Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Minlərlə ailəyə ŞAD XƏBƏR: 400-dək yaşayış kompleksi...
  • Şok: Süni ət yaradıldı, heyvan kəsilməyəcək - Video
  • ŞƏHİDLİYİ FİKİRLƏŞMƏYƏN “QAZİ” OLA BİLMƏZ .
  • Çikaqoda Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı
  • Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat verib
  • 180 restoran fəaliyyətini dayandırdı - Bahalaşmaya görə
  • Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
  • Qar qonşu ölkədə fəsadlar törətdi
  • Leyla Əliyeva “Zima” festivalını izlədi – Fotolar
  • "Dünyada tam müstəqil dövlət yoxdur" - Putindən gözlənilməz bəyanat
  • Prezident İlham Əliyev əsgərlərlə nahar etdi - VİDEO
  • Azərbaycanlı qadın Türkiyədən deport edildi - Əri pulu ödəyə bilmir
  • Robotlarla inanılmaz seks sərgüzəştləri və nikah - AĞLAGƏLMƏZ YENİLİK
  • Xəzər tarixi yerinə qayıdır: su altında qalacaq şəhərlər - Foto
  • 14 yaşlı qız işgəncəyə görə evdən qaçdı
  • Videoçəkilişə görə yol polisi sürücüyə cərimə yaza bilməz- Ekspert
  • Insanlar ayıq olsalar – zalımlar zülm edə bilməz...
  • Xalqı əsarətdən qurtaran, Çini viran qoyan unudulmuş türk
  • İnanılmaz FÜRSƏT: Bu kəndə köçənlərə 10 min dollar veriləcək
  • Rus alim xəritə yaydı: İrəvan Azərbaycan ərazisidir – Video
  • Türkiyə ilə Gürcüstan sərhədi bağlanır - Səbəb
  • ABŞ hərbi gəmisi Çanaqqala boğazında – Foto
  • Varlanmağın SİRRİ və pul enerjisinin ÜÇ QANUNU
  • Bu ölkələrdə qadınlar evlənməyə kişi tapmır - Siyahı
  • Kainatımızın əkizi var, orada vaxt əks istiqamətdə axır - Alimlər
  • 21 Ock 2018, 02:25   
        761
     Əl-ayağı daim soyuq olanlara XƏBƏRDARLIQ: sizdə bu xəstəlik ola bilər



    Əl-ayağı daim soyuq olanlara XƏBƏRDARLIQ: sizdə bu xəstəlik ola bilər
    Havalar soyuduqca insan orqanizmi də təbii olaraq üşüyür. Buna görə də qalın geyinir, istilik sistemlərini işə salırıq ki, bədənimiz qızınsın. Amma elə insanlar var ki, daim əl və ayaq nahiyələri buz kimi soyuq olur. Hətta nə qədər əlcək taxsalar, corab geyinsələr belə... Bəs görəsən bu hal normaldırmı? Əl və ayaqların daim soyuq olması hansı xəstəliyin göstəricisi ola bilər?

    XEBERTV.AZ lent.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat verən terapevt Xumar Novruzova deyir ki, bəzən belə hallar havanın temperaturundan asılı olmur: "Terapevt qəbuluna gələn xəstələrin verdiyi suallardan biri məhz bu olur - həkim, əllərim niyə soyuq olur? Hava soyuq olduqda əllərin və ümumiyyətlə, bədənin açıq sahələrinin üşüməsi təbiidir. Amma məsələ burasındadır ki, bəzi xəstəliklər nəticəsində soyuq əl hissi havanın temperaturundan asılı olmur. Bu, bəzi xəstəliklərin göstərici ola bilər".

    Həkim həmin xəstəlikləri aşağıdakı kimi sıralayıb:

    Reyno sindromu

    Bu zaman barmaqları qidalandıran qan damarları soyuq, yaxud stress nəticəsində sıxılır. Krizis anında barmaqlar üşüyür, göyərir və ağrılı olur. Damarlar əvvəlki vəziyyətinə qayıtdıqda isə əllər qızarır. Bu hal xeyli diskamfort yaratsa da, təhlükəli deyil.

    Autoimmun xəstəliklər

    Bu, daha ciddi xəstəliklər qrupudur: qırmızı qurd eşənəyi, sklerodermiya, revmatoid artrit və s. Əsas xəstəlik vaxtında müalicə olunarsa, əl üşüməsi kimi əlamət də zəifləyər.

    Hipotireoz

    Qalxanvari vəzi orqanizmin termostatıdır desək, yanılmarıq. Bu orqanın funksiyası zəiflədikdə orqanizmdə bütövlükdə mübadilə pozğunluğu baş verdiyi üçün piylənmə, halsızlıq, qəbizlik və üşümə kimi əlamətlərə rast gəlinir.

    Anemiya

    Qanda hər hansı səbəbdən yaranan dəmir defisiti nəticəsində qanın oksigenlə təchizatı pozulur və baş ağrıları, ümumi zəiflik, başgicəllənmə, təngnəfəslik kimi əlamətlərlə birgə bədən üzvlərinin soyuması da baş verir.

    B12 vitamini defisiti

    Bu vitamin ən çox ət, toyuq, yumurta və süd məhsullarında mövcud olub, qanda hemoqlabinin miqdarına cavabdehdir. B12 vitamini çatışmazlığı vegetarianlarda, 50 yaşdan yuxarı şəxslərdə, Kron xəstəliyi olanlarda rast gəlinir. Bu vitaminə olan tələbatı ödəməklə problemləri həll etmiş oluruq.

    Qan təzyiqinin aşağı olması

    Bu zaman ətrafların qanla təchizatı zəifləyir. Belə ki, qan daxili orqanların işini təmin etmək üçün səfərbər olmuş olur. Bunun bir çox səbəbləri var: qanaxma, susuzlaşma, bəzi dərman preparatlarının qəbulu, endokrin xəstəliklər və s. Əgər siz özünüzdə ətrafların soyumasından başqa həm də başgicəllənmə, ürəkbulanma, ümumi halsızlıq hiss edirsinizsə, mütləq həkiminizlə məsləhətləşin.

    Stress və həyəcan

    Xroniki stress faktoru qanda adrenalinin miqdarını artırır və nəticədə qan damarlarının spazmı baş verdiyi üçün əl-ayaqlar soyuyur.

    Dərman preparatları

    Bəzi dərmanların məsələn, beta-blokerlər, miqren əleyhinə vasitələrin və s. qəbulu damarları, xüsusən də, arteriyaları daraltmaqla əllərin soyumasına gətirib çıxarır.

    Siqaret çəkmək

    Nikotinin damardaraldıcı təsiri və ətrafların qanla təchizatını zəiflətməsi əllərin soyumasına gətirən səbəblərdən biridir.

    Beləliklə, istənilən halda əllərin soyuq olması səbəbini öyrənib, onu aradan qaldırmaq üçün həkiminizlə məsləhətləşin.
    loading...