Xəbər lenti
Axtar
Ən çox oxunan
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • Kastamonu şəhərinin gənc fəalları Bakının gəzməli-görməli yerlərilə tanış oldular
  • Astronomlardan xəbərdarlıq: “Planetimizi qara dəlik uda bilər”
  • 06 Şub 2018, 16:35   
        198
    Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - Həkim



    İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir.

    Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır?

    XEBERTV.AZ "Ailəm.az"a istinadla türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir:

    Soyuq və küləkli havada risk artır

    Həkim bildirir ki, infarkt kişilərdə əsasən 45 yaşdan, qadınlarda isə 55 yaşdan sonra rast gəlinir: “Kişilər qadınlara nisbətən daha çox risk altındadır. Bununla yanaşı diabet, siqaret, yüksək təzyiq, yüksək xolesterol, hərəkətsiz həyat tərzi, stress və qeyri-sağlam qidalanma nəticəsində yaranan köklük infarkta səbəb olan amillər arasında göstərilir”.

    Kardioloqun sözlərinə görə, havaların soyumasının ürəyə mənfi təsirləri var. Belə ki, soyuq və küləkli hava ürək damarları üzərində büzüşdürücü təsir yaradaraq, təzyiqi yüksəldib ürək sürətini artırır. Bu isə həssas şəxslərdə ürəktutmaya səbəb olur. Buna görə xüsusilə ürək xəstələrinin soyuq havalarda həyat tərzlərinə diqqət etmələrinin böyük əhəmiyyəti var.

    Sinə ağrısına diqqət

    R.Erdim infarktın ən önəmli və çox rastlanan əlamətinin sinə ağrısı olduğunu qeyd edib: “Ağrı adətən sinənin orta hissəsində, ağırlıq və basqıya bənzər şiddətli bir ağrı şəklində özünü göstərir. Adətən 20 dəqiqədən uzun sürür və gedib-gələn bir ağrı olaraq hiss edilə bilir. Bu ağrı qollara, belə, boyuna, çənəyə və mədə üzərinə doğru yayılır. Həmçinin sinə ağrısı ilə bərabər nəfəs darlığı, halsızlıq və bayğınlıq hissi yarana bilir. Şiddətli sinə ağrısı ilə birlikdə soyuq tərləmə, bulantı və qusma kimi şikayətlərin olması mütləq ciddiyə alınmalıdır. Bu vəziyyətdə təcili olaraq xəstəxanaya getmək lazımdır”.

    İlk 2 saat çox əhəmiyyətlidir

    Həkim deyir ki, infarktdan ölümlər adətən xəstənin həkimə gec müraciət etməsindən baş verir: “Ürək ağrısı keçirən xəstələrin təxminən yüzdə 30-u xəstəxanaya çatmadan həyatını itirir. Buna görə xüsusilə risk altındakı şəxslər bu əlamətlər başladıqdan sonra vaxt itirmədən ən yaxın xəstəxanaya müraciət etməlidirlər. Bu, həyati önəm daşıyır. Əgər tibbi müdaxilə sinə ağrısı başlandığı ilk 2 saat ərzində doğru şəkildə edilərsə, ürəkdə yaranan zədə daha az olar. 6-12 saatdan sonra müalicə edilən xəstələrdə isə ürək toxumasındakı zədə daha böyük olur və bunun nəticəsində ürək çatışmazlığı yarana bilir. Hətta xəstənin həyatını itirməsinə səbəb olur”.
    loading...