Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Xocalıya ədalət” kampaniyası çərçivəsində İsraildə soyqırım qurbanlarının anım günü keçirilib
  • ... Amma biz də durmayacağıq
  • Mircəfər Bağırovun bilinməyən məzarı - Gizlədilən həqiqət - VİDEO - FOTOLAR
  • "Xocalıya Ədalət"
  • Minlərlə ailəyə ŞAD XƏBƏR: 400-dək yaşayış kompleksi...
  • Şok: Süni ət yaradıldı, heyvan kəsilməyəcək - Video
  • ŞƏHİDLİYİ FİKİRLƏŞMƏYƏN “QAZİ” OLA BİLMƏZ .
  • Çikaqoda Xocalı faciəsi qurbanlarının xatirəsi anıldı
  • Ombudsman Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar bəyanat verib
  • 180 restoran fəaliyyətini dayandırdı - Bahalaşmaya görə
  • Qaradağlı faciəsi qurbanlarının xatirəsi anılıb
  • Qar qonşu ölkədə fəsadlar törətdi
  • Leyla Əliyeva “Zima” festivalını izlədi – Fotolar
  • "Dünyada tam müstəqil dövlət yoxdur" - Putindən gözlənilməz bəyanat
  • Prezident İlham Əliyev əsgərlərlə nahar etdi - VİDEO
  • Azərbaycanlı qadın Türkiyədən deport edildi - Əri pulu ödəyə bilmir
  • Robotlarla inanılmaz seks sərgüzəştləri və nikah - AĞLAGƏLMƏZ YENİLİK
  • Xəzər tarixi yerinə qayıdır: su altında qalacaq şəhərlər - Foto
  • 14 yaşlı qız işgəncəyə görə evdən qaçdı
  • Videoçəkilişə görə yol polisi sürücüyə cərimə yaza bilməz- Ekspert
  • Insanlar ayıq olsalar – zalımlar zülm edə bilməz...
  • Xalqı əsarətdən qurtaran, Çini viran qoyan unudulmuş türk
  • İnanılmaz FÜRSƏT: Bu kəndə köçənlərə 10 min dollar veriləcək
  • Rus alim xəritə yaydı: İrəvan Azərbaycan ərazisidir – Video
  • Türkiyə ilə Gürcüstan sərhədi bağlanır - Səbəb
  • 15 Ock 2019, 20:03   
        89
    Aİİ-də “20 Yanvar” faciəsinə həsr edilmş “Qan yaddaşımız” mövzusunda tədbir təşkil olundu


    Aİİ-də “20 Yanvar” faciəsinə həsr edilmş “Qan yaddaşımız” mövzusunda tədbir təşkil olundu


    Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “20 Yanvar” faciəsinə həsr olunmuş “Qan yaddaşımız” mövzusunda tədbir keçirilib. Öncə “20 Yanvar” şəhidlərinin əziz xatirəsi birdəqiqəlik ehtiram sükutu ilə anılıb.

    Tədbiri giriş nitqi ilə açan İnstitutun rektoru Ceyhun Məmmədov vurğulayıb ki, təhsil müəssisəsi gənclərin milli və vətənpərvərlik ruhunda tərbiyə edilmələri, mənəvi dəyərlərin təbliği istiqamətində müxtəlif tədbirlər həyata keçirir. O qeyd edib ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq salnaməsi kimi yazılan “20 Yanvar” faciəsi barədə gənclərimiz daha geniş məlumatlandırılmalı, onlarda vətənpərvərlik hissləri yüksəldilməlidir.

    Rektor C.Məmmədov bildirib ki, 1990-cı il yanvarın 20-si Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda, xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olub. Doğma yurdunun, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan vətənpərvər Azərbaycan övladları həmin gecədə canlarından keçərək, şəhidlik zirvəsinə ucaldılar.

    Keçmiş sovet imperiyasının ağır artilleriyasının Azərbaycanda törətdiyi qanlı qırğından 29 il keçməsinə baxmayaraq, xalqımız o gecəni daim xatırlayır, həmin faciənin ağrı-acısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə dərin nifrətini bildirir. Hər il yanvarın 20-də minlərlə insan Şəhidlər xiyabanını ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edir.

    Məruzəçi “20 Yanvar” faciəsinə ulu öndər Heydər Əliyev tərəfindən hüquqi-siyasi qiymət verildiyini, faciə qurbanlarının xatirəsinin hər il dövlət səviyyəsində anıldığını, Prezident cənab İlham Əliyev və Birinci vitse-prezident xanım Mehriban Əliyevanın bu siyasəti uğurla davam etdirdiyini bildirib.

    “20 Yanvar” Şəhid Ailələrinin Hüquqlarının Təmin Olunması İctimai Birliyinin sədri Maral Qocaman sözügedən hadisənin canlı şahidinə çevrildiyini bildirərək, milli mübarizəyə qalxan dinc əhaliyə divan tutulmasını, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanmasını totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bir daha aşkara çıxardığını qeyd etdi. “Tanklar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər tərəfi amansızcasına atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində belə oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınları və tibb işçiləri atəş hədəfi idilər”, – deyə İctimai Birliyin sədri o dəhşətli günlərin acı xatirəsini yaşayıb-gördükləri ilə paylaşıb.

    Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri, Qarabağ veteranı Səriyyə Cəfərova hazırda ölkəmizdə hökm sürən əmin-amanlığın və sabitliyin “20 Yanvar” azadlıq mübarizəsindən bəhrələndiyini vurğulayıb. Həmin gecə qəhrəmanların öz canlarına qıyaraq ömürlərini Vətənin ömrünə caladıqlarını söyləyən S.Cəfərova deyib: “Bir millətin var olması üçün onun uğrunda canından keçən qəhrəmanlar lazımdır”.moderator.az

    Tədbirin bədii hissəsi Aİİ tələbələrinin iştirakı ilə davam etdirilib
    loading...