Xəbər lenti
Axtar
Ən çox oxunan
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • Kastamonu şəhərinin gənc fəalları Bakının gəzməli-görməli yerlərilə tanış oldular
  • Astronomlardan xəbərdarlıq: “Planetimizi qara dəlik uda bilər”
  • 08 Şub 2018, 17:45   
        265
    Kişilər üçün qarını əritməyin 6 üsulu

    Və budur, əlinizi köpüklə bəzədilmiş bakala uzatdığınız və ağlınızdan «insanları pivə öldürmür» ifadəsinin keçdiyi xoşbəxt dəqiqələrə görə hesablaşma vaxtıdır. Ruhunuzun dərinliklərində siz hər zaman bilirdiniz ki, özünüzü aldadırsınız və vaxt gələcək , sevimli produktlarınızdan uzaq durub idman zallarında tər tökməli olacaqsınız.



    Bu yəqin sizi qorxudur, ona görə cəhənnəm əzabı kimi məşqi sonraya ertələyirsiniz. Əslində bu təsəvvür edildiyi qədər qorxulu deyil. Superman.az , pivəli qarından ağrısız azad olmaq üçün sizə məsləhətlər hazırlayıb.

    ALKOQOLLU İÇKİNİN QƏBULUNU AZALDIN
    Siz, sağlam düşüncəli insan kimi başa düşürsünüz ki, günə bir litr pivə içməklə Apollonun bədən quruluşuna sahib olmaq mümkün deyil. Lakin bu o demək deyil ki, pivədən tamamilə uzaq durmaq lazımdır. Sadəcə olaraq, onun miqdarını və qəbul edilmə tezliyini azaltmaq lazımdır. Həftədə 0,3 bakal,özünüzü bədbəxt hiss etməməyiniz üçün kifayətdir. Həmçinin digər alkoqollu içkiləri hansı tezlikdə qəbul etdiyinizə də nəzər yetirin və bir müddət onlardan uzaq durmağa çalışın. Məsələ burasındadır ki, alkoqol kifayət qədər kalorili məhsuldur, bununla bərabər alkoqol suyu orqanizmdə toplayıb köpmə yaradır.

    ÇƏRƏZLƏRDƏN UZAQ DURUN
    İradənin gücü ilə, pivə ilə yeyilən bütün çərəzlərdən uzaq durmaq lazımdır. Xüsusən də, tərkibində daha çox duz və yağ olan məhsullardan. Pivə özlüyündə iştahanı artırır, müxtəlif kolbasalar, çipslər və digər qarışıq qidalar çox kalorilidirlər. Duzlu balığa da aludə olmayın, yadınızda saxlayın: duz orqanizmdə suyu toplamaqla həm arıqlamağa, həm də səliqəli bədən quruluşuna sahib olmağa mane olur. Buna görə də, qidaya gündəlik nə qədər duz əlavə etdiyinizə diqqət yetirin, bu miqdarı qorxmadan iki dəfə azalda bilərsiniz.

    AXŞAM ÇOX YEMƏYİN
    Axşam çox yeməməyə çalışın. Axşam saat 9-da ətli qarnir və ya kalorili pastadan ibarət axşam yeməyini saat 7 radələrində dəniz məhsulları və tərəvəzlə əvəz etsəniz, bir həftə sonra ilk nəticələr özünü göstərəcək. Həmçinin axşamlar daha rahat yatıb, səhərlər rahat oyandığınızı da müşahidə edəcəksiniz. Məsələ burasındadır ki, gec yeyilmiş axşam yeməkləri orqanizmi yuxu zamanı özünü bərpa edib güc toplamaq yerinə, işləməyə və qidanı həzm etməyə vadar edir.


    İÇKİLƏRİ SU İLƏ ƏVƏZ EDİN
    Heç olmasa bir müddətə qazlı sulardan və paketləşdirilmiş şirələrdən uzaq durub adi sudan istifadə edin. Ola bilsin ki, bir müddət sonra siz bütün bu zir-zibili ümumiyyətlə içmək istəməyəcəksiniz.

    İDMAN ETMƏYİ UNUTMAYIN
    Qarın sallanmasın deyə, onu saxlayacaq əzələlər olmalıdır. Aydın məsələdir ki, sizdə bu əzələlər var, məsələ onların hansı səviyyədə olmasındadır. Ümumən, necə məşq etdiyiniz o qədər də önəmli deyil. Önəmli olan, məşqlərin intensivliyi və nizamlılığıdır. Üzməyi sevirsinizsə, əla! Üzmək çiyin, bel və qarın əzələlərini möhkəmləndirməklə bərabər, bədənə mükəmməl görünüş verir. Pres hərəkətləri etməyi də unutmayın!

    SEKSLƏ MƏŞĞUL OLUN
    Seksin qarının ölçüsünə birbaşa aidiyyatı olmasa da, əla motivasiya verir. Bir düşünün, qarnınız o qədər böyükdür ki, qızın sizinlə yaxınlıq haqqında təəssüratlarını təmiz korlaya bilər.

    Buna görə də, katastrofik miqdarlarda pivə içməyi ağlınıza belə gətirməyin, yoxsa şişman aseksual bədheybətə çevriləcəksiniz. Məsləhətlərimizə əməl etsəniz, bir ay ərzində ciddi fərq müşahidə edəcəksiniz.

    aynanews.info
    loading...