Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Onlar məhv olacaq, biz isə cənnətə düşəcəyik - Putin
  • Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • Ərdoğan: Türkiyə Azərbaycana hər cür dəstəyi göstərməkdə davam edəcək
  • Ənvər Paşanın nəvəsi,Nuru Paşanın qardaşı nəvəsi Arzu Ənver Bakının işğaldan azad edilməsinin 100-cü ildönümündə iştirak etmək üçün ölkəmizdədir
  • Azərbaycanda Bilik Günüdür
  • Azərbaycan düşməni lərzəyə salan yeni qırıcılar alır
  • "Hər kəs ayıq-sayıq və dövlətin yanında olmalıdır" - Cavid Qurbanov
  • Həsənbəy Zərdabi küşəsi çirkab suları işində
  • Gənc Kikbokscu qadın Gunay Sun Moon Haciyeva niyə qəzəbləndi?
  • Ermənilər Abdal- Gülablıda da qaz yandırdılar... - Bu saatlarda isə Bərdə qaza həsrət qalıb
  • ÖLKƏDƏ TƏLATÜM: Rüşvətxor məmurların HƏBSİ başlayır - Prezidentin yeni proqramının şok sirri
  • Azərbaycan Türkmənistandan "hava hücumuna" məruz qaldı
  • 02 Eyl 2018, 09:32   
        239
    Almaniya Universitetlərində təhsil almaq tələbələrin əksəriyyətinin arzusudur.Bu arzunu reallaşdırmaq isə indi su içmək kimi asandır.Xəyalları reallığa çevirən tək ünvan Freiburg Akademie-Alman Dili Mərkəzidir.Bir çox uğurlara imza atan Freiburg Akademiyası Almaniyaya ən çox tələbə göndərən şirkətdir.Sizdə alman dilini öyrənib, Almaniyada ödənişsiz təhsil almaq istəyirsinizsə (012) 595-12-67,(051)291-53-13 nömrələrinə zəng edin.
    Akademiyanın feysbuk linki : https://www.facebook.com/freiburgakademie/

    Elə bu dəfəki müsahibim Freiburg Akademiyasının rəhbəri,ixtisasca həkim,alman dili müəllimi Mövsüm Ədilovdur.
    Akademiya nə vaxtan fəaliyyət göstərir?
    Freiburq Akademiyası 2014-cü ildə açılıb.Almaniyadan gələndən sonra dili unutmamaq üçün tədrisə başladım.Məlum oldu ki,ölkəmizdə alman dilinin tədrisinə ,Almaniyada təhsilə,kariyeraya qurmağa böyük tələbat var.Ona görədə bu mərkəzi açdım.Freiburq Akademiyasında 20-ə yaxın müəllim işləyir,500-ə yaxın tələbimiz Almaniyada təhsil alır.
    Alman dilini tədris edən digər kurslarda var.Bəs Freiburg Akademiyanın üstünlüyü nədir?
    Azərbaycanda fəaliyyət göstərən bir çox kurslar var.Sadəcə akademiyamızda alman dilini öyrənmək istəyən gənclər bunu hər hansı bir məqsəd üçün edir .Onlar Almaniyada təcrübə keçmək,təhsil almaq istəyirlər.Bunun proseduru var.Ancaq bu proseduru hər kurs etmək iqtidarında deyil.Çünki bunu etmək üçün ya Almaniyada oxumalısız,orada böyük təcrübəniz olmalıdır yaxud Almaniyada işləməlisiz.Hər kurs bunu reallaşdıra bilmir.Bundan əlavə xaricdə təhsil,təcrübə,kariyera,rezidentura,doktorantura,master kimi məsələlərlə məşğul olmaq üçün ayrıca bir işçi qrupu olmalıdır.Tələbəmizin vizası,sığortası,gedəcək yeri,qarşılanması,yerləşməsi hətta harada alış veriş edəcəyinə kimi bütün xərcələri bizim şirkət tam ödənişsiz edir.
    Almaniyaya yanlız tibb sahəsində tələbə göndərirsiz?
    Biz bütün sahələrdə Almaniyaya təhsil üçün tələbələr göndəririk.Sadəcə olaraq 10 tələbədən 9-u tibb tələbəsi və ya həkim olduğu üçün reklamda da onlar önə çıxır.Biz Almaniyaya hüquqşunas,iqitsadçı,maşınqayırma üzrə təhsil almış tələbədə göndəririk.Sadəcə müxtəlif sahələrdə müraciətlərin sayı az olur.
    Bəs incəsənət və media sahəsində çalışanlardan tələbəniz olubmu?
    Biz 3 nəfəri pianino üzrə Almaniya və Avstriyaya göndərmişik.Bundan əlavə bir nəfər bu il Almaniyada dizaynerlik üzrə təhsil alır.Media sahəsində çalışan birini həm jurnalistika həm də fotoqrafiya üzrə Almaniyaya göndərmişik.
    Bəs alman dilindən əlavə ingilis dili bilən tələbənin hansı üstünlüyü var?
    Elə üniversitetlər var ki,həm alman həm də ingilis dilində təhsil təklif edirlər.Təbii ki,tələbənin ingilis dilində bilməsi onun qəbulu üçün daha da asanlıq yaradır.Amma Almaniyada oxumaq istəyən şəxs,ilk öncə alman dilini öyrənməlidir.Ola bilsin ingilis dilində də təhsil alsın amma o,alman dilini öyrənməlidir ki,cəmiyyətlə əlaqə qursun,təhsil müddətində işləyə bilsin yaxud bitirəndən sonra iş dəvəti ala bilsin.
    Alman dilini neçə müddət ərzində öyrənmək olar?

