Xəbər lenti
Axtar
Ən çox oxunan
  • “Regionlarda ailə dəyərlərinin təbliği ilə bağlı tədbirlərin təşkili” layihəsinin yekun təqdimat tədbiri keçrildi
  • Leyla Əliyeva hindistanlı yoqinin mühazirəsində - Fotolar
  • Bu gün Dövlət Bayrağı Günüdür
  • 7 noyabradək telefon və kompüterdən uzaq durun! - XƏBƏRDARLIQ
  • “100 yaşın mübarək, şanlı Azərbaycanım!”devizi altında ədəbi-bədii gecə keçirilib
  • Dünyanın ən böyük limanının açılışı: ilk uçuş Bakıya... - Video
  • Zəngilanın işğalından 25 il ötür
  • Qoşqar Hacıyev komadan ayıldı - VİDEO
  • Yağş Şimali Qafqazı viran qoyur: 6 ölü, minlərlə ev... - Video
  • Tarixi torpaqlarımız – Göyçə ,Zəngəzur,İrəvan …
  • Onlar məhv olacaq, biz isə cənnətə düşəcəyik - Putin
  • Ermənilər Tərtərdəki futbol stadionunu Avropa çempionatına hazırlayır - FOTOLAR
  • DTX-dan sosial şəbəkələrlə bağlı MÜHÜM ADDIM
  • “Bu yol çox böyük bir yolun davamıdır” Aqil Acalov
  • Millət vəkili Q.Paşayeva AŞPA-da çıxış edərək Ermənistan baş naziri Paşinyanın öz oğlunu hərbi xidmət üçün Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarına göndərməsindən danışdı.
  • Görünməyən silah HAZIRLANIR – Hamı yüksək radiasiyaya MƏRUZ QALACAQ
  • Piramidalar haqda şok: 1922-ci ildə araşdırma zamanı...
  • Rəsmi Bakıdan Əliyev-Paşinyan görüşü ilə bağlı açıqlama
  • İnfarkta səbəb olan energetik içkilər - Video
  • SON DƏQİQƏ: Azərbaycan ordusu irəliləyir - Ermənilər Dağlıq Qarabağı boşaldır - VİDEO
  • Ayın bu görüntüsü böyük maraq doğurdu - Foto
  • Millət vəkili Q.Paşayeva Dünya Müsəlman-Türk və Suriya Türkmənləri qurultayında çıxış edib
  • Qadınlar niyə kişilərdən çox yaşayır? Təəccüblü səbəb
  • 7 ilə 58 milyon iş yeri açılacaq - Hesabat
  • İnsan bədənində gələcəyi görən vəzi - Üçüncü göz
  • 18 Şub 2018, 23:53   
        298
    "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi


