Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Polşadan Azərbaycana velosipedlə gəldi – VİDEO
  • Azərbaycan dili Quql səsli axtarış sisteminə daxil edildi
  • NASA mütəxəssisi etiraf etdi: “UFO-lar dünyaya bu yolla gələcəklər”
  • Bu gün Ələkbərov Arifin Şəhadət günüdür
  • Bircə şamla isidilən hamamın SİRRİ
  • Votsap, Viber və Teleqram istifadəçilərinin diqqətinə!
  • Hakimiyyətdən nüvə zərbəsi ilə bağlı xəbərdarlıq: “Hansısa obyektin arxasında gizlənin, dərhal soyunun…”
  • “Rusiya Azərbaycan vətəndaşının öz tarixini öyrənməsinə imkan vermir”
  • “Türkiyə nüvə silahına sahib olmağa çalışacaq...” – Moskvadan qorxunc SSENARİNİN PROQNOZU
  • Dünyada ən böyük OLED displey yaradıldı
  • Xəbərdarlıq: Zərərli proqram təminatlarının sayı artdı
  • Toyuğun kəsib atdığımız bu hissəsi Çinə 50 milyon dollara satılır
  • Sevgilinizi düz seçmisiniz? Bunu öyrənməyin sadə yolu
  • Qəbirdə dirilən qız öz yas mərasiminə gəldi – ŞOK HADİSƏ
  • Şimali Koreya nüvə ölkəsinə nə vaxt çevriləcək? - Rəsmi Seuldan açıqlama
  • Amerikanın nüvə raketləri Azərbaycanda?
  • Rusiya Ermənistana xüsusi təyyarə göndərib
  • Yeni planet kəşf edildi - “Atatürk” adı verilə bilər
  • ABŞ-ın gizli xəritəsi tapıldı: Yeni terror dövləti yaradılır - PKK şimala nəzarət edəcək
  • Azərbaycan bu siyahıda birinci yerdədir
  • Yataqda ideal tərəf müqabiliniz - Bürclərə görə intim həyat
  • Vay-Faydan 100 dəfə sürətli texnologiya kəşf edildi
  • Rusiyadan Azərbaycanla sərhəddə xüsusi rejim
  • Kibrit belə hazırlanır - VİDEO
  • Rusiya 10 ilə elektromobillərə keçəcək
  • Bədəndəki bu nöqtəni masaj etmək yüz xəstəliyin çarəsiymiş - İNANILMAZ - FOTOLAR

    19 Haz 2017, 03:27   
        108
    Bədəndəki bu nöqtəni masaj etmək yüz xəstəliyin çarəsiymiş - İNANILMAZ - FOTOLAR


    İnsanların da kompüter kimi "yeniləmə" düyməsi varmış!

    Atasından miras olaraq çox dəyərli bir məlumat alan Zu San Li haqqında bir Yapon əfsanəsi vardır: "Uzun ömür nöqtəsi" və ya "yüz xəstəliyin nöqtəsi".

    XEBERTV.AZ -ın təqdim etdiyi bu yazıda "Uzun ömür nöqtəsi" və ya "yüz xəstəliyin nöqtəsi" haqqında geniş məlumat əldə edəcəksiniz:

    Atasının tövsiyəsinə riayət edərək Zu San Li hər gün bu nöqtəni masaj edərək onlarla imperatorun hakimiyyətinə və ölümünə şahid olacaq qədər yaşayıb. Bu nöqtəni masaj etmək Uzaq Şərqdə min illərdir tətbiq edilən ən qədim müalicə metodlarından biridir. İnsan bədənində bir ilin aylarını, günlərini xatırladan 365 nöqtə və 12 major meridian var. Müəyyən orqanlarla əlaqəli olan həmin nöqtələrə və meridianlara barmaqla təzyiq edərək bir çox xəstəlikləri müaalicə etmək mümkündür. Çin təbabətində orqanizmə enerji sistemi kimi baxılır və masaj orqanların funksional fəallıqlarına, enerji axınlarına təsir göstərə bilər. Zu San Li nöqtəsini aktiv etmək yenilənmə və sağalma effekti yaradır, qocalmağın qarşısını alır. Çində bu nöqtə "uzun ömür nöqtəsi" olaraq bilinir, Yaponiyada isə "yüz xəstəliyin nöqtəsi" adlanır.

    Zu San Li nöqtəsini necə tapmaq olar?