    Bizdə belə bir proqram var.6 nəfərlik qrup var.Həftədə 3 dəfə dərs keçilir əlavə olaraq danışıq və film günü keçirilir.Bundan da intesiv qruplarımız var.Hətta ən qeyri-intensiv qrupumuz alman dilini 7 aya öyrənib,Almaniyada təhsil alacaq səviyyəyə çata bilir.
    Bu qədər tələbənin arzularını reallaşdırmaq necə hissdir?

    Yaxşı hissdir yəni tələbələrimiz Almaniyada ödənişsiz olaraq ən reytinqli universitetlərdə təhsil alırlar.Valdeynlərinədə yük olmurlar.Təcrübəyə yaxud hər hansı bir işlə əlaqədar Almaniyaya gedəndə həmişə tələbələr məni təhsil aldığı şəhərlərə dəvət edir,deyirlər bizdə qal müəllim,şəhərimizi gəz.Doğrudan da adama çox xoş gəlir ki,500-ə yaxın tələbəmiz orada təhsil alır.

    Bəs sizdə dərs şəraiti necədir?

    Bizim kurslarda dərslərdən əlavə bir çox öyrədici əyləncələrdə var.Buna misal olaraq,bizdə stolüstü tenis ,alman dilində pleysteşn var.Bundan əlavə kofe,çay ödənişsiz olaraq verilir.Kursumuz Almaniyadakı kimi qurulub.Hətta bu yay marojna aparatı almışıq.Bizdə kitabxanada fəaliyyət göstərir.Əgər kimsə evində rahat kitab oxuya bilmirsə,kursdan 1 saat öncə gəlirsə yaxud kursdan çıxıbsa gəlib kitabxanada kitab oxuya bilər.Tələbələrimiz kompüterdə alman dilində film izləyə və ya alman dilində sənəd, yazı işi varsa onu burada pulsuz olaraq çap edə bilər.Akademiyamız komputer sistemində qurulmuş bir mərkəzdir.

    Tələbələriniz kursda imtahan verib,keçə bilməyən tələbələrə hansı güzəşt olunur?

    Bəzən olur ki,tələbələr hər hansı bir davamiyyət probleminə görə yaxud başqa bir çətinliyə görə digər tələblərdə geri qalır.Amma bir tələbənin ən yaxşısından fərqləndirici xüsusiyyəti maksimal olaraq 1 ay ola bilər.1ay digər qrupdan,digər tələbədən geri qala bilər.Bu bir ay ərzində o da gəlib digərlərinə çatır. İmtahandan keçə bilməyən tələbəmizi ödənişsiz olaraq yenidən hazırlaşdırırıq.

    Bəs sizdə fərdi dərslər keçirilir?

    Fərdi dərs yanlız abituriyent hazırlığı üçündür.Bizdə hesab olunur ki,fərdi dərsin effektivliyi qrup dərsindən aşağıdır,çünki alman dili elə bir dildir ki,burada danışıq olmalıdır və bir tələbənin bir sualı ,digər tələbənin də demək istədiyi,yadından çıxdığı sualı əvəzləsin.Dil öyrənmək aktiv bir prosesdir və biri alman dilində bir şey deyəndə o biri bunu eşidir,sonra reaksiya verir.Təkbətək olanda müəllim də istər istəməz müəyyən müddətdən sonra yorulur.Amma çox tələbə olanda,interaktiv olanda,oyun tipli dərs keçiriləndə müəllim yorulmur,hətta deyirlər ki,5 dəqiqə də oturaq.Dil öyrəniləndə tələbəyə də zövq verməlidir ki,o artıq yaxşı danışa bilsin.

