Xəbər lenti
Axtar
Ən çox oxunan
  • ABŞ-ın Əliyevə açıq dəstəyi İrəvanı silkələyir...
  • Əliyevin o cür qarşılanması Nikola siqnal idi - Solonnikov
  • Nikolun Bakıya qarşı 15 may hazırlığı - Yıldırım işarə etdi
  • Səfirliyimizə hücum təşkil edilmiş terror aktı idi
  • İranda hər kəs anlamalıdır ki... - Prezident
  • Vəkillər Kollegiyası bu assosiasiyaya üzv qəbul olundu
  • Dini radikalizmin təbliğinə cəlb olunan 16 nəfər həbs olundu
  • Cocuq Mərcanlıda çoban minaya düşdü
  • Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatı qəti surətdə təkzib edirik.
  • Laçın yolunda ekofəallar bu işi görəcəklər
  • Bu ölkə TÜRKPA-ya müşahidəçi üzv seçildi
  • Anar Bağırov vəkillərə xəbərdarlıq etdi
  • Rəsmən təsdiqləndi: Qarabağda yeni rus komandan...
  • İrəvan son 43 gün ərzində heç bir cavab verməyib
  • İran casus şəbəkəsinə qarşı əməliyyat gedir: həbs var
  • Azərbaycan türk dünyasının gücünü göstərdi - Çavuşoğlu
  • FETÖ-nün Azərbaycan üzrə rəhbərlərindən biri həbs edildi
  • Hansısa yolla bu tələdən çıxa biləcəyimizi düşündük
  • Ermənistanla sülh müqaviləsi üzərində iş başlanıb - Prezident
  • Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurası yaradılır
  • Azərbaycanda Qazaxıstan telekanalları yayımlanacaq
  • ham Əliyevin Qazaxıstana səfəri başa çatdı
  • Azərbaycanla İran arasında razılıq əldə olundu
  • Bayramov Abdullahianla danışdı: İki ölkə arasında ixtilaflar...
  • Ermənilərin minaları məcburi köçkünlərə əngəldir - Ekspress
  • 23 Nis 2023, 18:07   
        130



    Ulu Öndər statistikaya böyük önəm verirdi

    Xalqımızın son otuz illik tarixi məhz Heydər Əliyev kimi böyük bir şəxsiyyətin adı ilə bağlı olmuşdur.Uzun müddət postsovet məkanında sonuncu yerlərdə olan Azərbaycan Respublikası məhz 1969-cu ildə Heydər Əliyevin Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən sonra onun məqsədyönlü fəaliyyəti nəticəsində digər respublikalar arasında öncül yerlər səviyyəsinə qalxmış, 12 il dalbadal ittifaq üzrə Keçici Qırmızı Bayraqlar almışdır.
    Hələ 1970-ci illərdə SSRİ məkanında kondisionerlər zavodunun tikintisi üçün bir neçə yerlər müəyyən edilsə də lakin Ulu Öndərin rəhbərlik yanında şəxsi hörməti sayəsində həmin zavod Bakıda tikildi. Zavodun istehsal etdiyi məişət kondisionerləri respublikanın sənaye məhsullarının həcmində müstəsna rol oynadı. Həmin zavodun məhsulları tək SSRİ məkanında deyil, bir sıra xarici ölkələrdə də məşhurlaşdı.
    1979-cu ildə isə mərkəzin qərarına əsasən respublikamızda kənd təsərrüfatının inkişaf etdirilməsi, üzümçülük və şərabçılığın intensivləşdirilməsi nəzərdə tutulmuşdur. Digər müttəfiq respublikaları, hansı ki, SSRİ məkanında ərazisinə və kənd təsərrüfatı məhsullarının istehsalına görə Azərbaycandan böyük olan respublikaları kənara qoyaraq məhz Azərbaycan üçün belə bir mühüm qərarın verilməsi Heydər Əliyevin böyük nüfuza və hörmətə malik olmağının nəticəsi idi. Bununla da olaraq respublikamızda kənd təsərrüfatı gündən-günə inkişaf etməyə başladı. Bütün kənd zəhmətkeşləri daha coşqun həvəslə işləməyə başladılar və son nəticə olaraq bunun bəhrəsini görürdülər. Bütün kəndlərimizdə insanların maddi rifahı yüksəldi, köhnə çiy kərpicdən tikilmiş evləri hündür, iki mərtəbəli daş evlər əvəz etdi, xüsusən əməkdə fərqlənən kənd adamlarına avtomobillər mükafat verildi.
    1982-ci ildə Heydər Əliyev SSRİ-də mühüm vəzifəyə dəvət olunsa da, o, həmişə doğma Azərbaycanı diqqətdə saxlamış, respublikamızın inkişafı üçün bütün köməkliklərini göstərmişdir.
    Bakı şəhərində 20 Yanvar qırğını törədildiyi zaman Moskvada fəaliyyət göstərən Azərbaycan nümayəndəliyinə ilk gələn insan da dahi Heydər Əliyev olmuşdur. Nümayəndəlikdə keçirilən iclasda heç nədən çəkinmədən hələ o zaman SSRİ-yə rəhbərlik edən yüksək mənsəbli şəxsləri kəskin tənqid etmiş, Bakı hadisələrində birbaşa SSRİ rəhbərliyinin məsuliyyət daşıdığını açıqca bildirmişdir. Ümumiyyətlə, Ulu Öndər Heydər Əliyevin xalqımız, müstəqilliyimiz üçün tarixi əhəmiyyət kəsb edən xidmətləri saysız hesabsızdır. Bütün bunlar isə Heydər Əliyevin xidmətlərinin heç də onun işlədiyi vəzifələrdən deyil, özünün malik olduğu yüksək insani keyfiyyətlərə, polad iradəyə, zəngin dünyagörüşünə, hərtərəfli dərin savada malik, millətini və dövlətini hər şeydən uca tutmağı bacaran bir insanın vətəninə və millətinə olan sevgisindən irəli gələn bir tələbat idi.
    Ölkəmizin ağır günlərində, müstəqilliyimizin itiriləcəyi məqamlarda qədirbilən xalqımız yenə Ulu Öndərə müraciət etdi. Xalqın tələbi ilə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev Azərbaycanın müstəqilliyini qoruyub saxladı və bu barədə özünün dediyi kimi, “ Azərbaycanın müstəqilliyi əbədidir, daimidir və dönməzdir.”
    Heydər Əliyev iqtisadiyyatın bütün sahələrində olquğu kimi, statistikaya böyük önəm vermiş, həmişə statistikanı” iqtisadiyyatın güzgüsü” adlandırmışdır. Statistika sahəsində fərqlənən işçilərə müxtəlif dövlət və hökumət orden və medalları verilmişdir.
    Hazırda Heydər Əliyevin iqtisadi kursunu uğurla həyata keçirən möhtərəm Prezidentimiz tərəfindən bu işlər yüksək səviyyədə davam etdirilir. Respublikamızın elə bir bölgəsi yoxdur ki, orada müasir, hündürmərtəbəli, bütün avadanlıqlarla təchiz olunmamış statistika idarəsi olmasın.
    Bütün bu qayğıların, diqqətin nəticəsi olaraq biz statistiklər ölkə iqtisadiyyatının statistik rəqəmlərdə əks olunması üçün bütün qüvvəmizi əsirgəmirik.


    Mirəli Nağıyev,
    Ağru rayonu Statistika idarəsinin rəisi,
    YAP Ağsu rayonu Mərkəzi şəhər ilk partiya təşkilatının sədri
    loading...