“Qədim Şuşa” sənədli filmi növbəti dəfə tamaşaçılara təqdim edildi!

“Qədim Şuşa” sənədli filmi növbəti dəfə tamaşaçılara təqdim edildi!
BAKI-XEBERTV.AZ 22-01 09 .12.2022
Dekabrın 8-də Bakıda “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin təşkilatçılığı ilə “Qədim Şuşa” sənədli filminin təqdimat mərasimi keçirildi. Mərasimi “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, müharibə veteranı Şamil Sabiroğlu açdı. Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu, şəhidlərin xatirəsi 1 dəq.lik sükutla yad edildi.Ş.Sabiroğlu “Şuşa ili” çərçivəsində çəkilən “Qədim Şuşa” sənədli filmini maliyyələşdirdiyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvlərinə və Agentliyin İcraçı direktoru xanım Aygün Əliyevaya Birliyin fəalları adından öz təşəkkürünü bildirdi. Daha sonra filmə baxış keçirildi.
Filmə baxışdan sonra Şuşa rayon İcra Hakimiyyətinin şöbə müdiri, qazi Elxan Ələkbərov, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, rupor.az saytının baş redaktoru Ceyhun Musaoğlu, Dünya Ahısha Türkləri Birliyinin Azərbaycan üzrə təmsilçisi Gülnarə Salayeva, tanınmış ictimai xadim Salman Əliyev, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin fəalları-Firdus Əhmədov, Ayna Allahyarqızı və Aynurə Rüstəmova, tanınmış ictimai xadim Vidadi Turablı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Fariz Hüseynov və başqaları tarixi filmə görə çəkiliş qrupuna minnətdarlıq etdilər. Çıxışlar zamanı qeyd edildi ki, 2022-ci ildə 270 yaşı tamam olan Şuşa şəhəri Azərbaycan Silahlı Qüvvələrinin xalqımıza bir hədiyyəsidir.
Tanınmış aparıcı-müğənni İslam Ələsgərli Vətənə, torpağa və Silahlı qüvvələrə həsr edilən mahnıları ifa etdi.
Mərasim iştirakçıları həmçinin, Azərbaycanın Dövlət Başçısına müraciət ünvanladılar.



Azərbaycan Dövlət Pedaqoji Kollecinin III kurs tələbəsi.
09.12.2022.