    Müəllim olmaq necə hissdir?

    Müəllim olmaq,özü də xarici dil öyrətmək çox maraqlıdır amma çox çətindir.
    Bəs özünüzü yorğun hiss etdiyiniz vaxtlar olubmu?

    Müəllim yorğun olmamalıdır.Onun yorğun olması üçün vaxtı olmamalıdır.Mən Almaniyada psixiatriya üzrə təcürübə keçmişəm,rezidenturanın bir hissəsini keçmişəm .Mən uşaq psixologiyasını yaxşı bilirəm.

    Xarici dil öyrədən müəllimlərdə hansı meyarlar olmalıdır ?

    Biz məsləhət görərdik ki,emosional və tələbə ilə yaxşı ünsiyyət quran bilən müəllimləri seçsinlər çünki problemli bir mühitdə normal tədris almaq qeyri-mümkündür.Hamı gülərüz ,sərbəst olsa ,dərs effektiv olar.Xüsusilə də dil kursları maraqlı olmadır çünki dil öyrənmək bir ölkənin mədəniyyətini göstərir.Alman mədəniyyətində də sıxıcılıq yoxdur.

    Tədris keyfiyyətinin yüksəkliyinə görə də ,digər dil kurslardan fərqlənirsiz.İlklərə imza atmaq necə hissdir?

    Mən Almaniya da kursda olmuşam.Hesab edirəm ki,xaricə biz tələbəni çox göndəririk ki,orada hər hansı bir inkişaf varsa,onu öyrənsin və ölkəmizə gətirsin.Bu mənim vətən qarşısında borcumdur.Almaniyadaki təhsil və təcrübə bizdə niyə olmasın?.Yəni ingilis dili,rus dili üzrə bizim ölkədə yaxşı mərkəzlər var.Ancaq alman dilində çox azdır,çünki bu dil hələ təzə öyrədilir.Əvvəllərdə öyrədilirdi,ancaq axın bugünki kimi yox idi.İndi təhsil almaq,işləmək istəyənlərə,təcrübə keçmək arzusu olanlara Almaniyanın qapıları daha yaxşı açılır.Biz bu imkanları tələbələrimizə veririk.İstəyirik ki,oraya daha çox tələbə göndərək.

    Almaniya təhsili ilə digər Avropa ölkələri arasında hansı fərqlər var?

    Məsələn qəbul baxımından İngiltərə yaxud Amerika Universitetləri ilə Almaniya Universitləri arasında çox fərqlər var.Amerika,İngiltərə Universitetlərinin əksəriyyəti ödənişlidir.Almaniyaya isə təxminən səksənə yaxın ölkədən tələbələr, ödənişsiz reytinqi 100-ə çatan universitetlərə qəbul olmaq üçün sənəd göndərir.Bizim azərbaycanlı tələbə onlardan fərqlənməlidir.Sənədləri yaxşı olmalıdır,qeydiyyatı tez keçməlidir.

    Bir həkim olaraq ölkəmizin səhiyyə sistemini necə qiymətləndirirsiz?

    Bizim Tibb Universiteti məzunlarının nəzəriyyəsi yaxşı olsa da,təcrübə baxımından çox əskikləri var.Yeni rektorumuz Gəray müəllimin əsas diqqəti tələbələrin təcrübəsini artırmağa yönəlib.Çünki tələbənin təcrübəsi artsa,bu baxımdan səhiyyə dünya standartlarına çatacaq.10 il bundan əvvələ kimi ,Türkiyədə təcrübəli azərbaycanlı həkim demək olar ki,yox idi.İndi bütün klinikaların əksəriyyətində görürsünüz ki,doktorun adının qarşısında uzman yazılıb.Təcrübə baxımından Almaniyadan sonra Türkiyənin uzman həkimləri yer alır.5-10 ildən sonra bizim Almaniyaya göndərdiyimiz ,orada uzmanlıq alacaq həkimlər Bakıya qayıdandan sonra səhiyyəmiz Türkiyədən də yüksək olacaq.

    Bu il akademiyada hansı yeniliklər olacaq?

    Biz istəyirik ki,bu il bütün tələbələrimizin inamı daha yüksək olsun deyə, rahat olması üçün ,alman dilini öyrənməyə başladığı ,ilk aydan Almaniyaya gedəcəyi universitetin dəvətini əvvəlcədən verək.Tələbə bilsin ki,gələn il oktyabr ayında Almaniyanın hansı universitetində təhsil alacaq.Bundan sonra rahat alman dilini öyrənsin.

    Almaniyada təhsilin tək ünvanı-Freiburg Akademie Alman Dili Mərkəzi
    loading...