Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Xaçmaz Rayon Mərkəzi kitabxanasının qarşısında “26 İyun silahlı qüvvələr günü” ilə əlaqədar “Hünər ölmür, mərdlik ölmür, əsgər ölmür” mövzusunda informasiya günü keçirildi.
  • İnsanların 74 faizi... - Öldürücü istilər GƏLİR
  • Putin leysana baxmayaraq naməlum əsgərin məzarına çiçək qoydu – FOTO
  • Son dəqiqə! Prezident təsdiq etdi: Bundan sonra sim kartlar..
  • Elə şeydən elektrik enerjisi hazırladılar ki...
  • Gürcüstanda benzin və dizel yanacağı daha da ucuzlaşacaq.
  • Azərbaycanda yeni dövlət qurumu yaradıldı – RƏHBƏRİ KİMDİR, HANSI İŞLƏRƏ BAXACAQ?
  • “Türkiyədə evlənmə verilişinə qatılan azərbaycanlılar heç demə….
  • Qarabağa Könüllü yığılır
  • Almaniya qərarını verdi: Ordu Türkiyədən geri çəkilir
  • NASA yaşayış ehtimalı olan 10 planet tapdı
  • "...bütün əraziləri qısa müddət ərzində bərpa edəcəyik" - PREZİDENT
  • Müdafiə Nazirliyindən xəbərdarlıq — Telefonla danışarkən... Müdafiə nazirliyi vətəndaşlarla xəbərdarlıq edib.
  • Müsəlman sərxoş olmadıqca içki içə bilər — FƏTVA
  • Alimlərdən xəbərdarlıq: Planeti ölümcül istilər gözləyir
  • Həmsədrlər Qarabağda savaş ehtimalını artırdı
  • Suşi haqda bilmədiyimiz DƏHŞƏTLİ FAKT
  • İki günə 6 erməni əsgəri məhv edilib - Ölənlərin adları
  • “WhatsApp” internetsiz də işləyir — Telefonunuzda bunu edin
  • Rusiyadan açıqlama: Suriyanın taleyi bu tarixdə həll edilir
  • Rusiya Qərbi silkələdi: ABŞ-dan qisas alınacaq
  • Son dəqiqə! İlham Əliyev FƏRMAN imzaladı
  • “Bu içkiləri içən heyvanlaşır” - Şok iddia
  • DƏHŞƏT: eyni otaqda 42 nəfərin cəsədi bir-birinə sarılmış halda tapıldı
  • III Dünya müharibəsi müzakirə edilir - Türkiyəli ekspert
  • Talassemiya

    03 Şub 2017, 14:41   
        107
    Talassemiya


    Bu anemiya növü əsasən Azərbaycanda, az-az hallarda isə Gürcüstanda, Tacikistanda, Özbəkistanda təsadüf edilir. Talassemiya - irsi xəstəlikdir.

    Talassemiya zamanı qanın rəng göstəricisi aşağı enmiş olur. Qanda dəmirin miqdarı bu zaman ya norma daxilində, ya da artmış ola bilər.
    Eritrositlər özlərində olan patologiya nəticəsində vaxtından qabaq parçalanırlar. Bu anemiya zamanı bir çox hallarda bilirubinin (zülal) qanda miqdarı yüksəlmiş, dalaq isə böyümüş olur. Talassemiyanın əlamətlərindən biri də qanda nişangahvari (formaca nişangaha bənzədiyi üçün) eritrositlərin olmasıdır.
    Talassemiya uşaqda erkən olaraq təzahür etdiyi halda, o, uşağın fiziki və əqli inkişafının ləngiməsinə, üz skeletinin kobud dəyişikliyinə (kvadrat kəllə, yəhərvari burun, dişlərin yerdəyişməsi, alt və üst çənələrin üst-üstə düşməməsi və s.) səbəb olur. Belə uşaqlarda bir qədər sarılıq qeyd edilir, onlar tez-tez infeksion xəstəliklərə yoluxurlar.
    Ağır talassemiya formalarında uşaqlar həyatlarının birinci ilində ölürlər. Orta ağır talassemiya halında uşaqlar yetkin yaşa qədər yaşaya bilirlər. Talassemiyanın bir qədər yüngül formasında qanın rəng göstəricisi aşağı olsa da, orqanların zədələnməsi baş vermir, dalaq isə bir qədər böyümüş olur.
    Dəmirdefisitli anemiyada dəmir preparatlarının qəbul edilməsi qanın tərkibinin yaxşılaşmasına səbəb olurdusa, talassemiya zamanı dəmir preparatlarının qəbul edilməsi əksinə olaraq xəstə üçün zərərli təsirə malikdir.
    Talassemiya müalicə olunmayan xəstəlikdir. Xəstə uşağın vəziyyətini ona qan köçürməklə yüngülləşdirmək olur. Talassemiyanın daha bir müalicə üsulu isə sümük iliyinin köçürülməsindən ibarətdir.
    Talassemiyanın ən ağır formalarına əksər hallarda bir-biri ilə qan qohumluğu olan nigahlarda təsadüf edilir. Ona görə də belə nigahlara yol verməmək məsləhət görülür. Bir-biri ilə yaxın qohum olan gənclər ailə qurmalarında təkid etdikləri halda isə, gələcəkdə ağır patologiyalı (məsələn, talassemiya) uşaqların doğulmaması üçün, onlar müvafiq tibbi müayinədən (həmçinin genetik) keçməlidirlər.

    Saglamolun.Az