Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Millət vəkili Razi Nurullayev söz verdiyi adları açıqladı...Kimlər, kimlər
  • Operativ Qərargahın brifinqi - Canlı
  • Heydər Əliyev Fondu imkansız ailələrə yardım payladı!
  • İsveçrə təsdiqlədi: Elektrik təyyarələri dövrü başlayır
  • İbrahim Məmmədovdan toyların keçirilməsi ilə bağlı AÇIQLAMA
  • Rayona getmək istəyənlərin diqqətinə - Baş nazir qərar verdi
  • Biləsuvarlı məşhur döyüşçü Qədir Musayev dünyasın dəyişdi...
  • "Başımıza gələn bəlalar günahlarımızı təmizləyir..."
  • Rusiya bu ölkənin vətəndaşları üçün sərhədlərini açdı
  • Gürcü bloger erməni xalqına: Oğrular, həyasızlar... – Video
  • Beş aylıq fasilədən sonra aviabiletlərin satışı başlayır - VİDEO
  • İslam Ələsgərli- Şəhid Generalımızın xatirəsinə. Mahnı həsr etdi
  • Orduya könüllü yazılanlara Səfərbərlik Xidmətindən ZƏNG EDİLMƏYƏ BAŞLADI - RƏSMİ AÇIQLAMA
  • "Paşinyan, istirahət zamanı deyil, Türklər üstümüzə gəlir..."
  • “9336 şəhidimizin, 24 Milli Qəhrəmanımızın məzarı erməni tapdağında qalıbsa…”
  • Ukrayna Təhlükəsizlik Xidməti Azərbaycana könüllü döyüşçülər və zabitlər göndərməyə hazırlaşır – ŞOK İDDİA
  • "Xalqın Qarabağ istəyi lazimi səmtə yönəldilməli, vahid iradə nümayiş etdirilməlidir" - VİDEO
  • Hərirçidən korona haqda şok: Hər gün 200 nəfər öləcək
  • “Onu heç vaxt bezdirmirdim ki...” - Şəhid generalın xanımı - VİDEO
  • Suda həll olan plastik torbalar yaradıldı
  • “Elə ki, evə çatdım məni bərk qucaqla” - 18 yaşlı şəhidimizin son sözləri
  • Orduya Türkiyədən yeni texnikalar gətirildi - VİDEO
  • Vitse- prezident görün nələr dedi- sərt REAKSİYA
  • Əsirlikdə olan qızlarımız zorlanaraq, qanında azərbaycanlı qanı axan “erməni” dünyaya gətirir
  • Şuşa türməsində saxladığımız 530 qatil erməni dustağı hara “yox” etdik ki?.
  • 02 Haz 2020, 00:51   
        148



    102 il ötdü: Bu gün onların günüdür...

    İyulun 2-də Azərbaycan Polisi yaranmasının 102-ci ildönümünü qeyd edir.

    XEBERTV.AZ xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunub.

    Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb.

    Bu dövrdə Ümummilli Lider böyük uzaqgörənliklə daxili işlər orqanlarının təşkilati və ideoloji cəhətdən möhkəmlənməsi, sıralarının saflaşdırılması, peşəkar kadrların irəli çəkilməsi ilə bağlı mühüm qərarlar qəbul edib. Şəxsi heyətin məhz milli ruhda formalaşmasının nəticəsi idi ki, 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ilk olaraq rəşadətlə dəf edən nizami qüvvə milis, sonrakı illərdə Daxili Qoşun hissələri oldu. Bu döyüşlərdə 1695 polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucaldı, 1710 nəfər isə yaralandı. Göstərdikləri şücaət və igidliklərə görə 67 nəfər “Azərbaycanın Milli Qəhrəmanı” adına, 1143 nəfər orden və medallara layiq görülüb.Axar.az
    loading...