Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Moskvada möhtəşəm Novruz tədbiri kecirilr
  • Azərbaycan XİN-dən Paşinyanın bəyanatına sərt reaksiya
  • Türkmənistan blokada elan etdi: Tacikistan Azərbaycana üz tutdu
  • Prezident yeni islahat anonsu verdi - Bu sahələrdə...
  • Şimali Koreya haqda “yaxşı” film çəkməyə gedən rus rejissor gördüklərindən dəhşətə gəldi
  • "Cahangir Hacıyev türmədə BİR DƏFƏ ÖLÜRDÜ..."-Təzyiqi aşağı düşmüşdü
  • Səmada yaranan qorxunc “dəlik” insanları həyəcanlandırdı – VİDEO
  • İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
  • Bu gün İlaxır çərşənbədir
  • Əli İnsanov dünən və bu gün: nələr deyir? - Video
  • 27 kilometrlik gizli tunel tapıldı - BÖYÜK TƏHLÜKƏ
  • Türk əsgərlər xüsusi təhlükəli terrorçunu məhv etdilər
  • Maykl Ceksonun qızı özünü öldürmək istəyir
  • Feysbuk və Yutub Yeni Zelandiya terrorunun videolarını silir
  • Azərbaycanda genişmiqyaslı təlim - Video
  • Bəs, Avropa ölkələrində edam qadağan idi? - Ərdoğan
  • NASA iki qalaktikanın toqquşmasını göstərdi - FOTO
  • Yəhudilərin varlanmaqla bağlı MÖHTƏŞƏM ÜSULLARI: əgər kasıbsınızsa...
  • SON DƏQİQƏ: Qaz və elektrik enerjisi ilə bağlı limitin ləğv olunması təklif edildi
  • Türkiyədə yayımlanan "Savaşçı" serialında Xocalı şəhidləri anılıb.
  • Rus alim xəritə yaydı - İrəvan Azərbaycan ərazisidir - VİDEO
  • Fəzail İbrahimli: “Televiziyanı neçə dəfə ərdə olub ana kimi əxlaq dərsi keçənlərdən təmizləmək lazımdır"
  • Ermənilər Kəlbəcərdən Cəbrayıladək avto-yürüş edəcək - “Bir qarış da torpaq verməyəcəyik!..”
  • Soyqırım qurbanları Ankara Qazi Universitetində də yad edildi!
  • “Facebook” onlayn ödənişlər sahəsində inqilaba hazırlaşır
  • 16 Şub 2019, 00:10   
        123
    Leyla Əliyeva bu mərkəzin açılışını etdi - Foto



    Leyla Əliyeva bu mərkəzin açılışını etdi - Foto


    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva fevralın 15-də paytaxtın Buzovna qəsəbəsindəki 1 saylı psixonevroloji sosial xidmət müəssisəsinin binasının əsaslı yenidənqurmadan sonra açılışında iştirak edib.

    XEBERTV.AZ xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı psixonevroloji sosial xidmət müəssisəsi 1974-cü ildə yaradılıb. 2018-ci ildən başlayaraq Heydər Əliyev Fondu tərəfindən bu müəssisədə əsaslı yenidənqurma işləri aparılıb.

    Yaradılan şəraitlə tanış olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məlumat verildi ki, yenidənqurma işlərindən sonra burada yaşayanların sağlamlığı və rahatlığı üçün müasir standartlara uyğun şərait yaradılıb. 217 çarpayılıq müəssisədə akt zalı, kinoteatr, kitabxana, arxiv, sakinlərin qidalanması üçün yeməkxanalar, eləcə də mərkəzləşmiş mətbəx, asudə vaxtın təşkili və istirahət guşələri, izolyasiya və tibb otaqları yaradılıb, mebel və avadanlıqlarla təchiz edilib. Müəssisə əlilliyi olan şəxsləri qəbul edərək münasib yaşayış şəraiti ilə təmin etmək, abilitasiya və reabilitasiya xidmətlərini həyata keçirmək üzrə fəaliyyət göstərir. Buraya sosial xidmətə ehtiyacı olan psixotik simptomatika mərhələsinə çatmayan şəxslər qəbul edilir.

    Ölkəmizdə sağlamlıq imkanları məhdud olan, xüsusi qayğıya ehtiyac duyan şəxslərin tibbi və sosial reabilitasiyasının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. Dövlət bu qəbildən olan şəxslərin çoxsaylı sosial proqramlara, o cümlədən reabilitasiya, pulsuz istirahət və texniki-bərpa təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Bu müəssisədə yaradılan şərait bir daha sübut edir ki, dövlət səviyyəsində bu istiqamətdə reallaşan tədbirlərə Heydər Əliyev Fondunun da xüsusi töhfəsi var. Bu cür layihələrin icrası həm də onu göstərir ki, nəcib təşəbbüsləri və layihələri ilə seçilən Heydər Əliyev Fondunun xüsusi qayğıya ehtiyacı olanların sosial məsələlərinin həlli, onların müalicə və reabilitasiya işinin yüksək səviyyədə təşkil edilməsi istiqamətində həyata keçirdiyi tədbirlər davamlı xarakter alıb.