    XEBERTV.AZ xəbər verir ki, Azərbaycan Respublikası Prezident Administrasiyasının razılıq məktubuna əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi. Tədbir iştirakçıları öncə 2016-cı ilin aprelində gedən qısamüddətli savaş zamanı şəhid olanların xatirəsinə Horadiz şəhərində həsr edilən abidə kompleksini ziyarət etdilər. Daha sonra tədbir Cocuq Mərcanlı kənd Mədəniyyət Evində davam etdirildi. "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyi və Cəbrayıl rayonundakı Tatar kənd tam orta məktəbinin birgə təşkilatçılığı ilə keçirilən tədbiri Saatlı rayon Mərkəzi Kitabxana Sistemlərinin baş təlimatçısı, Respublikanın Əməkdar Mədəniyyət işçisi, tanınmış rejissor Mehdi Mehdizadə açdı. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın xatirəsi 1 dəq.sükutla yad edildi. Cəbrayıl rayonundakı Tatar kənd tam orta məktəbi şagirdlərinin və bu təhsil ocağını bitirmiş gənclərin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş edildi. “Xocalı qisasa çağırır bizi!” adlı kompozisiya tamaşaçılar tərəfindən böyük rəğbətlə qarşılandı. Mehdi müəllim daha sonra sözü qonaqlara verdi.
    Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının müavini Fəridə İbayeva tədbir iştirakçılarını salamladı.Bu tədbirin Cocuq Mərcanlı kənd Mədəniyyət Evində keçirilməsindən hədsiz məmnun olduqlarını qeyd etdi.O, rayon İcra Hakimiyyəti Başçısının salamlarını tədbir iştirakçılarının diqqətinə çatdırdı. “Xocalı Soyqırımını Tanıtma”ictimai birliyinin sədri, “Tərəqqi” medalının mükafatçısı, Qarabağ qazisi Şamil Sabiroğlu tədbirin hazırlanmasında müstəsna xidməti olan Tatar kənd tam orta məktəbinin direktoru Əfsanə İbrahimova və tanınmış rejissor Mehdi Mehdizadəyə öz təşəkkürünü bildirdi. Azərbaycanın Milli Qəhrəmanı Asif(Fred) Məhərrəmov adına İnkişaf Fondunun sədri, II dərəcəli müharibə əlili Ədalət Məhərrəmov, Respublika Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyinin Nizami rayon şöbəsinin sədri, Qarabağ qazisi Məhi Mehtiyev, bu Birliyin Nizami rayon şöbəsi sədrinin müavini, II dərəcəli müharibə əlili İzzət Şirinov, bu Birliyin Cəbrayıl rayon şöbəsinin sədri, II dərəcəli müharibə əlili Səbuhi Hüseynov, “Qafqazmedia”ictimai Birliyinin sədri Hacı Azadə Taleh-Abbasqızı, “Yeni Yurd”Sosial İnkişaf ictimai birliyi sədrinin müavini Dilbər Sultanova, "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin İdarə heyətinin üzvü, Xocalı şəhər 2 nömrəli tam orta məktəbinin direktor əvəzi, Şəhid Milli Qəhrəman Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, Xocalı şəhərindən məcburi köçkün, məlum soyqırım zamanı erməni terrorçuları tərəfindən girov götürülmüş rabitəçi Dürdanə Ağayeva, "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin Sumqayıt şəhər şöbəsinin sədri Xalidə Vural-Cərayılova, Cəbrayıl rayon Su kanal İdarəsi rəisinin müavini, Respublikanın I dərəcəli Əmək Ordenlisi, Cocuq Mərcanlı kəndinin qəhrəman sakini Oqtay Həziyev, Cocuq Mərcanlı kənd tam orta məktəbinin direktoru Zamin Həziyev və başqaları çıxış edərək şəhidlərin qisaslarının tezliklə alıənması üçün Azərbaycan xalqını birliyə səslədilər. “Ümüd TV”-nin müxbiri Sevda Tanrıverdiyeva, Saatlı rayonundakı S.Vurğun adına 1 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərimizə həsr olunan şeir söylədilər.
    "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri Şamil Sabiroğlu Cəbrayıl rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənova, Cəbrayıl rayonundakı Tatar kənd tam orta məktəbinin direktoru xanım Əfsanə İbrahimovaya və “Xocalı qisasa çağırır bizi!”adlı ədəbi-bədii kompozisiyanın iştirakçılarının xüsusi mükafatlara layiq görüldüklərini bildirdi. K.Həsənovun diplomu Başçının müavini Fəridə İbayevaya təqdim edildi. Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai birliyinin Nizami rayon şöbəsinin sədri Məhi Mehdiyev, Birliyin Cəbrayıl rayon şöbəsinin sədri Səbuhi Hüseynov da rayon İcra Hakimiyyətinin Başçısı Kamal Həsənov üçün hazırlanmış Xüsusi diplomları Cəbrayıl rayon İcra Hakimiyyəti Başçısının müavini F.İbayevaya təqdim etdilər.
    Daha sonra Ş.Sabiroğlu tədbirin hazırlıq prosesində zəhməti olanlara "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin Fəxri Fərmanlarını təqdim etdi.
    Tədbir Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqda hazırlanmış və “Karvan”qrupunun ifasında lentə alınan klipin səsləndirilməsilə başa çatdı.

    Şamilə Şamilqızı,
    “xebertv.az”saytlarının xüsusi müxbiri.

    "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi
    "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi
    "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi
    "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi
    "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi
    "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi
    "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi
    "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi
    "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi
    "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi
    "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi
    "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi
    "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi
    "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi
    "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi
    "Cocuq Mərcanlıdan Xocalıyadək!" devizi altında tədbir keçirildi

    _Qarabağ qazisi Əvəz Almədətova məxsusdur_
    loading...