Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SON DƏQİQƏ: türk ordusu Suriyadan çıxmayacaq, Ərdoğan Putinin qarşısına ŞƏRT qoydu (YENİLƏNİR)
  • Misirdə Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı müsabiqə keçirilib
  • Azərbaycan Müstəqillik Gününü qeyd edir
  • Qaçqınlar Suriyaya qayıdır
  • Ərdoğanın Pakistan səfəri təxirə salındı
  • Daha bir Avropa ölkəsi Türkiyəni dəstəklədiyini bəyan etdi
  • Ərdoğandan UEFA-nın Türkiyə millisinə intizam işi açmasına münasibət
  • Xəbərlər – Hava ilə bağlı əhaliyə VACİB XƏBƏRDARLIQ - Diqqətli olun!-Yağış, qar, güclü külək...
  • Baş Qazi Etimat Əsədovun xatirəsi yad edildi.
  • İlham Əliyev: Sizin tövsiyəniz, təlimatınız olmadan...
  • Xocalı şəhər əhalisinin dünya dövlətlərinə, xalqlarına və beynəlxalq təşkilatlara M Ü R A C İ Ə T İ
  • Ərdoğandan Merkelə sərt sözlər: Tərəfinizi seçin, ya biz, ya terrorçular!
  • Alimdən inanılmaz: Marsda həyat izləri 40 il əvvəl tapılıb
  • SON DƏQİQƏ: sayı 500-ə yaxınlaşır, strateji şəhər və ABŞ silahları ələ keçirildi... (YENİLƏNİR)
  • FÜZULİ SAKİNİ PREZİDENTDƏN KÖMƏK İSTƏDİ
  • Türkiyə ordusu terrorçulara divan tutmaqda davam edir
  • Cins şalvarlar planeti necə məhv edir
  • Prezident İlham Əliyev “Qobu Park-2” yaşayış kompleksinin açılışında iştirak edib - VİDEO
  • Alimlerin cavab vere bilmediyi sirli suallar hansilardir
  • SON DƏQİQƏ: Rusiya qırıcıları azərbaycanlıların da olduğu BAZANI VURDU
  • Qaçqınlar üzrə Ali Komissardan xəbərdarlıq
  • Bu Avropa ölkələrində 14 yaşında sekslə məşğul olmaq qanunidir - FOTO
  • Qardaş Türkiyədə Qazilərə verilən imtiyazlar
  • Rus vertolyotu Kəlbəcərdə 8 nəfər uşağı parçaparça edib – ÇOXLARININ BİLMƏDİYİ DƏHŞƏTLİ FAKT
  • Erməni işğalının daha bir üzü: 10 kənddə... - 27 il
  • 05 Eki 2019, 19:57   
        517



    Qarabağ qazisi Adil Həşimov vəfat edib - FOTOLAR

    “N” saylı Qubadlı alayının komandiri, Qarabağ qazisi Adil Həşimov qəflətən ürək tutmasından dünyasını dəyişib.

    XEBERTV.AZ Faktor.az-a istinadən xəbər verir ki, Adil Həşimov Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib. İnstitutu bitirdikdən sonra Perm şəhərində hərbi xidmətdə olub. Hərbi xidmətdən qayıtdıqdan sonar Qubadlı Rayon Tikinti İdarəsində baş mühəndis kimi çalışıb. Daha sonra özünə tikinti korperativi yaradıb, ona rəhbərlik edib. Qarabağ müharibəsi başlayan zaman bütün işlərini bir kənara qoyub, Qubadlı rayonunun müdafiəsinə qalxıb, silahdaşlarıyla birgə batalyon yaradıb. Tikinti müəssisəsindən qazancını da rayonun müdafiəsinə yönəldib. Hərbi hissənin formalaşması, silahların alınmasında xüsusi rol oynayıb. İlk qanuni hərbi hissələr yaradıldıqdan sonra isə hərbi hissə komandiri olub. 1995-ci ildə sağlamlığı ilə bağlı ehtiyata buraxılıb. İki qız övladı var.

    Döyüş yoldaşları da onun ölümünə dərindən kədərləniblər.

    Tanınmış Qarabağ qazisi Vaqif Əlisoy mərhum savaşçı barəsindəki ürək sözlərini çatdırıb:

    "Qarabağ üçün, doğma Qubadlının işğal olunmaması üçün əlindən gələni etdin... Fəqət, heyif ki, o yurdlarımızın azadlığını görməmiş, Qarabağsız getdin... Sən haqq dünyasına qovuşdun, haqqını bizlərə halal et, bizlər də haqqımızı halal edirik, əziz qardaş! Amma biz hələ də haqq və düşmənləri üz-üzə qalmaqdayıq... Uca Allah bu yolda bizlərə yardımçı olsun ki, belə bir-bir Qarabağsız dünyadan köçməyək... Və inşallah, Cənnətdə sənə Qarabağın azadlıq xəbərini çatdıraq...”
    Mərhumun döyüş dostu Aydın Şükür sosial şəbəkədə yazdığı statusda mərhum silahdaşının xatirəsini yad edib:

    "Allah yerini behişt,məkanını cənnət eləsin, cəbhədaşım, silahdaşım, dostum.

    Bu ad Azərbaycanın milli azadlıq tarixində, dövlət müstəqilliyi yolunda, Azərbaycanın ordu quruculuğunda mücadilə vermiş namuslu vətən övladı kimi həmişə sayğı ilə duyulacaq, Azərbaycanın şərəfli tarixində öz layiqli yerini alacaq...

    Adil bəyin bizləri tərk edib haqq dünyasına köçməsi bizləri çox sarsıtdı.

    Qardaşlıq münasibətlərimizi bilib mənə də başsağlığı verən bütün dostlarımıza təşəkkür edirəm.
    Mən də Adilin doğmalarına və bütün Qubadlı camaatına başsağlığı verirəm.

    Üç dost, üç silahdaş, üç vətən əsgəri (üç komandir)".





    loading...