    Müəssisənin həyətində abadlıq işləri aparılıb, ərazi yaşıllaşdırılıb, müxtəlif növ ağaclar əkilib, istirahət guşələri yaradılıb.

    ***

    Heydər Əliyev Fondunun və Bakı Şəhər İcra Hakimiyyətinin sahibsiz itlərlə işin təkmilləşdirilməsi üzrə birgə layihəsi çərçivəsində paytaxtın Balaxanı qəsəbəsində yaradılan "Toplan” sahibsiz itlərə qayğı mərkəzinin fevralın 15-də açılışı olub.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva açılışda iştirak edib.

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məlumat verilib ki, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Təsərrüfat Kommunal Departamentinin sanitariya və texniki təmizlik idarəsinin ərazisində yerləşən mərkəzdə yenidənqurma işlərinə 2018-ci ilin oktyabr ayında başlanılıb. Ərazisi 2500 kvadratmetrə yaxın olan mərkəz üç inzibati-təsərrüfat binasından ibarətdir.

    Leyla Əliyeva mərkəzlə tanışlıq zamanı itlərin saxlanması şəraitinə baxıb. Bildirilib ki, burada itlərin saxlanılması üçün xüsusi yerlər - volyerlər, karantin-reabilitasiya qəfəsləri yaradılıb. Ərazi abadlaşdırılıb, işıqlandırma və havalandırma sistemləri qurulub. Qurumun əməkdaşları Bakı ərazisində sahibsiz itləri toplayaraq mərkəzə təhvil verəcəklər. Burada həmin heyvanlar peyvəndlənəcək, reproduktiv fəaliyyətlərinin dayandırılması məqsədilə müvafiq əməliyyat aparılacaq. Hər bir it çiplə təmin olunacaq. Yardım göstərildikdən sonra itlər yenidən tutulduqları əraziyə buraxılacaqlar. "Toplan” mərkəzinin baytar bloku müayinələrin aparılması, sterilizasiya, müalicə və heyvanlara mikroçipin yerləşdirilməsi üçün müasir tibbi avadanlıq və preparatlarla təchiz edilib. Həmçinin burada əməliyyata hazırlıq, əməliyyat, müayinə, ordinator, baytarlıq preparatlarının saxlanması otaqları var. Sahibsiz itlərin daşınması və təcili tibbi yardım üçün avtomobillərlə təchiz olunan mərkəz həftə ərzində bütün zəruri prosedurlardan keçirilmək şərti ilə 30-50 it qəbul etmək gücündədir. Buraya daxil olmuş sahibsiz itlərin mərkəzləşdirilmiş qeydiyyatı sistemi də yaradılıb. Heyvanın tutulduğu tarix və ünvan, vəziyyəti, həyata keçirilmiş tibbi yardımlar və mikroçipin nömrəsi xüsusi informasiya bazasına daxil edilir. Sərbəst buraxılan və sahiblərini tapan itlər barədə də bazaya müvafiq məlumatlar yerləşdirilir. Mərkəzin əməkdaşları baytarlar, itlərin toplanması ilə məşğul olan şəxslər və digər personal üçün xarici mütəxəssislərin iştirakı ilə təlimlər keçirilib.

    Sonra "Toplan” mərkəzinin növbəti hissəsinin təməli qoyulub.

    Bildirildi ki, sonrakı mərhələdə bir neçə təsərrüfat binası və 80-ə yaxın itin saxlanılması üçün xüsusi yer - volyer və karantin-reabilitasiya qəfəsləri yaradılacaq.

    Qeyd edək ki, 2018-ci ildən başlanan layihə sakinlərin təhlükəsizliyinin təmin edilməsi, sahibsiz heyvanlara qayğı göstərilməsi, həmçinin cəmiyyətin onlara qarşı münasibətinin dəyişdirilməsi məqsədi daşıyır. Layihə çərçivəsində, eyni zamanda, müxtəlif maarifləndirmə işləri aparılır. Həmçinin layihə barədə mərkəzin internet saytı, sosial şəbəkələrdəki səhifələri vasitəsilə məlumat əldə etmək mümkündür.

    Leyla Əliyeva bu mərkəzin açılışını etdi - Foto
    Leyla Əliyeva bu mərkəzin açılışını etdi - Foto
    Leyla Əliyeva bu mərkəzin açılışını etdi - Foto

    axar.az
    loading...