Xəbər lenti
Axtar
Ən çox oxunan
  • SON DƏQİQƏ: Fuad Abbasov azad edildi - VİDEO
  • Fuad Abbasovun ailəsi müraciət yaydı
  • TÜRKİYƏLİ İŞ ADAMI XOCALIDA UŞAQ BAĞÇASI TİKDİ -FOTO
  • Civəli termometrin sınması niyə qorxulu sayılır?
  • Bu ölkədən xəbərdarlıq: İrana getməyin!
  • Leyla Əliyeva "Bizim həyət" layihəsi çərçivəsində növbəti həyətin açılış mərasimində iştirak etdi
  • Çirkli neftə görə Putindən kompensasiya tələb edir - 100 milyonlarla dollar...
  • Drakon FETO-nun gizli planının üstünü açır
  • Şəhidlər xiyabanını qaranlıga qərq etdilər
  • Bəşəriyyətin son 50 ildə planeti necə dəyişdiyi məlum olub
  • "BAGIŞLA MƏNI ŞUŞA"
  • Leyla Əliyeva rəsm sərgisinin açılışında - Foto
  • Bu ölkədə məscidlər sökülür - ŞOK
  • Yeni dəhşətli görüntülər ortaya çıxdı: Moskvada 41 nəfərin ÖLÜM ANI – VİDEO/FOTO
  • Həyatınızı dəyişdirən 9 MÜDRİK QAYDA
  • Hər kəsin həyatını dəyişdirəcək 30 KARMA QANUNU
  • Yeni növ işıq diodları displeylərin təsvir ölçüsünü 3 dəfə artıracaq
  • Dünyaya ŞOK: 2 milyard insan...- Alimlər fəlakət ssenarisinin DƏQİQ TARİXİNİ AÇIQLADILAR - FOTO
  • Tarixin GİZLİNLƏRİ – Rus zabit Berlinə bayraq sancan Məmmədovu niyə güllələdi? – VİDEO
  • Ramazan ayının başlanacağı tarix AÇIQLANDI - QMİ fətva verdi
  • Saytların təhlükəsizliyini yoxlayan yeni proqram
  • İlham Əliyev: Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq
  • Feysbuk artıq bu görünüşdə olacaq - Foto
  • İnsanlardan GİZLƏDİLƏN DƏHŞƏTLİ İcadlar
  • İnsanlıqdan GİZLƏDİLƏN Ən Böyük SİRR - Bəsirət Gözü
  • 26 Nis 2019, 19:36   
        218
    “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ev sahibi Xaçmaz rayonu olub.

    “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti ev sahibi Xaçmaz rayonu olub.

    BAKI-XEBERTV.AZ
    Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin iştirakı ilə ənənəvi “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Heydər Əliyev Parkında baş tutub.Mədəniyyət bayramında Mədəniyyət Nazirliyinin nümayəndələri, regional mədəniyyət idarələrinin rəisləri, mədəniyyət işçiləri, rayon rəhbərliyi və yüzlərlə xaçmazlılar da iştirak ediblər.İki hissədən ibarət olan yaradıcılıq festivalının rəngarəng proqramını yadda qalan edən anlardan biri Qusar Dövlət Ləzgi Dram Teatrının “Dideyar” nənələr qrupunun və Niyazabad Folklor Kollektivin təqdimatında cəhrədə yun əyirmək, xalça toxumaq, səhənglə su daşımaq kimi digər keçmiş dövrlərin məişət işlərinin canlandırılması oldu .Mədəniyyət bayramını Xaçmaz Xalq Teatrının təqdimatında Üzeyir Hacıbəyovun “Arşın mal alan” musiqili komediyasından bir epizodu səhnələşdirilməsi, dahi Azərbaycan şairi İmaməddin Nəsiminin obrazının canlandırılması, şairin qəzəllərinin ifa edilməsi maraqlı edib.Daha sonra Xınayaxdı Xalq Folklor Kollektivinin ifasında incəsənət nümunələrinin nümayiş etdirilməsi də diqqət mərkəzində olub.Festival Xaçmaz və Quba Mədəniyyət Mərkəzlərinin pəhləvanlarının müxtəlif maraqlı nömrələri ilə davam edib. “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalında sərgi hissəsində çadırlar qurularaq İsmayıllı ustalarının metalişləmənin fərqli texnika və üsullarından istifadə edərək hazırladıqları misgərlik nümunələri, məişət qabları, kəlağayılar, Sumqayıt sənətkarlarının bədii tikmənin bir çox növünə aid zərif naxışlı tikmələri, çay daşları və ağacdan hazırladıqları muncuq və digər bəzək əşyaları, Masallı regional idarəsi tərəfindən təqdim olunan həsirdən hörmə, toxuma əl işləri, ağacoyma və dulusçuluq kimi digər nümunələr maraqla qarşılanıb.Festivalda sənətkarlar arasında fiziki imkanları məhdud incəsənət ustalarının da yaradıcılığına yer verilib. Oymaçı rəssam Asif Qasımovun hazırladığı sənətkarlıq nümunələri qonaqların diqqət mərkəzində olub.Daha sonra respublikamızda yeganə çay daşı üzərində oyma ustası Ədalət Pirverdiyevin və dəmir üzərində döymə ustası olan Zeydulla Ağayevin əyani şəkildə hazırladığı sənətkarlıq nümunələri ziyarətçilərin marağına səbəb olub. Yaradıcılıq Festivalının ikinci hissəsində hər bir regional idarə üzrə folklor qrupları, yerli incəsənət və bədii özfəaliyyət kollektivləri konsert proqramı ilə çıxış ediblər. Təqdim olunan rəngarəng musiqi nömrələri, rəqslər tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Azərbaycanın regionlarını əhatə etməklə şəhər və rayonların bir-birinin mədəni zənginliyi, sənətkarlıq irsi və incəsənəti ilə tanış olmağa imkan yaradıb. Bölgələr arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açıb.Qeyd edək ki, Mədəniyyət Nazirliyinin iş planına əsasən respublikamızda ikinci dəfədir ki, “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı baş tutur. Festival may ayında yekunlaşacaq.

    Sevda İsmailova
    loading...