Xəbər lenti
Axtar
Ən çox oxunan
  • Azərbaycana 33 sm qar yağdı
  • Tıxaclardan necə xilas olmaq mümkündür?
  • Vəkillər Kollegiyasına yeni sədr seçilir
  • Diqqət: Bu yollarda sürət həddi endirildi
  • TƏHLÜKƏ: 50 gün ərzində övladınızı öldürə bilər... - "Mavi balina" bəlası...
  • QƏNIRƏ PAŞAYEVANIN TƏHSİL NAZİRİ OLACAGI XƏBƏRİ YAYILDI - Son Dəqiqə!!!
  • Mikayıl Cabbarov vergilər naziri təyin edilib
  • Mixail Saakaşvili belə həbs edildi — FOTO
  • Azərbaycan 2 gün sonraya hazırlaşır - QAR YAĞACAQ!
  • İran parlamentinin üzvü: “Biz Dağlıq Qarabağı Azərbaycan torpağı sayırıq”
  • Erməni əsirliyində olan bir qızımızın Azərbaycana məktubu
  • Bakıda neçə milyon adam yaşayır? (RƏSMİ)
  • Gözü beynindən böyük dəvəquşu, vurma cədvəlini bilən donuz... - QƏRİBƏ FAKTLAR - FOTO
  • Yuxu ilə bağlı inanılmaz həqiqətlər
  • Astroloji proqnoz - 4 dekabr
  • Erməni Rimma Sarkisova 30 ildən sonra Gəncəyə qayıtdı
  • Evinizdə bu gülü saxlayırsızsa, dərhal ondan qurtulun - FOTO
  • Qatarda oturmaq üçün görün NƏ OYUNDAN ÇIXDI - VİDEO
  • Pedofili yaxaladılar –Rüsvay olduğu üçün başını... (Video)
  • NASA yadplanetlilərə görə məhkəməyə verildi - Sirrin üstü açılır
  • İsrail İranın hərbi bazasını bombaladı — GƏRGİN ANLAR
  • Günün şoku: Səudiyyə kralı erməni imiş – Bakıdakı ən məşhur otel ermənilərə məxsusdur?
  • Turan Birliyi yaranarsa, nə baş verəcək? - Video
  • 2024-cü ildə Marsa ilk insan gedəcək
  • Kompüterinizi bu üsulla format edin - VİDEO
  • Gənc mühəndislərin iştirakı ilə “Karyera günü” tədbiri keçirilib

    16 Kas 2017, 04:26   
        73
     Gənc mühəndislərin iştirakı ilə “Karyera günü” tədbiri keçirilib




    XEBERTV.AZ xəbər verir ki,“Sumqayıt Texnologiyalar Parkı” MMC və “Azərbaycan Mühəndislər Birliyi”nin birgə təşkilatçılığı ilə tələbə və məzunlar üçün “Karyera Günü” təşkil edilmişdir. Tədbir iştirakçılarına şirkət haqqında geniş məlumatla yanaşı, şirkətin gələcək planları və layihələri barədə məlumat verilib, qısa zaman ərzində xarici bazara çıxmaq planlarının olduğu xüsusilə qeyd edilib.

    Tələbə və məzunların işə qəbulu üzrə proqram koordinatoru, tədbirdə iştirak edən 100-dən çox iştirakçıya onlayn müraciət qaydalarını, seçim prosesinin necə həyata keçirildiyini açıqlayıb. Şirkətin İnsan resursları departamentinin digər əməkdaşları tərəfindən işə qəbul prosesi, əmək haqqı gözləntiləri, sosial statusu, yaşı, maraqlandıqları sahə, mövcud təcrübə proqramı, vakansiyalar, karyera yüksəlişi və s. haqqında namizədlərə məlumat verilib.

    Həmçinin şirkətdə mütəxəssis vəzifəsindən əmək fəaliyyətinə başlamış, hal-hazırda struktur bölmə rəhbəri vəzifəsinə kimi irəliləyən işçilər, STP-də işləməyin fayda və imkanları, karyera inkişafı haqqında məlumat vermiş, fikir mübadiləsi aparılmışdır.

    Eyni zamanda sual-cavab sessiyasında iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılmış, vakant yerlərə CV-lər qəbul edilmişdir. Öz fəallığı ilə seçilən tədbir iştirakçılarına şirkət adından korporativ hədiyyələr təqdim olunmuşdur. Tədbir, tələbə və məzunların böyük marağına səbəb olmuşdur.

    “STP” MMC, Azərbaycanın ən böyük işə götürənlərindən biridir. Şirkət peşəkarların işə cəlb olunması, eyni zamanda tələbə və gənclərin karyeraya başlaması üçün müxtəlif layihələr həyata keçirməkdədir.

    “STP” MMC, ən son texnoloji nailiyyətlərin innovativ həllərlə qovuşduğu və geniş təcrübə ilə dəstəkləndiyi zavodlar kompleksidir. “STP” MMC Azərbaycan iqtisadiyyatının davamlı inkişafına öz töhfəsini verən iri miqyaslı istehsalat müəssisələrindən biridir.

     Gənc mühəndislərin iştirakı ilə “Karyera günü” tədbiri keçirilib
     Gənc mühəndislərin iştirakı ilə “Karyera günü” tədbiri keçirilib
     Gənc mühəndislərin iştirakı ilə “Karyera günü” tədbiri keçirilib
     Gənc mühəndislərin iştirakı ilə “Karyera günü” tədbiri keçirilib
     Gənc mühəndislərin iştirakı ilə “Karyera günü” tədbiri keçirilib
     Gənc mühəndislərin iştirakı ilə “Karyera günü” tədbiri keçirilib
    loading...