    Bədənimizdə Zu San Li nöqtəsi diz qapağının bir az altındadır. Bu nöqtəni düzgün müəyyən etmək üçün əlinizi barmaqlarınız aşağı gələcək şəkildə dizinizin üstünə yerləşdirin. Ovuc içiniz dizin çoxunu örtsün, sağ əliniz sağ dizinizin üstündə olsun. Zu San Li kiçik barmağın dırnağı ilə üzük barmağının dırnağı arasındakı məsafədədir. Əgər bu şəkildə doğru nöqtəni tapmasanız, yerdə oturub ayaqlarınızı özünüzə çəkin. Ayaqlarınız hələ də yerdə olsun. Dizinizin altında daha yüksək bir sahə fərq edəcəksiniz, barmağınızı ora qoyub yavaşca basın. Məhz bu hissə Zu San Li nöqtəsidir.


    Bədəndəki bu nöqtəni masaj etmək yüz xəstəliyin çarəsiymiş - İNANILMAZ - FOTOLAR

    Yaponlar niyə bu bölgəyə "Yüz Xəstəliyin Nöqtəsi" deyir?

    Zu San Li nöqtəsi bədənimizin aşağı hissəsindəki orqanların işinə nəzarət edir. Adrenal vəziləri, böyrəklər, cinsi orqanlar, həzm kanalının normal işləməsini təmin edən onurğa beynin funksiyalarını idarə edir. Zu San Li nöqtəsini masaj edərək insan sağlamlığının qoruyucusu rolunu oynayan böyrəküstü vəzilərin fəallığını artırmış olacaqsınız. Bu vəzilər qandakı hidrokortizon, adrenalin və digər mühüm hormonları ifraz edirlər. "Uzun ömür nnöqtəsi”ni hər gün müntəzəm masaj etsəniz, bədəninizdəki adrenal vəzilərinin funksiyasını bu şəkildə normallaşdırmış olarsınız:

    1. Qan təzyiqinin normallaşması
    2. İnsulin, qlükoza səviyyəsinin normallaşması
    3. Bədəndəki inflamasyonun azaldılması
    4. İmmunitet sisteminin normallaşması

    Zu San Li nöqtəsinə masaj etməyin digər faydaları:

    - Sağlam həzm sistemi
    - Bağırsaq və həzm problemlərinin aradan qaldırılması
    - İflic nəticələrinin müalicəsi
    - Özünə inam əldə edilməsi
    - Stress və təzyiqin öhdəsindən gəlinməsi
    - Daxili tarazlıq

    Bu nöqtəni masaj etməyin cinsi zəifliyə, hıçqırığa, qəbizliyə, qastritə və sidik qaçırmağa da yaxşı təsir etdiyi də ehtimal edilir. Hətta immunitet sistemini gücləndirən bu masajın daha fit və sağlam bədənə sahib olmağı da təmin etdiyinə inanılır.

    Bədəndəki bu nöqtəni masaj etmək yüz xəstəliyin çarəsiymiş - İNANILMAZ - FOTOLAR


    Zu San Li nöqtəsini nə vaxt masaj etməlisiniz?

    Bu masaj səhər saatlarında, günorta yeməyindən əvvəl edildikdə daha təsirlidir. Hər diz üçün saat istiqamətində dairəvi hərəkətlərlə (barmağınızı yavaşca basaraq və həmin nöqtədə bir müddət saxlayaraq) təxminən 10 dəqiqə aparılmalıdır. Başlamazdan əvvəl sakit nəfəs alıb verərək və hisslərinizə konsentrasiya olaraq özünüzü sakitləşdirin. Masajı oturaq vəziyyətdə edin. Mümkün olduqca masaja konsentrasiya olun və şəfa prosesinin başlamasına icazə verin. Bu masajın xəbərdaredici təsiri vardır. Axşamlar Zu San Li nöqtəsini saat istiqamətinin əksinə masaj edənlərin həftədə 400-500 q kilo verdikləri də deyilir.

    Yuxunuzu qaçmaması üçün yatmağa getməzdən əvvəl bu masajı etməməyə diqqət edin. Zu San Li nöqtəsinə masajı yeni aydan 8 gün əvvəl hər səhər etməyə başlasanız qocalma prosesini ləngitmiş, immunitet sistemini möhkəmləndirmiş və yuxarıda saydığımız faydaları təmin etmiş olarsınız.
    Günorta yeməyindən əvvəl bu nöqtəyə edəcəyiniz masaj yaddaşınızı, ürək-damar və həzm sisteminizi də gücləndirər. Günortadan sonra isə stress, baş ağrısı, narahatlıq, yuxusuzluq üçün bu masajı edə bilərsiniz.
    Qeyd: Masaj zamanı saat istiqamətini tənzimləyərkən masaj edənin özünüz olduğuna diqqət etməlisiniz.
    Mənbə Moderator.az