Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycana 33 sm qar yağdı
  • Tıxaclardan necə xilas olmaq mümkündür?
  • Vəkillər Kollegiyasına yeni sədr seçilir
  • Diqqət: Bu yollarda sürət həddi endirildi
  • TƏHLÜKƏ: 50 gün ərzində övladınızı öldürə bilər... - "Mavi balina" bəlası...
  • QƏNIRƏ PAŞAYEVANIN TƏHSİL NAZİRİ OLACAGI XƏBƏRİ YAYILDI - Son Dəqiqə!!!
  • Mikayıl Cabbarov vergilər naziri təyin edilib
  • Mixail Saakaşvili belə həbs edildi — FOTO
  • Azərbaycan 2 gün sonraya hazırlaşır - QAR YAĞACAQ!
  • İran parlamentinin üzvü: “Biz Dağlıq Qarabağı Azərbaycan torpağı sayırıq”
  • Erməni əsirliyində olan bir qızımızın Azərbaycana məktubu
  • Bakıda neçə milyon adam yaşayır? (RƏSMİ)
  • Gözü beynindən böyük dəvəquşu, vurma cədvəlini bilən donuz... - QƏRİBƏ FAKTLAR - FOTO
  • Yuxu ilə bağlı inanılmaz həqiqətlər
  • Astroloji proqnoz - 4 dekabr
  • Erməni Rimma Sarkisova 30 ildən sonra Gəncəyə qayıtdı
  • Evinizdə bu gülü saxlayırsızsa, dərhal ondan qurtulun - FOTO
  • Qatarda oturmaq üçün görün NƏ OYUNDAN ÇIXDI - VİDEO
  • Pedofili yaxaladılar –Rüsvay olduğu üçün başını... (Video)
  • NASA yadplanetlilərə görə məhkəməyə verildi - Sirrin üstü açılır
  • İsrail İranın hərbi bazasını bombaladı — GƏRGİN ANLAR
  • Günün şoku: Səudiyyə kralı erməni imiş – Bakıdakı ən məşhur otel ermənilərə məxsusdur?
  • Turan Birliyi yaranarsa, nə baş verəcək? - Video
  • 2024-cü ildə Marsa ilk insan gedəcək
  • Kompüterinizi bu üsulla format edin - VİDEO
  • İmmuniteti möhkəmləndirən 5 ədviyyat

    05 Ara 2017, 18:17   
        217
    İmmuniteti möhkəmləndirən 5 ədviyyat

    Təcrübəli evdar xanım hazırladığı yeməklərin daha dadlı və ətirli olması üçün ədviyyatlardan istifadə edilməsini bilir. Ancaq bu hamısı deyil. Bəzi bitkilərin faydalı xüsusiyyətlərinə görə onları müntəzəm lakin az-az miqdarda istifadə etmək lazımdır.

    XEBERTV.AZ immunitet.az-a istinadən bildirir ki, hətta bir çimdik ədviyyat belə immun sisteminin möhkəmlənməsinə kömək edir. İltihabı azaldır, orqanizmi artıq toksinlərdən və şlaklardan təmizləyir. Bəzi növləri isə hətta çəki atmağa yardımçı olur.

    1. Oreqano
    Bu ədviyyatsız İtalyan mətbəxini təsəvvür etmək mümkün deyil. Lakin, bu ədviyyat təkrarolunmaz dadı olması ilə yanaşı həm də, unikal müalicəvi effektə malikdir.
    Faydalı xüsusiyyətləri
    - sinir sistemini sakitləşdirir;
    - yüksək antibakterial xüsusiyyətə malikdir;
    - mədə-bağırsaq traktının fəaliyyətini normallaşdırır;
    - sidikqovucu və ödqovucu təsir göstərir;
    - immuniteti möhkəmləndirir;
    - güclü tərlədici, bəlğəmgətirici, bronxit və bronxial astmada güclü təsir göstərir.
    Harda istifadə etmək olar:
    1. Yumurta qizartmasında;
    2. Tərəvəzli şorbalarda;
    3. Pizzalarda;
    4. Salatlar üçün ədviyyat kimi;
    5. Souslarda;
    6. İkinci yeməklərdə;

    2. Rozmarin
    Qədim zamanlarda bu bitki bolluq, rifah və uzunömürlülük rəmzi hesab olunurdu. Hətta indidə bəzi ölkələrdə gənclərə "xoşbəxtlik və firavanlıq" üçün bu bitkinin budağından balaca bir hissə vermək kimi ənənə qalmaqdadır.
    Faydalı xüsusiyyətləri:
    - stres və əsəb gərginliyi götürməyə yardımçı olur;
    - ümumi yorğunluq zamanı orqanizmi tənzimləyir;
    - soyuqdəyməni müalicə edir;
    - iltihab əleyhinə, antioksidan, antidepresiv, ödqovucu kimi xassələrə malikdir;
    Harda istifadə etmək olar:
    1. Ət yeməklərində;
    2. Balıq yeməklərində;
    3. Marinadlarda;
    4. Bitki çaylarında.

    3. Kəklikotu
    Çox faydalı bitkidir. Antioksidant fəaliyyətinə görə E vitamininə bərabərdir.
    Faydalı xüsusiyyətləri:
    - tərqovucu, iltihab və mikrob əleyhinə təsirə malikdir;
    - immuniteti möhkəmləndirir;
    - iş görmə fəaliyyətini artırır;
    - prostatitin inkişafına mane olur;
    - cinsi zəifliyi aradan qaldırır.
    Harda istifadə etmək olar:
    1. Salatlar;
    2. Şorbalar;
    3. Qovurma yeməklərdə;
    4. Yumurtadan hazırlanan bütün yeməklərdə;
    5. Souslarda.

    4. Sarıkök
    Zəncəfilkimilər ailəsindəndir. Onun faydalarını qiymətsizdir. Son məlumatlara görə, bu ədviyyat xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.
    Faydalı xüsusiyyətləri:
    - orqanizmi təmizləyir;
    - həzmə müsbət təsir edir;
    - soyuqlamanın qarşısını alır;
    - güclü antioksidantdır;
    - dərinin vəziyyətini yaxşılaşdırır;
    - bədənin müdafiə gücünü bərpa edir;
    - arıqlama zamanı istifadə edilir.
    Harda istifadə etmək olar:
    1. Şorbalar;
    2. Raqular;
    3. Plovlar;
    4. Müxtəlif düyü yeməkləri.

    5. Adaçayı
    Soyuqdəymə və boğaz ağrısının öhdəsindən gələ bilən mükəmməl ədviyyat.
    Faydalı xüsusiyyətləri:
    - bağırsaqları təmizləyir;
    - toksinləri və şlakları xaric edir;
    - çəki atmaq üçün yardımçı olur;
    - antioksidant təsirə malikdir;
    - immuniteti möhkəmləndirir;
    - öskürək və zökəm zamanı kömək edir.
    Harda istifadə etmək olar:
    1. Ət yeməklərində;
    2. Balıq yeməklərində;
    3. Souslarda;
    4. Şorbalarda;
    5. Raqularda

    Əgər evinizdə bu kimi ədviyyatlar varsa o zaman orqanizminizi qorumaq üçün onlardan vaz keçməyin!
    loading...