır və ağızda pis qoxuya səbəb olan bakteriyaları öldürür.

    Sümük quruluşunu gücləndirir. Romatoid artrit ve revmatizm

    Xəstəliklərinə fayda verir.

    Ağ çaydan necə istifadə etmək lazımdır?

    Ağ çay qətiyyən qaynadılmamalıdır. Dəmləmə yolu ilə 5-6 dəqiqə saxlayıb içmək lazımdır.
    loading...